Pulu çox olanlar vergiyə cəlb olunsa... PULLARINI GİZLƏDƏCƏKLƏR... - Ekspert danışır
Gələn aydan Azərbaycanda yerli bankların və xarici bankın yerli filiallarının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirləri vergiyə cəlb edilə bilər.
Qeyd edək ki, sözügedən gəlirlər 2016-cı il fevralın 1-dən 7 il müddətinə vergidən azad edilib. Bununla bağlı Vergi Məcəlləsinə edilmiş dəyişikliyin müddətinin artırılması ilə bağlı hələ heç bir yenilik yoxdur, Milli Məclisə müvafiq qanun layihəsi daxil olmayıb. Xatırladaq ki, əmanət faizlərinin vergidən azad edilməsi manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra banklardan əmanət axınının qarşısını almaq üçün atılmış addımlardan biridir.
Bundan başqa, 2016-cı il martın 4-dən 2021-ci il aprelin 5-nə qədər Azərbaycanda əmanətlər tam sığortalı olub. Beləliklə, əmanətlər üzrə faiz gəlirləri vergidən azad etmə ilə bağlı dəyişiklik müddəti başa çatır.
Ümumiyyətlə, əmanətlər üzrə faiz gəlirləri vergisinin tətbiqi nə qədər önəmlidir və yenidən dəyişiklik olmazsa, vətəndaşlar pulunu artıq evdə saxlayacaq?
Məlumata görə, iqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, əmanətlər üzrə faiz gəlirinin vergiyə cəlb edilməməsini düzgün hesab etmir:
“Niyə vətəndaş başqa gəlir əldə edəndə, məsələn, evini, torpağını satarkən, yaxud başqa fəaliyyətlə məşğul olarkən orada vergi var, ancaq əmanət üzrə vergi yoxdur? Halbuki vətəndaş fəaliyyət göstərib qazanc əldə edib, ailəsini saxlayır. O pul onun yığım pulu deyil. Yəni vətəndaş gedib mağazadan nəsə alır, 18 faiz ƏDV tutulur. Əmanətçinin isə artıq pulu, yığımı var, ancaq ondan vergi tutmurlar. Əmanəti olan niyə vergi verməməlidir? Azərbaycanda əhalinin gəlir vergisi 14, ƏDV 18, əmanət faizi üzrə vergi 10 faizdir. Yəni bu vergi həm gəlir, həm də ƏDV-dən aşağıdır. Bu gün banklarda əmanətlər üzrə faiz illik ortalamada 10 faizdir. Yəni vətəndaş gedib banka pul qoyur, orada faizin 1 faizini verəcək. Onsuz da o vətəndaşın pulu çoxdur ki, banka əmanət qoyub. Mən insanlar tanıyıram ki, bankda 100 minlərlə, milyonlarla əmanət saxlayır. Niyə kasıb insandan vergi tutulur, varlıdan yox? Bu prinsip düzgün deyil. Əgər düşünülsə ki,vergi tətbiq olunsa, artıq vətəndaş bankda əmanət saxlamayacaq, bu da doğru deyil. Niyə saxlamasın, saxlayacaq”.
Ekspert bildirib ki, cəmi 10 faizin 1 faizi vergi kimi tutulacaq:
“Bu baxımdan həmin verginin tətbiq olunmasında heç bir problem görmürəm. Bu vergi tutulmalıdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-01-2023, 09:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |