Nəhayət ki, onu yola salırlar... - İDDİA
Prezident İlham Əliyev sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışında “Azəriqaz” İstehsalat Birliyinin fəaliyyətini kəskin tənqid etmişdir. Əsası olmayan işlərə son qoymağa çağıran prezident qurumu birtərəfli olaraq hansısa qaydalar tətbiq etməkdə və insanlara problemlər yaratmaqda suçlamışdır. Paralel olaraq prezident maksimum şəffaflıq, ədalətin təmin olunmasını da tələb etmişdir.
Dövlət başçsının məlum çııxışından sonra yayılan məlumatlardan bəlli oldu ki, qaz itkisi böyük miqdardadır və bu hal bir neçə il əvvəl məlum olsa da, “Azəriqaz” rəhbərliyi itkini azaltmaq üçün təsirli tədbirlər görə bilməyib. Belə iddialar da səslənir ki, itki kimi rsmiləşdirilən qazın bir hissəsi əslində istehsalat və xidmət obyektlərinə gizli şəkildə satılır. Audit şirkəti “Ernst & Young” 2016-cı ildə “Azəriqaz”da yoxlama apararkən bir çox qüsurlarla yanaşı, istehlakçıların qazla təminatı zamanı böyük qaz itkilərinin də olduğunu qeyd etmiş və itkilərin aradan qaldırılması üçün təklif də verilmişdi. Lakin belə məlum olur ki, “Ernst & Young”un təkliflərinə qismən əməl olunub.
Prezidentin “Azəriqaz” İstehsalat Birliyinin fəaliyyətini kəskin tənqid etməsindən sonra qurumun baş direktoru Əkbər Hacıyevin vəzifəsindən azad ediləcəyi haqqında fikirlər səslənməyə başladı. Ancaq bunu təkzib edənlər də yox deyil. Belə iddilar da var ki, Rövnəq Abdullayev SOCAR prezidenti olduğu müddətdə Əkbər Hacıyev də “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru olacaq.
Qeyd edək ki, Əkbər Hacıyev Rövnəq Abdullayevin bir zamanlar irəli çəkdiyi ilk kadrlardan hesab olunur. İndi isə o zaman deyil-“Azəriqaz”ın fəaliyyətindən narazılıq artır, qurumun fəaliyyəti dövlət başçısı tərəfindən kəskin tənqid olunur və Rövnəq Abdullayevin hakimiyyətdəki mövqeləri də zəifləyir. SOCAR prezidenti ard-arda üzləşdiyi qalmqallardan sonra hakimiyyətdəki mövqelərini itirib və onun yaxın zamanda postunu da itirəcəyi gözlənilir. Hətta Rövnəq Abdullayev hansısa möcüzə nəticəsində vəzifəsini qoruyub saxlaya bilsə belə, onun bundan sonra Əkbər Hacıyevi qorumaq gücü yoxdur. Bu səbəblərdən də yaxın zamanlarda Əkbər Hacıyevin vəzifəsini itirəcəyi labüdləşir.
Bu istiqamətdə yenixeber.org-a daxil olan məlumata görə, Əkbər Hacıyev oktyabr ayına kimi vəzifəsindən kənarlaşdırılacaq. Onun yerinə isə ölkə ictimaiyyətinin yaxından tanımadığı Mehralı Quliyev adlı şəxsin gətiriləcəyi gözlənilir. Mehralı Quliyev haqqında yalnız o məlumdur ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Hüsnü Quliyevin qardaşıdır. Hüsnü Quliyevin hansısa “Vüsal” firmasının direktorluğundan Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin “2 saylı Avtomobil Yollarının Yaşıllaşdırılması” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi vəzifəsinə təyin olunması, çox qısa müddətdə Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsinə kimi yükəslməsi çox güclü himayəyə sahib olduğunu göstərir. Ötən günlərdə də yazdığımız kimi, 40 yaşında, 6 ilə Odlar Yurdu Universitetinin bakalavr pilləsini bitirmiş bir şəxsin hazırkı vəzifəyə yükəslməsinin səbəbi kimi onun nüfuzlu generallardan birinin komandasının yeni parlayan ulduzu olması ilə izah edilir. Bu faktorlara onu da əlavə edək ki, Hüsnü Quliyev yaxınlarda SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovla quda olaraq hakimiyyətdəki mövqelərini daha da gücləndirib. Bu qudalıq Mikayıl İsmayılov üçün də uğurlu sayıla bilər. Bu qohumluq nəticəsində Mikayıl İsmayılov hakimiyyətdəki ən güclü dairə ilə əlaqə yaradıb ki, bu da onu SOCAR-ın birinci şəxsi olmaq kimi iddialarda bulundurur.
Belə palitra fonunda Əkbər Hacıyevin mövqeyini uzun müddət qoruya biləcəyi şübhə doğurur. Zaman isə Hüsnü Quliyevin qardaşının xeyrinə işləyir. Əgər, yol tikintisi ilə heç bir əlaqəsi olmayan bir şəxs qısa müddətdə Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsinə yükəsələ bilirsə, onun “Azəriqaz”da işləyən qardaşının bu qurumun rəhbərliyinə gətirilməsi problem kimi görünmür. Üstəlik, “Azəriqaz” İstehsalat Birliyinin SOCAR-ın tabeçiliyində olduğunu da nəzərə alanda, Mikayıl İsmayılovun dəstəyi həlledici ola bilər.
Yeri gəlmişkən onu da qeyd edək ki, Hüsnü Quliyevlə Mikayıl İsmayılovun övladlarının toy mərasiminin də oktyabrda olacağı gözlənilir.(Xoşbəxt olsunlar. Red.)
Paylaş:
Müəllif : Yazar
Tarix:8-08-2019, 17:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-08-2019, 17:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11