Nazirliyin boğazı Əhməd Əhmədzadənin əlindədir - KTN-də “ŞAP-ŞUP” MÜƏMMASI
Sovet hökuməti dövründə məşhur bir teatr tamaşası vardı: “Evləri köndələn yar”.
Bu tamaşanın həm də məşhur bir mahnısı vardı:
“Şap elə bilir şupdadır,
Şup elə bilir şapdadır.
Nə şapdadır, nə şupda,
İşlər tapar-turupda”.Bu gün Azərbaycanın kənd təsərrüfatı sektorunun işi də eynilə bu mahnıda deyildiyi kimi, “tarap-turupdadır”. Hər halda Salyanlı fermer Pərvin Sadıqovun redaksiyamıza ünvanladığı şikayəti araşdırdıqca bu qənaət hasil olur.
Xatırladaq ki, Ovqat.com-a açıqlamasında fermer 4.3 hektar ərazidə pambıq əkdiyini, amma müvafiq qurumların su verməməsi nəticəsində tarlasındakı pambıq kollarının artıq qurumağa başladığını bildirmiş və saytımız vasitəsilə ölkə başçısından kömək istəmişdi.
Şikayətçinin yalvarış səsinin Prezident Aparatına çatıb-çatmadığını dəqiqləşdirmək bizə müəyyər olmasa da, redaksiyamız öz imkanları daxilində bu məsələni araşdırmağa qərar verdi. Əlaqə saxladığımız KTN-nin Salyan rayonundakı nümayəndəsi Tariyel Atamalıyev fermerin dediklərini təkzib etdi. Onun bildirdiyinə görə, şikayətdən xəbəri var: “Pərvin Sadıqov KTN-nin Qaynar xəttinə də müraciət edib. Biz də onun şikayətini araşdırdıq. Məlum oldu ki, 10 gün əvvəl ona su verilib. Yaxın günlər ərzində ikinci suvarma üçün də su veriləcək”.
T.Atamaliyevin qeyd etdi ki, qaydalara əsasən, pambıq sahələri ildə iki dəfə suvarılır: “Pambıq elə bitkidir ki, orda ilk suvarmada gecikmə ola bilər. Amma ikinci suvarma 20 gün müddətinə həyata keçirilməlidir. Biz də bu zərurəti nəzərə alıb dünən rayonun bütün MMC-lərinin təmsilçiləri ilə keçirdiyimiz müşavirədə digər sahələrə su verilməsini müvəqqəti dayandırmağı qərara aldıq. Rayonun bütün su ehtiyatı pambıqçılıq sahələrinə yönəldilməlidir. Əks halda, istənilən məhsuldarlıq alınmaz”.
Həmsöhbətimiz rayonun bəzi kanallarından qidalanan pambıq sahələrinin çox olduğunu və bu səbəbdən qısamüddətli gecikmələrin yaşandığını da etiraf etdi: “Amma bu çatışmazlıqlara baxmayaraq, Salyan rayonun bütün müvafiq idarələri pambıqçılıq sahələrinin suyla təchizi üçün səfərbər olunub”.
Suyun daha çox balıq vətəgələrinə verilməsi barədə iddialara da aydınlıq gətirən Tariyel müəllim bununla da razılaşmadı və deyilənləri Salyandakı demokratik mühitlə əlaqələndirdi: “Demokratiyadır. Söz azadlığı var. Ağzı olan danışır. Amma fakt budur ki, biz qarşıdakı 20 gün ərzində suyun ancaq pambıqçılıq sahələrinə yönəldilməsinə qərar vermişik. Bu müddət ərzində göllərə və yoncalıqlara su verilməyəcək. Baxmayaraq ki, balıqçılıq və otlaq sahələri də kənd təsərrüfatı əhəmiyyətli yerlərdir və onlar da suyla təchiz olunmalıdır. Amma mövsümi zərurətdən öncəliyi pambıqçılıq sahəsinə veririk”.
Fermer Pərvin Sadıqov da KTN-nin nümayəndəsinin sözlərini qismən təsdiq etdi. Onun sözlərinə görə, 10 gün əvvəl həqiqətən də ona su verilib: “Amma cəmi 30 sot ərazini suvarmamış suyu kəsdilər”.
Xatırladaq ki, fermerin ümumi sahəsi 4.3 hetkardır. Belə çıxır ki, ona tələb olunan suyun heç 7%-i belə verilməyib.
Əlaqə saxladığımız KTN-dəki mənbələr isə bizi yanlış qapını döyməkdə günahlandırdılar. Bildirdiklərinə görə, rayonlardakı kənd təsərrüfatı sahələrinin suvarılmasına nəzarət onların işi deyil: “Bu işə Su-Meliorasiya Nazirliyi baxır. Biz isə onların işinə qarışa bilmirik”.
Bax, belə. Aqrar sektorumuzda işi müşgülləşdirən, yuxarıda qeyd etdiyimiz kimi, “nə şapdadır, nə şupda” vəziyyəti yaradan əsas məsələ də deyəsən elə budur. Təsəvvür edin, aqrar sektorun inkişafında məsuliyyəti KTN daşıyır. Aqrar sektorun isə 4 komponenti var. Klassik fəlsəfi dillə desək, torpaq, su, hava və günəş. Bu komponentlərdən birinin yoxluğu kənd təsərrüfatı sektorunun tamamilə iflası ilə nəticələnə bilər.
Buna baxmayaraq, aqrar istehsal üçün ən vacib komponentlərdən ən azı birinin ipi KTN-nin əlində deyil. Su-Meliorasiya Nazirliyi əlindəki imkanlardan faydalanaraq, istədiyi an KTN-nin boğazını sıxıb gördüyü bütün işləri, planlarını alt-üst edə bilər. Hakimiyyətin müxtəlif klanlara bölündüyü və hər bir nazirliyin bir klanın əlində olduğu indiki şəraitdə bu, heç də uzaq ehtimal deyil. Nədən ki, kənd təsərrüfatı məhsulları həm də qida və ərzaq təhlükəsizliyi deməkdir. Məsuliyyətin birinin, səlahiyyətin digərinin əlində olduğu bu vəziyyət tərəflərdən birinə klanlararası mübarizədə üstünlük verdiyi kimi, Azərbaycanı ciddi təxribatlarla da üz-üzə qoya bilər. Su-Meliorasiya Nazirliyinin KTN-ni hesaba qoymaması və ölkəmizdə onsuz da qıt olan suyla istədiyi kimi rəftar etməsi, nə yazıq ki, ən azı nəzəri olaraq bu təhlükəyə şərait yaradır. Ağıllı dövlət isə təhülkəni nəzəri olaraq da yox etməlidirlər.
Dünən araşdırmalarımızın sonunda gecə saat 23.00-da Salyandan telefonumuza zəng gəldi. Arayan şikayətçi Pərvin Sadıqov idi. Qorxudan tutula-tutula danışan şikayətçi acizanə şəkildə bizdən yazımızı saytdan çıxarmağı xahiş edirdi. Onun sözlərinə görə, Salyan rayon Su idarəsindən fermerə əməlli-başlı hədə-qorxu gəliblər. Yazını çıxarmasaq, şikayətçinin ağır şəkildə cəzalanacağını bildiriblər. Biz isə şikayətçiyə izah etməyə çalışdıq ki, dedikləri yanlız onun şəxsi problem deyil, rayonlardakı fermerlərin ümumi bəlasıdır və buna görə də xahişini yerinə yetirə bilməyəcəyik.
Ümidvarıq ki, bizim bu xəbərdarlığımız müvafiq dairələri də ilgiləndirəcək, fermerin mühafizəsi və suyla təchizi tam qaydasında təmin olunacaq. Dərdini dilə gətirib ölkə rəhbərliyini xəbərdar edən fermeri təzyiq altında saxlayanlara isə bir məsləhət vermək istərdik: hədə-qorxularla ölkə başçısının kənd təsərrüfatı müəssislərinin üzərinə qoyduğu öhdəliyi yerinə yetirmək olmaz. Pambıq fermerləri təhdidlərlə deyil, ildə cəmi iki dəfə içdiyi suyla ərsəyə gəlir. Odur ki, fermerlərə hədə-qorxu gəlməyin, su verin, su!!! Lap Türk müğənnisi Əməl Sayının bir mahnısında dediyi kimi:
“Çatlayan dodaqlara,
Saralan yarpaqlara,
Quruyan torpaqlara
Yağdır, Mövlam, su!”
Paylaş:
Müəllif : Yazar
Tarix:25-07-2019, 16:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Sovet hökuməti dövründə məşhur bir teatr tamaşası vardı: “Evləri köndələn yar”.
Bu gün Azərbaycanın kənd təsərrüfatı sektorunun işi də eynilə bu mahnıda deyildiyi kimi, “tarap-turupdadır”. Hər halda Salyanlı fermer Pərvin Sadıqovun redaksiyamıza ünvanladığı şikayəti araşdırdıqca bu qənaət hasil olur.

Müəllif :
Yazar
Tarix:25-07-2019, 16:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11