"Belə getsə, bu kəndlərdə adam qalmayacaq" - GİLEY
Kəndlilərin vacib problemlərindən biri onları ətrafdan təcrid edən nəqliyyatsızlıqdır. Nəqliyyatın olmaması onların kənd təsərrüfatı ilə məşğul olmalarına da əngəl yaradır. Kəndlilər nə heyvandarlıqla, nə də əkinlə məşğul ola bilirlər. Çünki məhsullarını bazara çıxarıb satmaq üçün nəqliyyat yoxdur.
“Ümumi yola çatanadək xeyli əziyyət çəkirik”
Kənd sakini Xəyalə Quliyeva danışır: “Həm bizim, həm də qonşuluğumuzdakı bir neçə kəndin sakinləri Lənkəran-Lerik yolundan istifadə etmək məcburiyyətindədir. O yola çıxmaq üçün isə insanlar xeyli əziyyət çəkməli olur. Düzdür, o yoladək olan məsafəni özümüz tez-tez təmir edirik, ancaq ictimai nəqliyyat yoxdur, kəndlilər isə çox imkansız olduqlarından kənddə tək-tük ailənin şəxsi maşını var. Bu səbəbdən də əsas yola çıxmaq üçün xeyli məsafəni piyada getməli oluruq. Adamlar yayın istisində, qışın şaxtasında bu yolları gedib-gələ bilmir”.
Kənd sakinləri nəqliyyat probleminə görə uzun illərdir ki, aidiyyəti qurumlara müraciət edir, ancaq problem həllini tapmır. Elşən Əsgərov: “Bunun qocası var, uşağı var, xəstəsi var, əli körpəli qadını var… Bir də baxırsan ki, xeyli insan qızmar günəşin altında piyada əsas yola tərəf gedir. Yayın cırhacırında ananın qucağında körpə şığıra-çığıra qalır. Hələ qışda bağçaya, məktəbə gedən uşaqlıarın əziyyətini görsəniz… Adamın ürəyi ağrıyır”.
“Piran yoluna çıxıb, ordan mərkəzə taksiylə gedirik”
Hamaratla Lənkəran-Lerik yoluna qədər məsafə 17 kilometrdir. Sakinlər özləri bu yolu imkanları daxilində və bacardıqları kimi səliqəyə salırlar: “Əsas yolu düzəltdilər, ancaq kəndlərə burulan yollara dəymədilər. Biz 17 kilometr piyada yeriyib əvvəl Piran yoluna çıxırıq, ordan da rayon mərkəzinə getmək üçün taksiyə otururuq, 6-8 manat yolpulu ödəməli oluruq. Hələ bunun geri qayıtmağı da var. Bir var adamlar çörək, dərman, odun, su almağa borc pul axtarır, bizim kənddə isə adamlar rayon mərkəzinə getməyə borc pul axtarır”.
Sakinlərin deməsinə görə, Hamaratdan Pirandadək arada 6-7 kənd var. Yəni bu istiqamətdə bir mikroavtobus heç olmasa bir reys etsə, kifayət qədər sərnişin toplaya bilər. İndi rayon mərkəzinə gedib-gəlmək, ən azı 12-15 manata başa gəlir. Məhz bu səbəbdən kəndlər sürətlə boşalır: “İnsanlar artıq bu şəraitdə yaşamaq istəmirlər. Hamaratda 50-dən artıq evin yarıdan çoxu boşdur. Kəndin az qala yarısı Bakının Binə kəndinə köçür. Xahiş edirik, bizə kömək edin. Bir mikroavtobus nədir ki, onun 10-a yaxın kəndin sakinlərindən əsirgəyirlər. Belə getsə, bu kəndlərdə adam qalmayacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-07-2019, 10:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-07-2019, 10:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26