Şabran məhkəməsi qanunlara qarşı gedir... - GİLEY
DİA.AZ-a müraciət edən Şabran rayonu Babək küçəsi , 26-cı məhəllədə yaşayan Qasımov Elmar Qurbanəli oğlu bildirir ki, ona məxsus 1 sot torpaq sahəsi qonşusu Məmmədağa Hacıyev tərəfindən zəbt olunub. Qasımov Elmar ona məxsus ərazinin Məmmədağa Hacıyevdən boşaldılmasını dəfələrlə xahiş etsə də qarşı tərəf buna məhəl qoymayıb,onun haqlı tələbini kobudluqla qarşılayıb. Məmmədağa Hacıyev ərazinin Elmara məxsus olması ilə razılaşmayıb,ümumiyyətlə bu ərazinin ona məxsus olmasını deyib və bildirib ki,”kimə istəyirsən get şikayət et”.Bundan başqa o və onun həyat yoldaşı dəfələrlə Elmar Qasımovu özündən çıxartmağa çalışıb.
Bütün bunları görən Elmar Qasımov məcbur olub məhkəməyə müraciət edib.Lakin vətəndaşın torpaq sahəsinin zəbt olunması açıq-aşkar görünsə də və bununla bağlı rəsmi sübut olsa da Şabran Rayon Məhkəməsinin sədri ,hakim Çingiz İsgəndərov, qanunu pozanın xeyrinə qətnamə çıxarıb.Bu səbəbdən Elmar Qasımov həm də hakim Çingiz İsgəndərovdan şikayətçidir.
Şabran bələdiyyəsinin sədri Qəhrəman Quliyev tərəfindən məhkəməyə təqdim olunması üçün Elmar Qasımova arayış da verilib ki, 2013 –cü il tarixli,02 saylı iclas protokoluna əsasən ona 5 sot həyətyanı torpaq sahəsi satılıb,lakin həmin sahənin 100 m² -i 1 sotu qonşusu Məmmədağa Hacıyev tərəfindən zəbt olunub. Yəni , Elmar Qasımovun sahəsinin qonşusu tərəfindən zəbt olunması təsdiq olunub rəsmən.Amma görünür bu rəsmi sənəd hakim üçün əsas deyil.
Qanunsuzluqla üzləşən Elmar Qasımov məsələ haqda bunları deyir:
“2013-ci ildə qanuni şəkildə 500 manat rüsum köçürüb 5 sot Şabran bələdiyyəsindən torpaq sahəsi aldım. Əvvəllər bu ərazi boş sahə olub.Hamıya bu ərazidə 5 (20×25 metr)sot sahə verilib.Maddi imkanım olmadığından sahəmdə evi yavaş-yavaş , imkan düşdükcə tikirdim,amma ordada yaşamırdım,bir müddət atam da əməliyyat olduğundan başım onun müalicəsinə qarşımışdı.2017-ci ildə evi hazır etmişdim demək olar.1 otaq yaşayış üşün tam hazır olandan sonra- 2019-cu ildə tikdiyim evə köçdüm.
Amma yalnız bu yaxınlarda hasar çəkməyə başlayanda məlum oldu ki qonşum mənim sahəmə girib.Bu da usta tikinti üçün ölçü işləri aparanda məlum oldu. Usta fundamenti qazanda dedi ki,sənin sahən ölçü ilə düz gəlmir, 1 sotdan az gəlir,heç 4 sot deyil.
Mən bələdiyyədən nümayəndə çağırdım onlar da xəritə ilə ölçdülər və dedilər ki,qonşun həqiqətən sənin sahənə girib, tikdiyi tövləsinin bir hissəsi sənin sahəndədir.Bu bələdiyyə sədri,onun müavini İmran da dəfələrlə təsdiq edib . Torpaq sahəsinin planı ,miqyası dəqiq göstərilib və asanca bilinir ki kimin sahəsi haracandır.
Topaq sahəsinin mənə məxsus olması ,alqı-satqı ilə Şabran rayon bələdiyyəsindən alınması dair,İcra hakimiyyətinin tikinti və memarlıq şöbəsinin icazəsi və sairə bütün müvafiq sənədlərim var.Ödədiyim qəbzlərəcən var.
Şabran rayon məhkəməsində may ayında başlayan məhkəmə prosesindən 4 məhkəmə iclası olub.Məhkəmə iclaslarının hamısında hakim Şabran Rayon Məhkəməsinin sədri Çingiz İsgəndərov olub. Məhkəmə katibi isə Aydın olub.
Birincisi məhkəmə iclası tanışlıq xarakerli olub,ikincidə hakim dedi ki sənədlərdən heç nə başa düşməyib.3-cü də məsələ arşdırıldı,bələdiyyə sədri xəritədə hər şeyi aydın göstərdi.
4-cü məhkəmə iclası heç 5 dəqiqə çəkmədi və hakim qarşı tərəfin xeyrinə qərar çıxardı. Hakim son məhkəmədə dedi ki,”sənin “kupçan” yoxdur deyə mənim iddiam təmin olunmur və Məmmədağa Hacıyevin tikdirdiyi tövlənin ərazisi qanunidir. Mənim qaldırdığım iddiailəbağlı hakimə etiraz ərizəsi yazan Məmmədağa Hacıyev sübut etməyə çalışıb ki, həmin sahə ona məxsusdur.Amma buna heç bir sübut gətirə bilməyib,lakin bu ,hakimin onun xeyrinə qərar çıxarmasına mane olmayıb.
Qeyd edim ki,2012-ci ildən bu ərazidə verilən torpaq sahələrinə görə heç kimə çıxarış sənədi verilməyib. Bunun da səbəbi bələdiyyənin deyinə görə onların kadastra düşməməyidir. Amma bununla belə verilən sənədlər tam qanunidir.Heç kim gəlib deyə bilməz bu evlər qanunsuz tiklib,hər şey qanuni əsasladır, sadəcə olaraq bu evlər hələki satıla bilməz.Bələdiyyə sədri deyir ki Əmlak Məsələləri Dövlət Komitəsinin sədri deyib ki,bu məsələ Milli Məclisdə qaldırılmalıdır və ola bilsin ki,məsələ öz müsbət həllini tapacaq və vətəndaşlar çağrılacaaq,onlara "kupça" -çıxarış paylanılacaq.Ancaq bu onlama gəlmir ki,onların sənədi qanunsuzdur.Hakim hətta dedi ki,Məmmədağa Hacıyevə məsləhət gördü ki,qonşunla dil tap,razılaş.Amma indi deyir ki,qanunsuzdur.Hakim dövlət strukturunun rəsmi sübutunu görməzdən gəlir. Onsuz da sabahları kupşa verilsə belə o sənəd bələdiyyədən verilən sənədəəsasən veriləcək,hansı ki,orada dəqiq göstərilib ki,o yer mənə aiddir sənədlə.
Təbii ki,qərar qanunsuz və ədalətsiz olduğuna görə mən çıxarılan qərarla razılaşmadığımdan ona qol çəkmədim .Əlbəttə ki,qərar sənədi mənə rəsmən göndərilən kimi mən qərardan apellyasiya şikayəti verəcəm.Hesab edirəm hakimin bu qərarı qərəzlidir.Əslində qanunla Məmmədağa Hacıyevin tövləsi də qanunsuzdur.Çünki qanunla tövlə yaşayış evinin ərazisində,ona bitişik olmalıdır.Bu isə daha çox fermadır;orada o yüzlərlə qoyun,toyuq-cüçə,mal-qara saxlayır.Üstəlik tövlədən dözülməz qoxu gəlir və antisanitariya yaradır.
Mən məhkəmədə sual verdim hakimə ki,bəs tutaq ki,mənim sənədim qanunsuzdur,”kupçam” yoxdur,axı onun da sənədi eynilə mənim sənədim kimidir.Onun xeyrinə niyə qərar çıxarırsız bəs onda?Hakim cavab verdi ki,”o sənlik deyil onu biz burda həll etmişik”.Mən bu məsələni belə qoymayaca və axırınacaq öz haqqımı qanuni yolla tələb edəcəm.Mən qonşuma hətta təklif etmişdim ki,tövlə sökülməsin,qalsın mənim ərazimdə.Yəni o ziyana düşməsin,amma mənə də tutduğu yer qədər tövlənin yanından 5 metr yer ayırsın.Hətta razılaşdıq da son məhkəmədə.Amma hakim sonradan nədənsə birdən-birə qərarını kəskin dəyişdi.Halbuki o özü deyirdi ki,”razılaşın qonşusuz. Məmmədağa Hacıyev in mənim sahəmi zəbt etməyinə bir əyani sübut da onun tövləsinin digər tərəfində 5 metr uzununa boş sahənin,istifadə edilməyən yerin olmasıdır.O özünə aid torpaq sahəsini boş saxlayıb mənim sahəmə girib. Burada artıq sahə ola bilməza axı.Hər şey dəqiq ölçülüb ayrılıb. Amma hakim bu adi şeyi belə nədənsə görməyib.Mənə məxsus ərazi onsuz da az olduğundan mənə məxsus ,zəbt olunan ərazidə mən nəsə əkə bilərəm,ondan istifadə səmərəli edə bilərəm,bununla yaşayış şəraitimi yaxşılaşdıra bilərəm.Hakimin açıq-aşkar mənim yerimi zəbt edən adamın xeyrinə qərar çıxarmaqda görəsən ,məqsədi marağı nədir?”
Paylaş:
Müəllif : Yazar
Tarix:8-08-2019, 11:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-08-2019, 11:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11