Sertifikasiya: qaydalarda təkmilləşmə və yeniləşmə... - Zərurət!
Məlum olduğu kimi, bu il ölkə üzrə bütün Azərbaycan dili, ədəbiyyat və ibtidai sinif müəllimləri sertifikasiyanın test imtahanı mərhələsinə cəlb olunub. Test imtahnından keçən müəllimlər növbəti həftələrdə müsahibə mərhələsində iştirak edəcəklər.
Bir çox müəllim yay tətilini səmərəli keçirə bilmədiyini və ancaq stress içərisində imtahanlara hazırlaşdığıyla bağlı narazılıqlarını dilə gətirir.
9 ay boyunca iş fəaliyyəti ilə məşğul olub, 3 ay yay tətilində ancaq imtahanlara hazırlaşan müəllimlər növbəti tədris ilində şagirdlərə nə dərəcədə yüksək və keyfiyyətli təhsil verə biləcəklər?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Nadir İsrafilov qeyd edib ki, sertifikasiya qaydaları müəyyən qədər təkminləşdikdən sonran böyük ehtimal bu cür hallar təkrarlanmayacaq:
“Mən müəllimlərin sertifikasiyaya cəlb olunması ilə bağlı bəzi mülahizələrimi bölüşərkən dəfələrlə qeyd etmişəm ki, müəllim pedaqoji prosesdə həlledici qüvvədir və şəxsiyyətin ahəngdar inkişafı vəzifəsi, ilk növbədə, müəllimin üzərinə düşür.
Əgər desək ki, son illər təhsil siyasəti sahəsində aparılan mühüm istiqamətlərdən biri də məhz müəllim faktorunun önə çəkilməsidir, heç də yanılmarıq. Hələ bir müddət əvvəl Azərbaycan Respublikasının İnkişaf Konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resurslarının inkişaf etdirilməsi ön plana çəkilmiş, müəllim amilinin təhsilalanın öyrənməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həlledici rol oynaması, təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri, müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılığı qeyd edilib. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunanlarla yanaşı, mövcud vəziyyət bir daha təhlil olunmuş, strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkilib. “Strategiya”ya müvafiq olaraq davamlı kompleks tədbirlər ardıcıl olaraq davam etdirilmiş, müəllim hazırlığı və müəllim əməyinə qiymət verilməsi istiqamətində müəyyən addımlar atılmış və bu sahədə işlər davam etdirilməkdədir”.
Mütəxəssis qeyd edib ki, sertifikasiyanın əsas məqsədi müəllimləri işdən çıxarmaq deyil, onların peşə yararlılığını yoxlamaqdır:
“Sertifikatlaşdırma - dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur.
Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində işləyən təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər "Təhsil haqqında" qanunda nəzərdə tutulan qaydada sertifikatlaşdırmaya cəlb olunurlar. Yəni, bu prosedurun məqsədi kimlərisə işdən azad etmək yox, ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.
Baxmayaraq ki, “Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil, müəllimləri daim inkişafda saxlamaqdır”; “Sertifikasiya zamanı səriştəli müəllimlərin seçilməsi və qiymətləndirilməsi əsas məqsəddir”; “Burada məqsəd keyfiyyətli müəllimlərin düzgün qiymətləndirilməsi və təhsildə keyfiyyətin artırılmasına xidmət edir” və s. bu kimi rəsmi bəyanatlar verilib, bununla belə tətbiq olunmağa başladığı ilk vaxtlar sertifikasiya heç də hamı tərəfindən birmənalı qəbul olunmayıb, müəyyən müəllimlər tərəfindən diskomfortla müşayət olunub, narahatlıq və narazılıq doğurub. MİQ imtahanı keçirildiyi halda əlavə olaraq sertifikasiyanın vacib olmadığını iddia edənlər, sertifikasiya imtahanlarının suallarının məzmununa etiraz edənlər, sertifikasiyada yaş həddi ilə razılaşmayanlar, 50 bal toplamış müəllimlərin 35 faizlik artımdan yararlana bilməməsinə narazılıq bildirənlər, müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin aylarla uzadılmasını məqbul hesab etməyənlər heç də az olmayıb. Düzdür, son vaxtlar bu kimi narahatlıq və narazılıqlar nəzərəçarpacaq dərəcədə səngiyib, bununla belə hələ tam əminliklə demək olmaz ki, bu istiqamətdə bütün işlərimiz yolundadır. Deməyim odur ki, sertifikasiya müəllimin peşə yararlılığını tam üzə çıxarmasa da, onu daim inkişafda saxlamaq, bunun üçün öz üzərində işləməsi və peşə fəaliyyətinə məsuliyyətinin artırılması üçün bir zərurətdir”.
N. İsrafilov bildirib ki, müəllim sertifikasiya imtahanına görə yox, bu adın müqəddəsliyini qorumaq üçün daim hazırlıqlı olmalıdır:
“Yalnız bu halda sertifikasiya proseduru müəllimlər üşün diskomfortla müşayət olunan narahatlıq və narazılıq halına deyil, səbirsizliklə gözlənilən özünə inam, özünə güvən hissinə çevrilə bilər... Buna görə də sertifikasiya prosesinə fərqli prizmalardan deyil, müəllimə öz səriştələrinin inkişafını dərk etməyə kömək edən, yeni səriştələrin formalaşmasına imkan verən, onlara potensial imkanlarından istifadə perspektivlərini, ixtisasının artırılması zərurətinin müəyyənləşdirən, əmək haqqı səviyyəsinin fərqləndirilməsini təmin edən bir prosedur kimi baxmaq lazımdır. Sertifikasiya yalnız müəllimlərin imtahan verməsi yox, həm də onların maaş artımı deməkdir. Unutmayaq ki, sertifikasiya müəllimlərin məsuliyyətini artırır, yeni innovativ məsələləri dərindən öyrənməsinə şərait yaradır”.
Müsahibimizin sözlərinə görə sertifikasiya qaydaları hər il daha da təkmilləşəcək:
“Son olaraq onu deyə bilərəm ki, sertifikasiya ilə bağlı qaydalar təkmilləşib, bundan sonra da təkmilləşəcəyi istisna olunmur. Təkmilləşmə o həddə qədər davam etməlidir ki, sertifikasiya proseduru müəllimlər üşün diskomfortla müşayət olunan narahatlıq və narazılıq halına deyil, səbirsizliklə gözlənilən özünə inam, özünə güvən hissinə çevrilsin. Nəzərə alsaq ki, hər il təxminən 35 min müəllimin sertifikasiyaya cəlb edilməsi nəzərdə tutulub və 2026-cı ilə qədər bütün müəllimlər prosesdən keçəcək, deməli qaydalarda təkmilləşmə və yeniləşmə işlərinə də zərurət yaranacaq. Onu da əlavə edim ki, Milli Məclis mayın 12-də “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədi birinci oxunuşda müzakirəyə çıxarıb. Qanun layihəsi daha iki oxunuşda müzakirəyə çıxarılacaq və müzakirələrdən sonra qəbul olunacağı gözlənilir. “Təhsil haqqında” Qanuna ediləcək dəyişikliklərin 2023-cü il sentyabrın 1-dən qüvvəyə minəcəyi ehtimal olunur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-09-2023, 11:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |