Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər - İDDİA
Sabiq deputat, “Quska” kimi tanınan Hüseyn Abdullayevə münasibətin dəyişməsi haqda xəbərlər var. Sabiq deputatın mümkün qədər yüngül cəza ilə hətta azad oluna biləcəyi haqda da məlumatlar var. Bunun üçün Hüseyn Abdullayev ölkədən çıxmayacağı şərtini qəbul etməlidir.
Hazırda Bakı Hərbi Məhkəməsində Hüseyn Abdullayevin cinayət işi üzrə proses davam edir. Onunla bərabər anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin müttəhimlər kürsüsünə çıxarılıblar. Məhkəməyə hakim Həbib Həsənov sədrlik edir. Sonuncu proses Hüseyn Abdullayevin məhkəməyə gətirilməməsi səbəbindən baş tutmayıb. Bundan 1 ay əvvəlki prosesdə isə məhkəmə istintaqının başa çatdığı elan olunub. Növbəti məhkəmə iclasında prokuror Hüseyn Abdullayevə və digər təqsirləndirilən şəxslərə cəza istəməlidir. Hüseyn Abdullayevə şərti cəza verilməsi də istisna deyil.
Hüseyn Abdullayevin işi üzrə prosesi izləyənlər bilirlər ki, bu ilin aprelində iş materialları məhkəməyə daxil olub və hazırlıq iclasında təqsirləndirilən şəxslərin bir qismi azad olunub. Dövlət Sərhəd Xidmətinin sabiq əməkdaşları Həbib İbrahimov, Zaur Quliyev və Pərviz Kazımovun barəsində istintaq dövründə seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib. Azərbaycan məhkəmələrində adətən belə qərarlar verilmir. İstintaq dövründə həbsə alınan təqsirləndirilən şəxsləri məhkəmə dövründə çox nadir hallarda azad edirlər. Bu cür yumşalma sonrakı mərhələlərdə də nümayiş etdirilirsə, son nəticə olaraq məhkəmə hökmünə də təsirsiz ötüşmür. Əslində isə DSX əməkdaşlarını ilk gündən, yəni istintaq dövründə də həbs etməyə bilərdilər. Lakin Hüseyn Abdullayevə qarşı qəzəb ona, yaxınlarına bu və ya digər formada kömək etmiş şəxslər barəsində qərarlara da sirayət edib. DSX əməkdaşları Hüseyn Abdullayevin anasına sərhədi keçərkən kömək etməkdə ittiham edilirlər.
Belə iddialar var ki, Hüseyn Abdullayevin işi məhkəməyə daxil olarkən ona münasibət bir qədər mülayimləşib. Hazırda isə Hüseyn Abdullayevin azadlığa çıxması özündən asılıdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, Vergilər Nazirliyi tərəfindən aparılmış səyyar vergi yoxlaması nəticəsində “Araz İNC” MMC-də 1 milyon 436 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödəməməsi faktı üzrə 7 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb. Onun barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilməklə “İnterpol” xətti ilə beynəlxalq axtarış elan olunub. 3 oktyabr 2016-cı il tarixdə Hüseyn Abdullayevə ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılıb.
Təqsirləndirilən şəxs H.Abdullayev Türkiyə Respublikası ərazisində tutularaq 22 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına təhvil verilib. Bundan başqa, ayrı-ayrı şəxslərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi “Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən müəssisənin idarə olunmasını həyata keçirən Namiq İsmixan oğlu Babayev və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək ümumilikdə 1 milyon 374 min manat məbləğində gəlirlərin cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müəyyən edilib. Eləcə də H.Abdullayevin dəfələrlə N.Babayev vasitəsilə, daha sonra isə Almaniyadan istifadəsində olan telefondan “Autist Uşaqların Reabilitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilib. Hüseyn Abdullayev ittihamla özünü təqsirli bilmir.
Yada salaq ki, Hüseyn Abdullayev parlament üzvü olarkən 2007-ci ildə hökumətin hesabatı zamanı Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ilə mübahisə edərək əlbəyaxa olub və onun şikayəti əsasında həbs edilib. Hüseyn Abdullayev 2 il şərti cəza alaraq məhkəmə salonundan azad ediləndən sonra xarici ölkəyə köçüb. Son illər o, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini sərt tənqidi ilə tanınırdı.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:22-08-2019, 09:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-08-2019, 09:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11