"İcra hakimiyyətindən gəldilər, şəklini çəkib getdilər..." - GİLEY
Göyçayın 20 Yanvar küçəsindəki 28 saylı mənzildə yaşayan Qasımovlar ailəsinin problemi var. regionxeberlericom.az DİA.AZ-a istinadən bildirir ki, onlar yeganə övladlarının xəstəlikdən əziyyət çəkdiyini, müalicə etdirə bilmədiklərini deyirlər. Ata Mehman Qasımov heç yerdə işləmir və gözdən əlilliyi var. Buna görə də ehtiyacları qarşılamaqda əziyyət çəkir. Bir tərəfdən də yaşadıqları ev qəzalı durumdadır. Ailə onun da bir çarəsini tapa bilmir.
“Gözümüzün ağı-qarası bircə oğlumuz var, Aydın. 6-cı sinifdə oxumalıdır, 3 ildir məktəbə göndərə bilmirik. Skaliozdur, beli təmiz əyilib. Bu il bir az pul tapıb, masaja aparmışıq. Həkim üzü görməyib bu uşaq. Biz də istəyərik normal müalicə etdirək və məktəbə getsin. Vaxtının çoxu yataqda keçir. Evdə normal bir şəraitimiz də yoxdur ki, müəllim gəlib, dərs keçsin”, – 59 yaşlı Mehman Qasımovun sözləridir.
Evin xanımı, 50 yaşlı Rübabə Manafova da yaşayışından, şəraitindən şikayətçidir. Deyir, evlərinə həyat yoldaşı Mehman Qasımovun əlillik müavinətindən başqa pul gəlmir. Onunla da həm yoldaşının, həm də oğlunun müalicə olunması mümkün deyil. Üstəlik, ev şəraitləri də yaxşı deyil. Onu təmir edəcək imkanları da yoxdur:
“Evimiz başımıza uçur. O qədər pis gündədir ki, bütün günü qorxumuzdan eyvanda otururuq. Mətbəxin və yataq otağının qapısını isə az qala bir ildir bağlamışıq. Çünki orada nə heyvan istəsən var. İlan, kərtənkələ, kəsəyən doludur. Hələ evin başında bir böyük, xallı kərtənkələ növü var ki… Ən qorxduğum odur. Tavan deşilir, tökülürlər evin içinə. Gecəni səhərəcən yata bilmirəm ki, girib bizə nəsə edər. Onsuz da istidən, bürküdən yatmaq olmur”.
Rübabə Manafova oğlu ilə bərabər masanın altında yatır ki, birdən gecə ilə ev uçsa, heç olmasa, başlarına nəsə olmasın: “Bu istinin günündə pəncərəni, qapını aça bilmirik. Bu azmış kimi masanın altında yatmaq lap işgəncədir. İmkanımız da yoxdur ki, nəsə əl gəzdirək. Güc-bəla ilə yoldaşımı əməliyyat etdirdik. Yenə də yaxşı görmür, əlildi, işləmək qabiliyyəti yoxdur. Özüm də ki, nevroloji xəstəlikdən əziyyət çəkirəm. Onların xəstəliyi öz dərdimi unutdurub”.
“50 ilin evidir, tökülür. İmkan yox, heç yerdə işləmirəm, bir qəpik almıram. Əlilliyə görə cəmi 110 manat təqaüd köçür. Onu da bilmirəm nəyə xərcləyəm. 110 manatla ailə dolanar? İcra Hakimiyyətinə getdim ki, evim qəzalıdır. Gəldilər, şəklini çəkib getdilər. Bir səs-soraq çıxmadı. İnanın, çörək almağa pulumuz yoxdu. Biz necə ev tikək?”- evin kişisi danışır.
Rübabə Manafova hələ də anlamış deyil ki, Allah niyə ona belə bir şərait, həyat qismət edib: “Səhərdən oturub eyvanda ağlayıram. Yoldaşımın gözü, oğlumun beli, mənim də başım. Çox çarəsizəm. İş yox, güc yox, pul yox. Vallah, bəlkə də bu ölkədə ən pis yaşayan ailə bizik. Ölürük acından. Özüm də yetim qız olmuşam. Kimsəm yoxdur ki, əlimdən tutsun. Cehizim də ki, bir sandıqdır, vəssəlam. O da qalıb uçub-tökülmüş otaqda”.
Rübabə Manafova deyir ki, tavan aralanır içəri kərtənkələ, ilan girir. Ailə evlərinin atalarından qaldığını, yaşamağa yararsız olduğunu deyir. Ailənin maddi imkanı olmadığından özlərinə ev tikə bilmir.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-08-2019, 11:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-08-2019, 11:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11