Nazirlik "Üstay"ın qarşısında nədən acizdir? - Bəs işçi haqqını kim qorumalıdır?
Redaksiyamıza təkrar müraciət edən Türkiyənin Hatay vilayəti sakini Mehmet Çalışır Sumqayıtda fəaliyyət göstərən “Üstay” şirkətindən şikayətini davam etdirir. DİA.AZ bildirir ki, hələ də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi başda olmaqla aidiyyatı qurumlar işçi haqqının pozulmasına gərəkən reaksiyanı vermədiyindən anormal bir mənzərə yaranıb. Bir sözlə, özbaşınalıq davam edir...
Türkiyə vətəndaşı dia.az-a yazır: "Bu şirkət mənim əmək haqqımı mənimsəyib və bu yerli mətbuatda may ayında işıqlanıb.Amma buna baxmayaraq təəsüflər olsun ki, “Üstay” şirkəti indiyəcən mənim haqqımı ödəməyib.
Çalışdığım şirkət əmək hüquqlarımı tapdayıb. Mənə çatacaq pulu mənimsəyiblər.
Mən Sumqayıtda fəaliyyət göstərən “Üstay” şirkətindən şikayətçiyəm. Türk şirkəti olan “Üstay”da bir ildən artıq işləmişəm.
11 ildir Azərbaycanda yaşayıram, azərbaycanlı xanım ilə evliyəm,3 qız övladım var. Hazırda Kotec qəsəbəsində kirayədə yaşayıram, işsizəm.
Məni “Üstay Yapı Taahhüt və Ticarət Anonim” şirkətinin Azərbaycanda, yəni Sumqayıtda fəaliyyət göstərən şirkətinə Şevqet Yıldız adlı soydaşım dəvət etmişdi. Bu zaman mənə vəd vermişdi ki, sən minimum 1500-2000 manatarası maaş alacaqsan. Sonradan mənə aydın oldu ki, aldadılmışam. Çünki ilk vaxtlar 700, son iki ayda isə cəmi 800 manat maaş verdilər. Onun da 500 manatı “Paşa Bank”-ın kartına köçürülüb. Qalan 300 manatını mənə şəxsən veriblər. Görəndə ki, aldadılıram, işdən ayrıldım. O gün-bu gündür onlardan qalan pullarımı ala bilmirəm.
Həyat yoldaşı mağır şəkər xəstəsi olduğundan hər gün insulin iynəsi vurur. Üstəlik, bir böyrəyi işləmir. Aldığım maaş onun müalicəsinə və ailəsinin xərclərinə belə yetmirdi.
Halbuki Tükiyə qanunları ilə mən işçi kimi “vizion” qrupunda olduğumda 1600 avrodan aşağı maaş ala bilməzdim. Yəni “Üstay” şirkətinin Sumqayıtdakı layihə rəhbərliyi bunu bildikləri halda, mənim haqqımı yeyiblər və hüquqlarımı tapdalayıblar, mənə qarşı qeyri-insani və qanunsuz davranıblar. Bununla onlar Azərbaycanda olan Əmək Məcəlləsinin də qanunlarını kobud şəkildə pozublar.Mənim videomüraciəmi dərc etməyinizi xahiş edirəm".
Paylaş:
Müəllif : Yazar
Tarix:14-08-2019, 09:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Redaksiyamıza təkrar müraciət edən Türkiyənin Hatay vilayəti sakini Mehmet Çalışır Sumqayıtda fəaliyyət göstərən “Üstay” şirkətindən şikayətini davam etdirir. DİA.AZ bildirir ki, hələ də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi başda olmaqla aidiyyatı qurumlar işçi haqqının pozulmasına gərəkən reaksiyanı vermədiyindən anormal bir mənzərə yaranıb. Bir sözlə, özbaşınalıq davam edir...
Paylaş:
Müəllif :
Yazar
Tarix:14-08-2019, 09:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11