reklam
Regionxeberlericom.az » Sosial » “Pilot layihə ilə təsərrüfatımı Kəlbəcərə apardım, qayıdanda torpağımı başqasına vermişdilər” – Video

reklam

“Pilot layihə ilə təsərrüfatımı Kəlbəcərə apardım, qayıdanda torpağımı başqasına vermişdilər” – Video

















Ucar rayonu Lək kəndində məskunlaşan Təhməzov Fazil Abduləli oğlu ona məxsus torpaqların həmkəndlisi Mürsəlov Vüqar tərəfindən mənimsənildiyini iddia edir.

O, bu barədə Yeniavaz.com-a göndərdiyi videomüraciətində bildirib.

F.Təhməzov deyib ki, 1993-cü ildə Kəlbəcər rayonu Mollabayramlı kəndindən məcburi köçkün kimi Ucar rayonu Lək kəndi ərazisində məskunlaşıb:

“Mən prezidentin göstərişi ilə pilot layihə ilə təsərrüfatımı Kəlbəcər rayonuna apardım. Bundan sonra Lək kəndinin bələdiyyə başçısı Şükürov Nazir, kənd icra nümayəndəsi Rəhimov Əfqan bələdiyyə torpaqlarını, örüş sahələrini kənd sakini Mürsəlov Vüqara həvalə ediblər. 27 il mənə məxsus olan bələdiyyə torpaqlarını kənd bələdiyyəsi, icra nümayəndəsi Mürsəlov Vüqar adlı kənd sakininə veriblər. Mən buna görə rayon başçısı Mənsur Məmmədovun qəbulunda oldum. Ona Vüqar Mürsəlovun torpaqları mənimsəməsi barədə danışdım. Çox aciz durumda qaldı, yəni heç bir tədbir görmədi. İndi mənim təsərrüfatımı saxlamağım üçün otlaq, örüş sahəm yoxdur. Kənd bələdiyyəsi və icra nümayəndəsi Mürsəlov Vüqara dəstək duraraq bütün bələdiyyə torpaqlarını, örüş sahələrini əkiblər”.

Məsələ ilə bağlı Lək kənd bələdiyyə sədri N.Şükürov Yeniavaz.com-a bildirib ki, F.Təhməzovun bəhs etdiyi torpaqlar ona məxsus deyil:

“Belə söhbət yoxdur. Onun dediyi torpaqlar onun deyil, lap Əmlak Komitəsi gəlsin yoxlasın. Bu torpaqlar heç kimə məxsus deyil, bələdiyyənin fondunda olan ümumi örüş sahəsidir, Lək camaatının ümumi istifadəsində olub. Onun özünün yeri var. O vaxt köçkün düşəndə onlara 2 hektar torpaq verilib. Özlərinin əlavə 6-7 hektar torpaqları var. Qanunsuz neçə hektar yer götürüb. Bəs bunları niyə demir? Sabah bunu yoxlasalar, görsələr ki, bu qədər torpağı var, onda nə deyəcək? Qanunsuz yerə istifadə edir, bələdiyyələr göz yumub, bəs bunları niyə demir? O məcburi köçkün kimi gəlib sığınıb, nə edəsən? Köçkündür deyə, özümüz dinmirik. Müvəqqətidir, çıxıb gedəcəklər deyə, gözləyirik. Min baş qoyunu var deyə camaatın yerini zəbt etməlidir?”

Lək kənd icra nümayəndəsi Ə.Rəhimov isə Yeniavaz.com-a bildirib ki, həmin bələdiyyə torpağı F.Təhməzova verilməyib:

“Heç kimə verilməyib. O, niyə yalan informasiya verir? Düzdür, bir nəfər yoldaş var, Vüqar Mürsəlov, kasıb bir adamdır, iki qardaş çətinliklə dolanan ailədirlər. Ona yeri əkib-becərməsi barədə deyilmişdi, amma sonradan buna da icazə verilmədi. O qoyun artırır, amma camaat burda balasına çörək yeri üçün əlləşir. Başa da salırsan, qeyri-mümkündür, elə dirənir ki, mənimdir. Özü götürdüyü qanunsuz yerlərdir. Burda “meşə” adlanan sahə var. Əvvəllər Ağdaş baxırdı, indi, deyəsən, Bərdə rayonu baxır. Meşədə meşəlik qalmayıb. Onlar 3 qardaş orda məskunlaşıblar, qeyri-qanuni ev də tikiblər. Heç dinən yoxdur, biz ona dinmirik də. Onlar qeydiyyatda heç Lək kəndində də deyillər, Zərdab rayonundadırlar. Şərait də yaradılıb, kəndimizdən neçə adam pay torpaqlarını verib ki, qoyunlarını filan otarsın. Onun dediyi yer 3 kasıb, dolana bilməyən ailəyə müvəqqəti verilmişdi, o da saxladıldı, yəni əkilməsin. Bu, indi nə istəyir? Elə zorla deyir ki, mənimdir. Bizi, kənd rəhbərlərini prokurorluq ilə hədələyir. Belə şey olur? Yoldaşlıqdır bu?”.





Paylaş:


Müəllif : Tarix:
7-02-2023, 12:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər