Quru sərhədlərin bağlı saxlanılması konstitusiyaya ziddir - DEPUTAT ŞƏRHİ
Xəbər verdiyimiz kimi ABŞ Dövlət Departamenti dünyada insan haqlarının durumu ilə bağlı hesabatında Azərbaycan hökumətinin quru sərhədləri bağlı saxlamasını insan hüquqlarının pozuntusu kimi dəyərləndirib.
Ancaq buna baxmayaraq, Nazirlər Kabineti hər hansı şərh verməkdən imtina edir.
Regionxeberlericom.az DİA.AZ-a istinadən bildirir ki, BAXC lideri, millət vəkili Qüdrət Həsənquliyev Gununsesi.info-ya açıqlamasında bu problem haqqında danışıb.
Deputat xatırladıb ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada pandemiya elan olunanda Azərbaycanda Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması və “Sanitariya -epidemoloji salamtlıq” haqqında qanunun 25-ci maddəsinə əsasən ölkədə karantin rejiminin tətbiq olunması barədə ictimaiyyətə məlumat verildi:
“Bir çox insan hüquq və azadlıqlarına məhdudiyyətlər tətbiq olundu. Qanunun 25-ci maddəsində – (Xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq sahəsində vəzifələr) deyilir:
Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər.
Yoluxucu xəstəliklərin immunoprofilaktikası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
Yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda Azərbaycan Respublikasının hökuməti, baş dövlət sanitariya həkimləri özlərinin səlahiyyətləri daxilində müvafiq ərazilərdə və ya obyektlərdə müəyyən olunmuş qaydada xüsusi əmək, təhsil, hərəkət, daşıma şəraiti və rejimləri tətbiq edir, lazım gəldikdə isə belə xəstəliklərin əmələ gəlməsinin, yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən zərərsizləşdirmə, dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya işləri görürlər.
Yoluxucu və parazitar xəstəlik mənbələrində karantin-təşkilat, profilaktika tədbirlərinin görülməsi, yoluxucu xəstəliklərə tutulmuş şəxslərin xəstəxanalara yerləşdirilməsi qaydasını və müddətlərini müvafiq icra hakimiyyəti orqanları müəyyən edir.
Bu qanun 10 noyabr 1992-ci ildə qəbul olunub.1995-ci ildə isə yeni Konstitusiya qəbul olunub.Konstitusiyanın 147-ci maddəsində deyilir ki,
I. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir.
II. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir.
Yeni konstitusiya ilə epidemiya zamanı fərqli hüquqi mexanizmlər nəzərdə tutulduğundan köhnə qanuna istinad etməklə kimlərdən ibarət tərkibdə formalaşdırılması və statusu bəlli olmayan Operativ Qərargahın ölkədə karantin rejimi tətbiq edib insan hüquq və azadlıqlarını məhdudlaşdırması Konstitusiyaya ziddir.
Belə ki, Konstitusiyanın 71-ci maddəsində deyilir:
III. Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir.
Konstitusiyanın “Azadlıq hüququ” adlanan 28-ci maddəsinində düzünə göstəriş var. Orada isə deyilir ki, Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır.
Konstitusiyanın imperativ xarakterli “Fövqəladə vəziyyət tətbiq edilməsi barədə” 112- ci maddəsində də deyilir ki,
Azərbaycan Respublikasının Prezidenti təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.
Konstitusiyada göstərilir ki,epidemiya olduqda Prezident fövqəladə vəziyyət elan etməli və öz qərarını Milli Məclisin təsdiqinə verilməlidir.Qanunda hansı hallarda epidemiya elan olunmasına dair də müddəa yoxdur.İnsan hüquq və azadlıqları yalnız parlamentin razılığı ilə məhdudlaşdırıla bilər.Bundan başqa `Fövqəladə vəziyyət haqqında` qanunun 8-ci maddəsinin 8.0.18-ci bəndində deyilir ki,epidemiya ilə əlaqədar fövqəladə vəziyyət elan edilirsə bu zaman karantin tətbiq edilməsi, sanitariya-antiepidemiya, baytarlıq və bu kimi digər tədbirlərin, habelə qanunvericiliklə nəzərdə tutulmuş mülki müdafiə tədbirləri həyata keçirilir.Amma qanunda karantin rejiminin anlayışı da verilmir .
Dəfələrlə bu barədə Milli Məclisdə məsələ qaldırsam da,Baş Nazirə sual ünvanlasam da hüquqi baza yaradılmır,Konstitusion normalar pozulur,qərarlar hökumətin hüquq düşüncəsi və beynəlxalq praktikadan karantin barədə eşitdiklərinə uyğun,yaxud siyasi məqsədəuyğunluq baxımından qəbul olunur.
Ölkənin quru sərhədlərinin Azərbaycan Respublikasının vətəndaşları üçün bağlı saxlanılması Konstitusiyaya ziddir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-03-2023, 09:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər