Biləsuvarda başçıya şikayət əhəmiyyətsizdir... - GİLEY
Biləsuvarda yaşayan Qarabağ müharibəsi əlillərinin problemləri çoxdur. regionxeberlericom.az DİA.AZ-a istinadən bildirir ki, onlar daha çox yerli məmurların laqeydliyindən, məsuliyyətsizliyindən şikayət eləyirlər.
“Həyat yoldaşıma dedim ki, gəl ayrılaq, ailəni saxlaya bilmirəm”
Sabir Alışov 1992-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə başından yaralanıb. İkinci qrup əlildir. Danışır ki, təqaüdünü müalicəyə sərf eləyir. 2006-cı ildə ona birotaqlı mənzil verilib. Sağlamlığında, sosial həyatında böyük problemlərə görə 38 yaşında evlənməyə imkan tapıb, indi iki azyaşlı övladı var. Dördnəfərlik ailə 18 kvadratmetlik otağa sığmır.
“İş qabiliyyətimi itirmişəm. Başımın sümük hissəsindən götürüblər. Ağrıdan gecələr yata bilmirəm. Güclü başağrılarım, yüksək təzyiqim olur, gözümə yuxu getmir. Gəl indi dörd adam bu balaca otaqda yaşa. Məcburiyyətdən ailəmi kəndə - qayınatamgilə göndərmişəm. Həyat yoldaşıma dedim ki, gəl ayrılaq. Belə mənəvi əzab çəkirəm. Ailəni saxlaya, dolandıra bilmirəm”, - Sabir deyir.
Müharibə əlilinin söylədiyinə görə, həyat yoldaşı onkoloji xəstədir, iki dəfə əməliyyat olunub. İki xəstə adamın uşaqlarla balaca mənzildə yaşaması mümkünsüzdür.
Sabir deyir ki, Nəsimi kəndində pay torpağı var, amma sağlamlığındakı böyük problemlərə görə istifadə eləyə bilmir. Kimlərsə istifadə eləyir, Sabirin heç xəbəri də olmur. Ümumiyyətlə, kənddə heç ata yurdu da qalmayıb. Biləsuvardakı birotaqlı mənzildə yaşamağa məhkumdur.
“Hər gün intihar haqqında düşünürəm”
Sabir Alışov mənzil şəraitinin yaxşılaşdırılması üçün az qala, hər gün mübarizə aparır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinə, Biləsuvar Rayon İcra Hakimiyyətinə müraciət eləyib, heç bir tədbir görülməyib: “Yalnız süründürməyi bilirlər. 2013-cü ildə icra hakimiyyətinə müraciət elədim ki, mənzil məsələsi həll olunsun. Gəlib baxdılar. Biləsuvardakı mənzilləri iki aya payladılar, məni kənarda qoydular. Dedilər, sənə bu dəfə ev düşmür, gələn dəfəni gözlə. İndi icra hakimiyyəti açıq yazır ki, heç bir ev tikilməyəcək. Hələ üstəlik minnət qoyurlar ki, niyə o vaxt bu mənzili almısan? Bunu da çox görürlər mənə. Mən onsuz da bu şəraitdə yaşaya bilmirəm”.
Sabir Alışov yorulmadan müxtəlif dövlət orqanlarına yazır. Deyir ki, kiçik məmurdan yuxarı strukturlara şikayət eləyirsən, qayıdıb onu müdafiə eləyirlər.
“Bu otağı da tövlə kimi veriblər ki, başımızı soxaq. Adını qoyurlar ki, müharibə əlilinə ev vermişik. Nə səhhətimlə maraqlanırlar, nə dolanışığımla. Vətən üçün can qoymuşam. Amma az qala hər gün intihar haqqında düşünürəm. Bütün məktublarımda da bunu qeyd eləyirəm”, - Sabir bunu deyir, halı pisləşir. Müsahibəni saxlamalı oluruq...
“Adam var ki, babasildən əməliyyat olunub, Qarabağ əlili adını veriblər”
Nurəddin Nəbiyev 1994-cü ildə Füzuli cəbhəsində minaya düşdüyünü bildirir. Ayağından yaralanıb, elə həmin ilin martında əlillik dərəcəsi alıb. Gəzməyə çətinlik çəkir. Əlillər üçün nəzərdə tutulan avtomobil verilməsini istəyir.
“Dəfələrlə uyğun yerlərə müraciət eləmişəm. Rayon xəstəxanasındakı İlkin həkim hər cür mane olur. Fuad Ələsgərovun qəbulunda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olmuşam. Hətta Respublika Prokurorluğuna məktubla müraciət eləmişəm. Deyirlər ki, Nazirlər Kabinetinin qərarına görə, sənə düşmür. Biləsuvarda nə qədər saxta əlillərə ev, maşın veriblər. Mən pul vermədiyimə görə kənarda qalıram”, - müharibə əlili danışır.
Nurəddin deyir ki, əlil olmağı həyatını normal məcradan çıxarıb. Acınacaqlı vəziyyətdə yaşayır: “İki tələbə oxuduram. Müraciətlərə əhəmiyyət vermirlər. Çox eləyə bilmirlər, az eləsinlər. Müharibə əlilindən soruşmurlar ki, harda yaşayırsan, nə yeyib, nə içirsən? Xəstəxananın həkiminin düzgün rəy verməməsindən yuxarı strukturlara şikayət eləyirsən, onun özünə yönləndirirlər. Tam bir məntiqsizlik. Xəstəxanada əlillik dərəcəsi üçün bazar açıblar. Adam var ki, babasildən əməliyyat olunub, Qarabağ əlili adını veriblər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-08-2019, 09:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-08-2019, 09:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11