Əməkdar artistdən teatr rəhbərinə ittiham- At oğrusundan fərqlənmir
Əməkdar artist Vaqif Kərimov İrəvan teatrının rəhbəri İftixar Piriyev haqqında ittihamlarla dolu yazı yazıb.
Gununsesi.org sosial şəbəkələrdə yazılan bu məqaləni təqdim edir.
Xoreoqraf, rəqqas,rejissor, bəstəkar, şair, dramaturq, alim, “teatr xadimi”,təşkilatçı, şair-dramaturq, prodüsser,aktyor, rəssam… və bir çox başqa sənəti də bacardığını iddia edərək, yaradıcılığının geniş əhatəli, özünün isə “hərtərəfli” adam olduğunu cəmiyyətə sırımağa çalışan, İrəvan teatrının “ölməz ” direktoru İftixat Piriyev bununla çox universal bir adam olduğunu özünə sübut edib, Ginnesin rekordlar kitabına düşməyə çalışır. Lakin, bu adların hamısını özünə yaraşdırdığına baxmayarq, əsasən tetrlarda çalışan texniki işçilərin aldığı və onun da layiq bilindiyi əməkdar mədəniyyət işçisi fəxri ad isə ürəyincə deyil. İstəyi daha yüksək fəxri ad almaqdır. Ona görə də layiq olduğuna qane olmaq istəmir. Arzusu isə elə arzu olaraq qalır. Bu səbəbdən yüksək fəxri ad alan sənətkarlara qarşı içində baş qaldıran paxıllıq hissini nə qədər çalışsa da boğa bilmir ki, bilmir.
İrəvan teatrının və Azərbaycan kinosunun inkişafında əvəzsiz xidmətləri olan əməkdar artist Vidadi Əliyevin Xalq artisti fəxri adına layiq görülməsi İ.Piriyevi içindəki çirkabı, masqasını cırıb, ictimaiyyətə göstərməyə məcbur etdi. Özünün söyüş, qarğış, qarayaxma ilə dolu olan, qatı açılmamış söyüşlərdən üfunət qoxusu verən üzdəniraq FB səhifəsində status yazaraq Xalq artisti Vidadi Əliyevi, leksikonuna hakim kəsilmiş söyüşlərlə təhqir etdi. Cənab Prezidentin təltif etdiyi, atası yaşında olan, 75 yaşlı Xalq artistini dələduz, meymun, erməni, “pyaniska”, “moşennik” adlandırmaqdan çəkinmədi. Hətda fəxrlə onun soyadının Əliyev yox Abezyan olduğunu da ona xəbər verildiyini elan etdi. “Kəşfiyyat xarakterli gizli” məlumatı hansı mənbədən aladığını isə açıqlamadı. Yəqin, sirr vermək istəmədi. Amma, hamıya məlumdur ki, belə məlumat ancaq ermənilərdən ötürülə bilərdi. Çünki, Vidadi Əliyev uzun illər İrəvanda yaşayıb. O soyadını dəyişibsə, bu barədə məlumat ancaq ermənistan xüsusi orqanlarında ola bilərdi. Qandığı bura qədərdir. Küt ağlına da gəlmədi ki, onun bu yalanla yoğrulmuş qarayaxma cəhdi Cənab Prezidentin hörmət edərək, qiymətləndirərək fəxri ada layiq gördüyü sənətkarı təhqir etməklə bərabər, həm də Prezidentimizin verdiyi ali sərəncama kölgə salmaq çəhdidir. Məqsədi nədir Piriyevin? Bəlkə o düşünür ki, Cənab Prezident kimi mükafatlandırdığının fərqində deyil? Bəlkə, boş başı ilə fikirləşir ki, Dövlətimizin Təhlükəsizlik Orqanları işlərini günün tələbləri səviyyəsində qurub , soyadlarını dəyişərək” içimizə soxulmuş erməniləri “ vaxtında aşkarlamaqda acizdirlər?
Cənab Prezidentin sənətkarlar haqqındakı sərəncamlarının doğruluğuna şübhə ilə yanaşmaq Piriyevin xəstəliyidir. Çörəyini yeyib, haqqında mədhiyyə şeirləri yazdığı, hesabına evli-maşınlı adam olduqdan sonra üzünə ağ olduğu, mədəniyyətimizin inkişafında danılmaz xidmətləri olan yüksək çinli məmur, ali ordenlə təltif ediləndə də Piriyev dözmədi. İçindəki qurdlar vurub üzünə çıxdı. “ Yalvarıb orden aldın” yazaraq onu ağılagəlməz söyüşlərlə “təbrik” elədi. Haqqında nalayiq sözlərlə dolu olan “poema” yazdığını aləmə car çəkib şantaj eləməkdən də çəkinmədi. Nə demək istəyir İ.Piriyev? Demək istəyir ki, kim yalvarırsa ordeni ancaq o ala bilir? Yoxsa Prezident ordenlə mükafatlandırdığı adamın vətən qarşısındakı xidmətlərini yox, nə dərəcədə yalvardığını nəzərə alır? Dövlət məmuru İ. Piriyev bu təxribatçı hərəkəti ilə yenə də Cənab Prezidentimizin mükafatlandırma haqqında olan sərəncamının doğruluğunu, obyektivliyini şübhə altına salmağa çalışdı. Kütbeyin ki, kütbeyin…
Azərbaycan xalqının dünyaca məşhur oğlu Rüstəm İbrahimbəyov Bakıya gəlir, yüksək hörmətlə qəbul olunur, görüşlər keçirir, müsahibələr verir, Piriyev isə İrəvan teatrının kollektivini, özünün şəxsi ambisiyalarına qurban verərək, toplayıb iclas keçirir, məhkəmə sədri kimi “qərar “ qəbul edərək İbrahimbəyovu “ Xalq düşməni” elan edib, onun həbs olunmasını tələb edir. Kimin dəyirmanına su tökür? Kimnən tapşırıq alır? Bəlkə, son vaxtlar adı onunla bir yerdə çəkilən, azərbaycanlı ziyalıların və xalqımızın düşməni, uşaq qatili Zori Balayandan? Etiraf edək ki, kütbeyin olmağına baxmayaraq başı başqa bir istiqamətdə yaxşı işləyir. Cənab Prezidentimizin “ Məmur sadə insanların xidmətində durmalıdır. Onları incitməməlidir!” tapşırıqlarına məhəl qoymayaraq, saxta sənədlər tərtib edərək “rejissorluq” edib “oyunlar” qurmağı, hamilə qadını işdən çıxarıb onu stress vəziyyətinə salmaqla uşağını itirməyə zəmin yaratmağı, insanları maaşsız, işsiz, çörəksiz qoymağı yaxşı bacarır. Ağlı bundan artığına yaramır. Özünü teatrda şah kimi aparır, amma teatrı kəndxuda kimi idarə edir. “Anam mənə kor deyib, gəlib gedəni vur deyib”psixalogiyasından əl çəkə bilmir. Çünki səviyyəsi, düşüncəsi, savadı “ alimliyi”, davranışı “at oğrusuna” məxsus olan səviyyədən də aşağıdır.
Belə olmasaydı, Hörmətli Prezidentimizin fəxri adlara layiq gördüyü insanları söyməzdi, təhqir etməzdi. Cəmiyyətə bu adamların fəxri adlara layiq olmadığını sübut etməyə çalışmazdı. Nədir, özünü hamıdan ağıllı olduğunu sübut etmək istəyirsən? Qudurmusan? Qudurmusan…
İ.Piriyevin məmura yaraşmayan, ancaq küçə adamına yaraşan söyüş leksikonu var. Söyüş söyməyi özünə peşə davranışına çevirib.Yüksək səviyyədə mükafatlandırılmış hörmətli adamlar haqqında hədyanlar yağdırır. Sual olunur: İ.Piriyev hörmətli insanları söyməklə, anti Azərbaycan dairələrin, o cümlədən ermənilərin, sifarişi ilə ölkəmizin hörmətli adamlarını murdar söyüşlərlə söyən, erməni xislətli Vidadi İsgəndərlidən nə ilə fərqlənir? Bəlkə onunla eyni məqsədə qulluq edir? Bu hərəkətləri sübut edir ki, İ.Piriyev Avropada fəaliyyət göstərən söyüş müxalifətinin üzvüdür və daha təhlükəlidir. Çünki, dövlət məmurudur. Vəzifə səlahiyyətlərini aşıb, ətrafına topladığı özü təfəkkürdə olan dəstəsiylə oyunlar qurmaqla işdən çıxardığı adamları dövlətdən narazı salıb Vidadi İsgəndərlinin və yaxud dağıdıcı müxalifətin düşərgəsinə atıb, onların çaldığı havaya oynamağa məcbur etmək istəyir. Çox təhlükəli və məkrli bir plandır. Deyilmi? Son günlər, mədəni səviyyədə diskusiya aparmağa savadları çatmadığından söyüş söyməklə insanları təhqir edən “söyüş söyənlər” bandasının bəzi üzvləri, İ.Piriyevin göstərişi ilə, məni- Prezident tərəfindən Əməkdar artist fəxri adına layiq görülmüş Vaqif Kərimovu nişan alıblar. Qarabağda erməni gülləsindən qorxmayan bir qazi aktyoru boş və mənasız sözlərlə qorxutmaq istəyirlər. Amma, onların bu cəhdləri və arzuları alınmayacaq. Çünki, qanunsuz olaraq işdən çıxardığı adamların hamısı xalqını, dövlətini, Prezidentini sevən insanlardırlar. İ.Piriyev və “ söyüş söyənlər” dəstəsindən fərqli olaraq yalançı vətənpərvər yox, əsl vətənpərvərdirlər. Ona görə də vətənpərvər olduqlarını harda gəldi bağırmırlar. Çünki, məhz belə olduqlarını bilirlər. İ.Piriyev isə daxildə vətənpərvər olmadığını çox yaxşı bilir. Ona görə də yalandan, əyalət təfəkküründən istifadə edib özünü çox köntöy, yonulmamış halda təbliğ edir. Hamının ona gülərək rişxənd etdiyini isə anlamaqdan çox uzaqdır. Çünki, təfəkkürü “ zapçast alverçisi” təfəkürüdür. Adam nə qədər bağırar? Kimə, nəyi sübut etməyə çalışırsan? Utanmırsan, İ.Piriyev?
Düz iki ildir ki, mətbuatda gedən yazılarda İ.Piriyevin psixi durumlarının yerində olmadığı qeyd edilir. Bu adamın qarşısı alınmasa İrəvan teatrında pis işlərin baş verəcəyi mətbuat vasitəsiylə aidiyyatı orqanlara çatdırılır. Zaman bu sözlərin doğru olduğunu sübut etdi. İ. Piriyev bir gənc ananın, İrəvan Teatrının aktrisası Şəbnəm Cəbrayılovanın uşağını itirməsinə bais oldu. Bundan faciəvi hadisə olmalıydı ki? Sabah çox güman ki, yenə kiminsə ölümünə bais olacaq. Zaman göstərəcək. Amma, niyə indidən bunun qarşısı alınmasın? Axı niyə kütbeyin bir məmurun mədəniyyətimizin tarixinə qara ləkələr yazdığına dözməliyik?
Mədəniyyət naziri hörmətli Əbülfəs Qarayevə müraciət edirəm. Hörmətli nazir! Tabeçiliyinizdə işləyən məmur İftixar Piriyev sosial şəbəkələrdəki fəaliyyəti ilə tabe olduğu nazirliyin bütün əməkdaşlarının və şəxsən Sizin bir rəhbər kimi hörmətinizə ləkə gətirir. İnanın ki, bütün cəmiyyət belə düşünür.
Müvafiq orqanlara müraciət edirəm. Azərbaycan Respublikasının Prezidenti tərəfindən Ali sərəncamlarla mükafatlara layiq görülmüş insanları təhqir etdiyinə, mükafata layiq olmadıqlarını cəmiyyətə bəyan etməklə Prezident sərəncamlarının ədalətli,obyektiv olduğunu şübhə altına salmağa çalışan, ölkəmizin bütün qanunlarını pozaraq hamilə qadını işdən azad edərək onun uşağının itirməsinə bais olduğuna görə, İrəvan Teatrının direktoru İ.Piriyevin ictimai fəaliyyəti araşdırılsın. Söyüş müxalifətinin dəyirmanına su tökən, öz hərəkətləri ilə ziyalı adına, üzvü olduğu YAP-nın bütün üzvlərinin adına ləkə yaxan, adi məişətdə belə hərəkətlərinə cavabdehlik daşıya bilməyən bu dövlət məmuruna “dəli köynəyi” geyindirməyin vaxtıdır.
Vaqif Kərimov Əməkdar artist, Qarabaq qazisi
Paylaş:
Müəllif : Yazar
Tarix:17-08-2019, 10:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-08-2019, 10:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01