Azərbaycanda kimlər toxunulmazdır? - Siyahıdakı adlar
Bugünlərdə yol polisi deputat Tahir Kərimlinin avtomobilini saxlatdıraraq bir nazirin yoldan keçdiyini əsas gətirib.
Yol polisi deputatdan kənara çıxmasını tələb edib. Bu hal Tahir Kərimlinin xoşuna gəlməyib. Toxunulmazlıq hüququnun olduğunu deyən deputat, yol polisinin bu hərəkətini sərt şəkildə qınayıb.
Qeyd edək ki, bu hadisə barədə deputat yerli mətbuata danışıb:
“Bu yaxınlarda rayondan qayıdırdım, yol polisi maşınları və bizi saxlatdırdı, bir nazir yoldan keçməli idi. Mənə qayıdıb deyir ki, kənara çıx... Mənə bu hadisə o qədər pis təsir etdi ki! Mənim toxunulmazlıq hüququm olduğu halda, sən məni saxlatdırırsan, hesabat tələb edirsən. İnanırsınız qeyr-ixtiyari öz-özümə əsəbləşdim. Millət vəkili olsam da, bu cür hallarla qarşılaşanda gərginlik keçirirəm. Hələ adi insanların qayğıları daha çoxdur. Əməkhaqqı, pensiya çatışmazlığı, tibbi xidmətin bahalığı, insanların başqaları tərəfindən təhqir olunması - bu cür hallar o qədər geniş yayılıb”.
Bildirək ki, bəzi vəzifəli şəxslər var ki, onların statusu Konstitusiya və qanunvericiliklə təsbit olunub. Söhbət belə şəxslərin toxunulmazlıq hüququndan gedir. Bu status mütləq deyil və ali qanunverici orqan tərəfindən ləğv edilə bilər.
Bəllidir ki, prezidentin və deputatların toxunulmazlıq hüququ var. Daha kimlər toxunulmazlıq hüququna malikdir?
Hüquqşünas Əsabəli Mustafayev Cebhe.info-ya bildirib ki, bu siyahıya xarici ölkələrin diplomatları, hakimlər də daxildir:
“Deputatların toxunulmazlığını yalnız Milli Məclis ləğv edə bilər. Toxunulmazlıq hüququna malik olan hakimlərə yalnız və yalnız cinayət başında tutulanda cəza tətbiq edilə bilər. Bəzi şəxslərin isə toxunulmazlığı qisməndir. Yalnız Baş Prokurorluğun icazəsi ilə hər bir şey edə bilərlər. Bildiyim qədər bu məsələ hazırda gündəmdə deyil”.
Hüquqşünasın sözlərinə görə, şəxslərin toxunulmazlığı ilə yanaşı ərazi toxunulmazlığı da var:
“Məsələn, xarici səfirliklərin ərazisi toxunulmaz sayılır. Yəni heç kimin razılıq olmadan onların ərazisinə girə bilməz. Hətta ölkənin səlahiyyətli orqanları da icazə olmadan həmin əraziyə daxil ola bilməzlər. Bundan əlavə limanda xarici gəmilərin də ərazisi toxunulmaz sayılır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-07-2019, 10:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-07-2019, 10:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26