Məşhur klinikanın həkimi və aptek sahibi hakim qarşısında - psixotrop maddə satmaq ittihamı
Bakıda iki aptekin rəhbər şəxsləri hakim qarşısına çıxarılıb. Onlar satışı reseptsiz qadağan olunan psixotrop dərmanların satışında ittiham edilirlər. Həmin şəxslər həbs edilməyib və barələrində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Mikayılov, Yaqub Kazımov və Xədicə Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihamda göstərilir ki, Səbuhi Mikayılov və Yaqub Kazımov özlərinə məxsus apteklərdə satışı reseptsiz qadağan olunmuş psixotrop dərman vasitələri satıblar. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı dərman vasitələrinin reseptsiz satışı müəyyən edilib.
Səbuhi Mikayılov, Yaqub Kazımov və onun satıcısı Xədicə Məmmədova törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb ediliblər.
İşin təfərrüatı belədir ki, Səbuhi Mikayılova məxsus aptekə gələn müştəri bir neçə dərman istəyib. Səbuhi Mikayılov öz aptekində olmayan və satışı reseptsiz qadağan olunan dərmanı Yaqub Kazımovun aptekindən alıb. Bu zaman polis əməkdaşları əməliyyat keçirərək hər iki şəxsi və satıcını saxlayıblar.
Elan olunmuş ittihamla hər üç şəxs özünü təqsirli bilməyib.
Məhkəmədə Səbuhi Mikayılov ifadə verib. O deyib ki, aptek müdiri olduğu müddətdə heç bir qanun pozuntusuna yol verməyib.
O, müştərinin istədiyi dərmanlardan yalnız birinin olmadığını, buna görə də qonşu aptekə müraciət etdiyini deyib:
"Müştəri bir dərman olmayanda başqa aptekə gedir. Mən də müştərini itirməmək üçün digər dərmanı qonşu aptekdən almaq istədim. Adətən belə edirik. Həmin dərmanın reseptsiz verilmədiyini bilirdim. Birinci bizim satıcı getdi, amma dərmanı vermədilər. Sonra mən getdim. Yaqub müəllimgildən aldığım həmin dərmanı da müştəriyə verdim. 40 manata alıb 42 manata satmışdım. Dərmanı verəndə polis əməkdaşları gəldi".
Suallara cavab olaraq Səbuhi Mikayılov qonşu aptekə resept təqdim edib-etmədiyini xatırlamadığını deyib.
Digər təqsirləndirilən şəxslər isə buna etiraz edib. Onlar bildiriblər ki, dərman reseptlə verilib.
Məhkəmə iclasının davamında Xədicə Məmmədova da ifadə verib. O da özünü təqsirli bilməyib.
Onun sözlərinə görə, dərman reseptlə satılıb:
"Biz heç vaxt reseptsiz dərman satmamışıq. Həmin gün də qonşu aptekdə işləyən Könül gəldi. Dərmanı istəyəndə resept tələb elədim. Olmadığı üçün vermədim. Sonra Səbuhi müəllim gəldi. Mən yenə də resept olmadığı üçün dərmanı vermədim. Sonra resept gətirdilər, mən də verdim. Reseptin sürətini də çıxardım".
Suallara cavab verən Xədicə Məmdova deyib ki, resepti ona Səbuhi Mikayılov verib: "Bunu dəqiq bilirəm. Hətta iki dəfə dərmanı vermədiyim üçün əsəbləşmişdi. Yaqub müəllimə zəng elədi. Yaqub müəllim də dedi ki, reseptsiz olmaz. Sonra Səbuhi müəllim resepti gətirib əsəbi şəkildə mənə verdi. Dedi ki, ala, bu da resept".
Xədicə Məmmədova reseptin sürətinin harada olması ilə bağlı suala da cavab verib. O deyib ki, reseptin sürətini istintaq orqanına təqdim edib: "Mən dedim ki, reseptin sürəti var. Mənə dedilər ki, lap yaxşı. Alıb işin içinə qoyacaqlarını dedilər. Sonradan məlum oldu ki, reseptin sürəti yoxdur".
Reseptin olub-olmaması ilə bağlı sual yenidən Səbuhi Mikayılova ünvanlanıb. O, bu dəfə də suala konkret cavab verə bilməyib. "Ola bilsin ki, olub" deyə cavab verib.
Məhkəmə araşdırması davam etdirilir.
Qeyd edək ki, Səbuhi Mikayılovun həkim pediatr olması ilə bağlı da məlumat var. Onun "EuroMed" Tibb Mərkəzində çalışdığı bildirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-07-2019, 15:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-07-2019, 15:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |