reklam
Regionxeberlericom.az » Sosial » Ədliyyə Nazirliyindən deputatın partiyasına da imtina cavabı gəldi

reklam

Ədliyyə Nazirliyindən deputatın partiyasına da imtina cavabı gəldi


“Vəhdət Partiyasına imtina cavabı gəlib. Digər partiyalarla bağlı göstərilən səbəblər biz də göstərilib - ad, soyad, ata adı, təvəllüd və telefon nömrələri ilə bağlı məsələlərdir. Bunları yoluna qoyub aydınlaşdırmalıyıq. Rayon yerlərində elə xanımlarımız var ki, telefon nömrələrini vermirlər, həyat yoldaşının, qardaşının nömrəsini qeyd edirlər. Yaxud bir ailədən bir nömrə qeyd olunub. Telefon nömrələrinin eyni olması o demək deyil ki, bu adamlar Vəhdət Partiyasının üzvü deyillər. Digər məsələlərdə də var. Məsələn, hərf, nöqtə səhvi olub və reyestrdə düz gəlməyib. Partiya funksionerləri bu işlə məşğul olublar, çalışmışıq. Fikrimiz var ki, deyilən nöqsanları Ədliyyə Nazirliyi ilə müzakirə edək, bəzi məsələləri aydınlaşdıraq...”

Regionxeberlericom.az bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

“Vəfat edən, yaxud 18 yaşdan aşağı üzvlərlə, partiya üzvlüyündən imtina edənlərlə bağlı nöqsanlara sözümüz ola bilməz, bu nöqsanları qəbul edirik. Amma elə şeylər var ki... Məsələn, bir adamın adı eyni vaxtda bir neçə partiyada üzv kimi qeyd olunub. Bunu aydınlaşdırmaq lazımdır. Bir ailədə bir nömrədən neçə nəfər istifadə edibsə, ən azından onlardan birini partiya üzvü kimi götürmək olar. Elə üzv var ki, nömrəsi yoxdur, əvəzinə partiya funksionerlərinin nömrəsi qeyd olunub. Ədliyyə Nazirliyi partiya üzvlərinin bəzilərinə zəng edəndə nömrəyə kimsə cavab vermirsə, yaxud operator “bu nömrə təyin olunmayıb” deyirsə, o demək deyil ki, həmin adamlar partiya üzvü deyillər. Bizim siyahıda xeyli kənd nömrələri də var, çoxu mobil nömrə deyil. Bütün partiyalara göstərilən münasibət Vəhdət Partiyasına da göstərilib, qaydalar hamı üçün eynidir. Güman edirəm, deyilən məsələləri bir ay müddətində həm Ədliyyə Nazirliyi ilə müzakirə edəcəyik, həm də işçi qrupu yaradacağıq. Hələ verilən siyahılardan müəyyən edə bilməmişik ki, kimlər partiyamıza üzvdür, kimlər yox. Bununla bağlı mütəmadi əlaqələr saxlayırıq. Görək nə olacaq. Təəssüf edirəm. Ümid edirdim ki, birinci dəfədən keçəcəyik, amma olmadı. Yeni Azərbaycan Partiyası xaric bütün partiyalara imtina gəlib, bir aylıq vaxt verilib ki, nöqsanlar düzəldilsin. Biz də nöqsanları düzəldib sənədlərimizi Nazirliyə yenidən təqdim edəcəyik. Buna imkanlarımız var", - T.Kərimli deyib.




Paylaş:


Müəllif : Tarix:
5-08-2023, 09:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər