Şəhid bacısı Samuxun icra başçısından nələr danışdı - VİDEO
Samux rayonunun sakinlərindən DogruXeber.az-ın redaksiyasına şikayət xarakterli müraciətlər durmadan daxil olur. Bütün müraciətlərin ən başlıca səbəbkarı da Samux rayon icra başçısı Alı Qocayevdir. Sakinlər onun laqeydliyi, özbaşınalığı haqqında ağızdolusu danışaraq fəryad edirlər. Ölkə başçısı cənab İlham Əliyev icra başçısını hər hansı bir rayona təyin etdikdə ona yerli sakinlərin problemləriylə maraqlanmasını, əhaliyə yüksək səviyyədə xidmət göstərməyi tapşırır. Lakin Samux rayonu icra başçısı Alı Qocayev bu tapşırıqlara nəyin ki, məhəl qoymur hətta yerli sakinləri belə təhqir edərək şəxsiyyətlərini aşağılayır.
Onun bu davranışlarını bir neçə rayon sakini bizə bildirmişdir. Şikaətçilərdən birinin yoldaşına “tutun qulağında aparın kamxoza”, əlil uşağı olan anaya “doğmusan özündən ötrü doğmusan,apar qoy yetimxanaya” və s.ifadələr işlətməsi əslində rayona necə rəhbərlik etdiyinin bariz nümunəsidir. Demokratik ölkədə ölkə prezidentinin uğurlu siyasətinə kölgə salacaq diktaorluq rejimi Samux rayonunda məhz Alı Qocayev tərəfindən davam etdirilir. Sakinlər artıq rayon rəhbərinin davranışlarından boğaza yığılıblar. Bu dəfəki şikayət isə Samux rayonunun Əhmədbəyli kəndinin sakini, şəhid ailəsinin üzvü, veteran qızı Bayramova Səlfinaz Nuru qızı tərəfindən redaksiyamıza daxil olmuşdur.
Deməli 2 ildir ki, həmin xanımın işıqlarını kəsərək elektrik naqillərini söküb aparıblar. Təsəvvür edirsiniz, şəhid ailəsindən olan birinin 2 ildir işıqları verilmir. İnkişaf etmiş bir ölkədə bu cür neqativ və biabırçı halların yaşanması ölkə siyasətinə birbaşa zərbədir. Xanım şikayətçi qeyd edir ki, onun vəziyyəti onsuz da yaxşı deyil, həm sağlamlıq, həm də maddi durumu baxımından. Onun bildirdiyinə əsasən qonşuların köməyi ilə çətinliklə yaşayır. Xəstəliyi ucbatından lazım olan dərmanları da məhz qonşuları alır. Kəndin icra nümayəndəsi Seymur Eyvazov da biganəlikdə heç də Alı Qocayevdən geri qalmır. İşıqları kəsilən vətəndaşın ərizəsini qəbul etmək istəməsə də uzun müddətdən sonra qəbul edib.
Lakin ərizəylə bağlı heç bir tədbir görülmədiyini anlayan vətəndaş ondan bu problemə bir əncam çəkməyi yenidən xahiş edib. Şikayətçinin bildirdiyinə əsasən Seymur Eyvazov da “Alı Qocayev mənim ürəyimdi, o nə desə o da olacaq” deyərək onun şikayətinə məhəl qoymayıb. Belə çıxır ki, yerli kənd nümayəndəsi Seymur Eyvazov da Alı Qocayevin yolunu gedir və demək olar ki, birgə əməkdaşlıq edərək rayonda və onun kəndlərində öz hökmranlığını irəli sürürlər.
1000 manat qaz və işığa ayrı-ayrılıqda borc qəbzinin gəldiyini bildirən xanım şikayətçi bu pulu ödəməyə gücü çatmadığını kövrələrək bildirib. Deyir “tək qadınam, qonşuların kpöməyilə həyatda qalıram, mən o pulu necə ödəyəcəm?” Bu o deməkdir ki, bu cür problemi olub ağır durumda yaşayan birinin yeganə çıxış yolu ölməkdir. Bunu Alı Qocayev özü də vətəndaşa qürurla deyib.
Ürəkağrıdan məqamlardan biri də budur ki, atası ikinci dünya müharibəsi veteranı və qəhrəmanı olan şikayətçi bunları icra başçısı Alı Qocayevə bildirdikdə cavab olaraq ona ölməsini tövsiyyə edib. Heç kəsi olmayan və tək yaşayan xəstə bir qadına icra başçısnın bu cür davranması insanlığa sığan bir hərəkət deyil. Alı Qocayevin bu cür diktatorluq etməsindəki arxayınlıq nəyə əsaslanır? Ölkə başçısının etimadını bu cür şəkildə doğruldur? Belə çıxır ki, icra başçısının şəxsi maraqları sakinlərin ciddi problemlərindən daha üstündür. Onu daha çox maraqlandıran şəxsi biznesləri, villalarıdır. Sakinlər necə əlacsız vəziyyətdə qalıblarsa artıq birbaşa mətbuatdan kömək istəyirlər. Deyirlər ki, hörmətli cənab prezidentimiz bizim harayımıza səs verib Samux rayonundakı diktatorluq rejiminə son qoysun.
Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq:
Paylaş:
Müəllif : Yazar
Tarix:19-03-2019, 13:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Samux rayonunun sakinlərindən DogruXeber.az-ın redaksiyasına şikayət xarakterli müraciətlər durmadan daxil olur. Bütün müraciətlərin ən başlıca səbəbkarı da Samux rayon icra başçısı Alı Qocayevdir. Sakinlər onun laqeydliyi, özbaşınalığı haqqında ağızdolusu danışaraq fəryad edirlər. Ölkə başçısı cənab İlham Əliyev icra başçısını hər hansı bir rayona təyin etdikdə ona yerli sakinlərin problemləriylə maraqlanmasını, əhaliyə yüksək səviyyədə xidmət göstərməyi tapşırır. Lakin Samux rayonu icra başçısı Alı Qocayev bu tapşırıqlara nəyin ki, məhəl qoymur hətta yerli sakinləri belə təhqir edərək şəxsiyyətlərini aşağılayır.
Ürəkağrıdan məqamlardan biri də budur ki, atası ikinci dünya müharibəsi veteranı və qəhrəmanı olan şikayətçi bunları icra başçısı Alı Qocayevə bildirdikdə cavab olaraq ona ölməsini tövsiyyə edib. Heç kəsi olmayan və tək yaşayan xəstə bir qadına icra başçısnın bu cür davranması insanlığa sığan bir hərəkət deyil. Alı Qocayevin bu cür diktatorluq etməsindəki arxayınlıq nəyə əsaslanır? Ölkə başçısının etimadını bu cür şəkildə doğruldur? Belə çıxır ki, icra başçısının şəxsi maraqları sakinlərin ciddi problemlərindən daha üstündür. Onu daha çox maraqlandıran şəxsi biznesləri, villalarıdır. Sakinlər necə əlacsız vəziyyətdə qalıblarsa artıq birbaşa mətbuatdan kömək istəyirlər. Deyirlər ki, hörmətli cənab prezidentimiz bizim harayımıza səs verib Samux rayonundakı diktatorluq rejiminə son qoysun.
Paylaş:
Müəllif :
Yazar
Tarix:19-03-2019, 13:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11