reklam
Regionxeberlericom.az » Sosial » Azərbaycana hələ plastik düyü gəlməyib, amma.. - Pakistan düyüsü almaq məsləhətdir

reklam

Azərbaycana hələ plastik düyü gəlməyib, amma.. - Pakistan düyüsü almaq məsləhətdir


Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda Pakistan Baş naziri Şahbaz Şəriflə ticari-iqtisadi əlaqələrin canlandırılmasını müzakirə edib. Daha sonra ölkə başçısı keçirilən beynəlxalq konfransda bildirib ki, Pakistandan keyfiyyətli düyü ala biləcəyimiz təqdirdə, nə üçün onu başqalarından almalıyıq.

Ümumiyyətlə, son illər iki ölkə arasında münasibətlərdə dinamika müşahidə olunur. Təkcə ötən il ərzində Pakistandan Azərbaycana 50500.5 min ABŞ dolları dəyərində məhsul idxal edilib.

Pakistandan ölkəmizə nə qədər düyü idxal edilir, onlar təhlükəli deyilmi?

Azərbyacanda təhsil alan, eyni zamanda istehsal etdikləri düyünün satışını ölkəmizdə həyata keçirən pakistanlı Sahil Navab Sputnik Azərbaycan-a açıqlamasında öz ölkəsinin məhsullarının çox faydalı və təhlükəsiz olduğunu deyib:

"Təəssüflər olsun ki, bütün ağ düyülərin üzərində "zənginləşdirilib" ifadəsi yazılıb. Əslində isə düyünün saflaşdırılma prosesi zamanı o vitaminlər, zink, maqnezium və digər qida maddələrindən təmizlənir, daha sonrakı mərhələdə istehsalçılar müxtəlif vitaminlər formasında təbii olmayan inqridentləri əlavə edir. Beləcə bu məhsullar marketlərə "qidalandırıcı qida", yəni "zəngin məhsul" adı ilə daxil edilir".

"Qeyd edim ki, ABŞ Qida və Dərman Adminstrasiyası da bildirir ki, ağ düyü minimum qida tələbərinə cavab vermir", - deyə həmsöhbətimiz əlavə edib.

Plastik düyünü necə ayırd etmək olar?

Ağ düyü ilə müqayisədə qəhvəyi düyünün daha faydalı olduğunu deyən pakistanlı gənc bildirir ki, bu gün ən çox Çin bazarlarında plastik düyünün satışını görmək olar:

"Plastik düyü insan səhhəti üçün çox ziyanlıdır. Pakistan düyülərində isə heç bir təhlükə yoxdur".

Bəs, Azərbaycanda plastik düyü varmı və ümumiyyətlə, düyünün plastik olub-olmadığını başqa necə müəyyənləşdirə bilərik?

Bir neçə araşdırmaya əsasən düyünün plastik olub-olmadığını müəyyənləşdirən ən sadə üsulu belədir:

Öncə bir stəkan suya bir çay qaşığı qədərində düyü əlavə edirsiz, bir neçə dəqiqə qarışdıqdıqdan sonra isə qarışığın dayanmasını gözləyin. Təbii düyü suyun dibinə hopmuş olacaq, plastik düyü isə əksinə suyun üzündə qalacaq.

Çin, Sinqapur, Vyetnam, Hindistan kimi ölkələrdən idxal zamanı ehtiyatlı olmaq lazımdır

Azərbaycanda təhlükənin olub-olmamasına gəldikdə isə qida üzrə ekspert Ağa Salamov Sputnik Azərbaycan-a açıqlamasında hazırda narahatlığa hər hansı əsasın olmadığını bildirib:

"Plastik düyü Çin bazarına aiddir və bu ölkədə geniş şəkildə istifadə olunur. Bu kartof nişastası ilə müəyyən plastiklərin sintezindən əldə olunan düyüdür. Azərbaycan bazarında plastik düyünün olması ilə qarşılaşmamışam. Amma bununla belə plastik düyü istehsalı, satışı olan ölkələrdən- Sinqapur, Vyetnam, Hindistan kimi ölkələrdən idxal zamanı ehtiyatlı olmaq lazımdır. Yəni bu o demək deyil ki, Hindistan düyülərinin hamısı plastikdir. Çünki gömrükdən daxil olan məhsullar AQTA tərəfindən analiz edilir. Ümid edirik ki, yerli bazarada belə düyülərə rast gəlinməz".

"Risk olaraq düşündüyümüz ölkələrdən gətirilən düyülər ciddi şəkildə laboratoriyadan keçirilməli və sonra ölkəyə buraxılmalıdır. Düyü qırılırsa plastik deyil, əzilirsə plastikdir. Bundan başqa, dadı, qoxusu olmasa da plastik düyülərin görünüşü var. Lakin etiraf edək ki, belə düyülərə bəzən ətir də vururlar. Düyünün qapağı açıldıqda ordan fərqli xoş qoxu gəlirsə, bu da şübhə yarada bilər", - deyə o, əlavə edib.

AQTA hələ ölkədə plastik düyüyə rast gəlməyib

Sırf plastik düyülərlə bağlı sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirir.

Həmçinin satış şəbəkələri və ticarət obyektlərində vətəndaşlara satılan qida məhsullarının təhlükəsizliyini təmin etmək üçün Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün regionlarında mütəmadi olaraq monitorinqlər keçirilir. Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb olunur. Sınaq nəticələrinə əsasən, müvafiq tədbirlər görülür.

"Bu günədək AQTA tərəfindən həyata keçirilən yoxlama-nəzarət tədbirləri zamanı qeyd olunan hala, yəni “plastik düyü”yə rast gəlinməyib", - deyə AQTA-dan bildirilib.

Əlavə olaraq qeyd olunub ki, vətəndaşların satış müəssisələrində satılan qida məhsulları ilə bağlı şübhələri olarsa, bu barədə konkret faktlarla (əmtəə nişanı göstərilməklə) Agentliyin “1003-Çağrı Mərkəzi”nə müraciət edə bilərlər. Müraciət daxil olduqda dərhal araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür.

Son olaraq rəqəmlərə də nəzər salaq:

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycana Almaniyadan 1.12, Amerikadan 0.01, Boliviyadan 0,02, Böyük Britaniya və Şimali İrlandiyadan 0.62, Çindən 228.07, Hindistandan 37563,44, İrandan 27, İtaliyadan 9.07, Kambocadan 1.30, Koreyadan 0.01, Lüksemburqdan 3.73, Pakistandan 1071,6, Perudan 0.02, Rumıniyadan 2, Tailanddan 1225,22, Türkiyədən 82.15, Uruqvaydan 43,04, Vyetnamdan 2.96, Yaponiyadan 0.01 ton düyü idxal edilib. //sputnik.az//




Paylaş:


Müəllif : Tarix:
27-03-2023, 17:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər