AXH-də qurultaydan öncə QALMAQAL: - “Bunlar qıcıqlanırlar ki, niyə İsgəndər bəy mənimlə danışır”
Sabiq daxili işlər naziri İsgəndər Həmidovun rəhbərlik etdiyi Azərbaycan Xalq Hərəkatı İdarə Heyətinin bir qrup üzvü istefa verib.
Bu barədə İdarə Heyətinin üzvü Bəxtiyar Tuncay öz facebook səhifəsində bəyanat paylaşıb. “Biz – AXH İdarə Heyətinin aşağıda imza atan bir qrup keçmiş üzvü Azərbaycan Xalq Hərəkatında yaranmış qeyri-sağlam mühitə, eləcə də hələlik açıqlamaq istəmədiyimiz digər xoşagəlməz və arzuedilməz səbəblərə görə AXH sıralarında qalmağımızı qeyri-mümkün hesab etdiyimizi bəyan edir, təşkilatda qalaraq fəaliyyətlərini davam etdirən bütün dostlarımıza səmimi qəlbdən uğurlar arzulayırıq”,- deyə bəyanatda vurğulanır. Bəyanatı Mahmud Əhmədli, Ramiz Tağıyev, Rza Səfərsoy, Bəxtiyar Tuncay imzalayıb.
Cebhe.info-ya açıqlama verən AXH İdarə Heyətinin üzvü Həsən Həsənov yaranmış xoşagəlməz vəziyyətin səbəblərinə aydınlıq gətirib: “Yaranmış vəziyyətin əsas səbəbi İdarə Heyətinin xəbəri olmadan 18 nəfərlik qurultaya hazırlıq üzrə Təşkilat Komitəsindən 5 nəfərin çıxarmasıdır. Bunu Bəxtiyar Tuncayın iştirakı ilə bir qrup şəxs etmişdi. Biz avqustun 11-i keçirdiyimiz iclasda AXH-nin qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin iclasını keçirməyi planlaşdırdıq. İsgəndər Həmidov da daxil olmaqla 18 nəfərin iştirakıyla avqustun 17-də Təşkilat Komitəsinin iclasını keçirəcəyik. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaranırsa qaydaya uyğun olaraq İdarə Heyəti buraxılır. İsgəndər bəy də mənə zəng edib bildirmişdi ki, qurultaya qatılacaq. Sentyabrın 10-15-dən sonra isə iclaslarımızda daimi iştirak edəcək. Bax, narazılıq burdan başladı. Bunlar aqressivləşdilər ki, yox, burda hamısı səsə qoyulmalıdır və s. İclası da dönəm sədri Valeh İbadov aparırdı. O da dedi ki, İdarə Heyəti buraxılıbsa, mənim də dönəm sədri kimi səlahiyyətim bitmiş sayılır və mən iclası bağlayıram. Ondan sonra Bəxtiyar Tuncay durub dedi ki, mən qalmıram burda. Mənim Bəxtiyar müəllimə bir alim kimi dərin hörmətim var. Aranı qatan başqa adam idi. Mən bilirəm ki, o kim idi və çöldə ona dedim ki, nə oldu, layihən suya düşdü? Bir gün əvvəl Gəncədən gəlib burda iş qurmuşdular, siyahı aparmışdılar ki, neyləsinlər. Yenə də deyirik ki, şənbə günü gəlin, nə deyirdizsə onu müzakirə edib səsə qoyaq. Yoxsa kənarda nəsə danışmaq iş deyil. Əgər istəyirlərsə gəlsinlər, alternativ səsvermə keçirək və görək kim çox səs toplayır? Əgər mən az səs toplayaramsa adi üzv kimi İdarə Heyətinin tərkibində qalacam. İsgəndər bəy mənə əlaqə telefonu verib ki, vəziyyəti məndən öyrənsin. Bunları da bu qıcıqlandırır ki, niyə bəy Həsənə telefonu verir, bizə yox? İsgəndər bəylə 35 ildən çoxdur ki, münasibətim var. O da mənə daha çox etibar edir.
Bəxtiyar bəyi demirəm, ancaq bizim içimizdə təsadüfi insanlar var. Bunlar Təşkilat Komitəsinin iclasını 13 nəfərlə keçirmək istəyirdilər. Mən də İsgəndər bəyə bunu dedim. Bəy dedi ki, heç kimi çıxartmasınlar. 18 nəfər hamımız iclasda iştirak edək. O qeyd olunan 5 nəfər də bizə hara kimi kömək edə bilərlərsə etsinlər. O İdarə Heyətindən xəbərsiz plan quranlar hətta yeni sədr və sədr müavini seçmək məsələsini də müzakirə etmişdilər. Mən də dedim ki, səsvermə də olsa İsgəndər bəy özü də uyğun adamı göstərməlidir. Bizim iclaslarımız Liberal Demokrat Partiyasının qərargahında olacaq. Mən bəyə dedim ki, iclasın aparılmasını Fuad Əliyevə həvalə edin və siz müalicəyə gedin. Gələndə də yenə işlərimizi davam etdirək. Belə çıxır ki daxilimizdə İdarə Heyətini parçalamağa çalışanlar var. Mahmudla Ramiz çayxanada qərara gəliblər. Yəqin ki, İsgəndər bəy gəlib onlarla söhbət edəcək və bir qərara gələcəyik. Hələ ki, qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin iclasında sədr daxil olmaqla 18 nəfərin iştirakı gözlənilir. İclas şənbə günü saat 1-də keçiriləcək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-08-2019, 12:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-08-2019, 12:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11