reklam
Regionxeberlericom.az » Sosial » `Dəmir Yolları`nda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİA

reklam

`Dəmir Yolları`nda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİA

Azərbaycan Dəmir Yolları "QSC"-nin İnfrastruktur Departamentinin rəisi Elçin Zülfüqarova sözügedən departamentin baş mühəndisi Əfqan İsrafilovdan şikayət edilib.

Baş mühəndisdən şikayətçi "ADY"-nin Yük Daşınması Departamentinin Biləcəri Stansiyasının mütəxəssisi Mehdiyeva Sevinc Ərəstun qızıdır.Sevinc Mehdiyevanın Əfqan İsrafilovdan etdiyi şikayət ərizəsi "ADY"-yə daxil olub və şikayətə baxılma müddəti kimi 15 gün təyin edilib.

Regionxeberlericom.az bildirir ki, Faktinfo.az saytının əldə etdiyi məlumata görə, Sevinc Mehdiyeva baş mühəndisdən etdiyi şikayət ərizəsində çoxsaylı faktları,Əfqan İsrafilovun imkanlarından istifadə edərək qardaşını,qohum və tanışlarını dəmir yollarında işlə təmin etməsini,ona qarşı illərlə qərəzli davranışlarını,bir qonşu kimi aldadıldığını vəs.fikirləri qeyd edib.Bu barədə müəyyən müddətdən sonra mövzuya qayıdacağıq.

Onu da xatırladaq ki,İsrafilov Əfqan Vaqif oğlu Azərbaycan Dəmir Yolları "QSC"-nin İnfrastruktur Departamentinə baş mühəndis vəzifəsinə keçmiş rəisi Fizuli Quliyevin dövründə təyin edilib və onun ən yaxın adamlarından biri kimi departamentdə tanınıb.




Paylaş:


Müəllif : Tarix:
12-10-2023, 09:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər