Araik nə qədər həbs cəzası alacaq? - VƏKİL AÇIQLADI
Azərbaycanın Qarabağ ərazisində erməni seperatçılarının qurduğu qondarma rejimin keçmiş rəhbəri Arayik Harutyunyana Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
Xankəndi şəhərində anadan olmuş, 1973-cü il təvəllüdlü “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Harutyunyan cari il oktyabrın 3-də Xankəndi şəhərində saxlanılıb, ona Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilib.
Maraqlıdır, bu ittihamlarla Araik Harutyunyanı nə qədər həbs cəzası gözləyir?
Açıqlama verən hüquqşünas Əsabəli Mustafayev Araik Harutyunyanın tək maddə ilə ittiham olunduğu halda belə ömürlük həbs cəzasını gözlədiyini açıqlayıb:
"Bu məsələdə tutulan hər bir şəxslər demək olar ki, eyni maddələrlə ittiham olunur. Eləcə də Araik Harutyunyan. Çox ağır maddələrdir. Hətta tək bir maddə ilə ittihamı təsdiqlənərsə, ömürlük həbs cəzası onu gözləyir".
Paylaş:
Müəllif : Yazar
Tarix:5-10-2023, 12:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər