“Siz nədən bilirsiniz ki, Nazirlər Kabineti qərar qəbul etməyib?” - QALMAQAL
Ötən həftənin sonu Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (DYP) sürücülərə müraciət edərək bildirib ki, "Baku 2019” - Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar olaraq paytaxtın bəzi küçə və prospektlərində sarı zolaq qadağası qüvvəyə minir.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov isə açıqlamasında deyib ki, qadağa iyulun 20-si gecə saat 00:00-da başlayacaq və 28-i gecə 24:00-dək davam edəcək.
O qeyd edib ki, bu müddət ərzində yollardakı sarı zolaqlarda yalnız xüsusi nəqliyyat vasitələrinin hərəkətinə icazə veriləcək: "Sarı zolaqlar üzrə digər avtomobillərin hərəkəti avtomobil sahibləri və sürücülərin inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yaradacaq”.
Açıqlamada cərimədən söhbət getməsə də, mətbuatda sürücülərin hətta 40 manat cərimə olunacağı yer alıb. Əslində, Daxili İşlər Nazirliyinin bu qadağasından öncə Nazirlər Kabineti sarı zolaqlara daxil olan digər avtomobillərin sahiblərinin inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin olmaq üçün qərar qəbul etməliydi. Bu halda sözügedən nazirliyin yazacağı cərimə qanunsuz hesab olunur. Maraqlıdır ki, Nazirlər Kabineti qərar qəbul etmədən Daxili İşlər Nazirliyinin sarı zolaq qadağası necə qüvvəyə minir?
“Sürücülərin cərimələnməsindən söhbət getmir”
“Hürriyyət”in sualından hiddətlənən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov dedi ki, burada sürücülərin cərimələnməsindən söhbət getmir: “Siz sadəcə vəziyyətdən asılı olaraq şişirtmə aparmaq istyəyirsiniz, yəni şişirdirsiniz. Təkrarən, bir daha deyirəm, burada sürücülərin cərimələnməsindən söhbət getmir. Sadəcə keçirilən bu tədbirin əhəmiyyətini icitmaiyyətə çatdırmaq istəyirik. Ötən illər ərzində keçirilmiş bu tərz təcrübənin tətbiq ediməsini biz də, siz də şahidi oldunuz və yüksək nailiyyətlər əldə olundu. Ölkənin adına ev sahibliyi edilməsi ilə bağlı xoş sözlər ifadə edildi. Bu sizi Azərbyacan Respulikasının vətəndaşı kimi sevindirmirmi? Təbii ki, Nazirlər Kabinetini qərarı olmalıdı. Olacaq, olmayacaq bu sonrakı məsələdi. Söhbət 20-dən 28-i tarixinədək olan ərəfədən gedir. Hələ bu gün ayın 19-dur, siz hay-küy salırsınız, ajiotaj yaratmaq istəyirsiniz ki, bax, belə bir şey yoxdur, yol polisi indi neynəyəcək? Xahiş edirəm gedib çəkiliş aparın, sarı zolaqlar üzərində “hərəkət qadağandır” yol nişanı var. Bunu siz görmüsünüzmü? Mənə elə gəlir şərhə ehtiyac yoxdur. Bir vətəndaş, dost kimi xahiş edirəm, gəlin, bu gün sürücü-polis münasibətlərinin yüksək səviyyədə təşkil edilməsi ərəfəsində ajiotaja yol verməyək. Sizin də, bizim də istədiyimiz odur ki, bu tədbir yüksək səviyyədə başa çatsın və biz də azərbaycanlı kimi belə bir tədbirə ev sahibliyi etdiyimiz üçün göstəricilərimizlə qürur duyaq. Sizin vasitənizlə bir daha deyirəm, burada sürücüləri cərimə etməklə, onları narazı salmaq məqsədimiz yoxdur və siz də ajitaj yaratmaqla insanları polisə qarşı qoymağa çalışmayan. Gözləyin, ayın 21-22-si olsun, görək, nə var, nə yox. Siz nədən bilirsiniz ki, Nazirlər Kabineti qərar qəbul etməyib? Nişanlar qoyulub, nə olar, bir gedin, çəkin də. O nişan qoyulubsa, özbaşına qoyulmayıb ki, birini deyirsiniz, birini demirsiniz. Ziya Bunyadov prospekti sarı zolaqları olan uzun bir məsafədir. Xahiş edirəm cıxın, nişanları çəkin, “hərəkət qadağandır” nişanı var. Deməli, o nişanın tələbi pozulmamalıdır. Biz də sürücüləri narazı samaq istəmirik. İstəmirik ki, bu tədbirə görə onlar narahat olsunlar. Narahatçılıq yaranırsa, bunu siz deyəsən yaradırsınız”.
“Bütün ölkədə hərəkət nəzarətdədir”
V. Əsədov onu d qeyd etdi ki, Təşkilat Komitəsi tərəfindən sarı zolaqlarla hərəkət edilməsinə icazə verən təxminən 150-yə yaxın “London” taksisi kimi tanınan avtomobillər də var: “Bilirəm ki, sabah və ya tədbir vaxtı, yaxud tədbirdən sonra bizim dostlarımız yazacaqlar ki, adə, qoymayın, taksi sürücülərinə də bunu veriblər. İndidən deyirəm ki, Təşkilat Komitəsi tərəfindən təxminən 1000-ə yaxın zolaqlar üzrə hərəkətinə icazə verilməsi olan avtomobillər var. Bu avtomobillərin arasında “London” taksiləri, iş “presonaj”ına aid olan əməkdaşların da avtomobilləri, xüsusi texniki vasitələr, kommunal təyinatlı, yəni zibil daşıyan, təcili tibbi yardım və. s avtomobillər də var. Sabah bu avtomobillər həmin zolaqlar üzrə hərəkət edirsə, mən bilirəm ki, dostlarımız yazacaq ki, qoymayın, sarı zolaqla yük maşını gedir. Bunu kim verib? Çünki ötən illər ərzində praktikada biz bunu gördük. Ona görə, sizdən xahişim edirəm çalışın informasiya təhlükəsizliynə bir azbaycanlı kimi riayət edək. Hesab edirəm ki, vətənpərvərsiniz, amma bu suala cavab tapıb, yazmaq vətənpəvərlik hissi aşılamır, bu, ajiotaj yaratmaqdır. Nədən belə marağındasınız? Tutaq ki, qanun yoxdur, amma polis “hə” deyir. Bunu açıqlamaqda məqsədiniz nədir? Bu ölkədə qeyri-qanuni heç nə ola bilməz. Çünki bütün ölkədə hərəkət nəzarətdədir. Biz də qanundan kənara çıxmırıq, çıxmaq fikrimiz də yoxdur. Vətəndaşları da tənbeh etmək niyyətində deyilik. Vətəndaşları narahat etmək, məsuliyyətə cəlb etmək niyyətimiz yoxdur. Sadəcə, istəyirik ki, vətəndaş-polis münasibətləri yüksək səviyyədə təşkil edilsin. Hərəkət iştirakçıları, başda da sürücülər olmaqla keçirilən bu tədbirdə polis-hərəkət iştiraçılarının həmrəyliyi nümayiş etdirilsin. Çünki mən əminəm bu, tədbirdə yüksək səviyydə nailiyyətlər əldə edilməsinə imkan verəcək. Mən Azərbaycan sürücüsünə inanıram. Heç nədən asıl olmayaraq elə bilirəm ki, sürüclər hər şeyi düzgün qiymətləndirir, qərar verir”.
“Tövsiyyə edirik bu maşınlar hərəkət edərkən diqqətli olun”
“Yeri gəlmişkən, zolaqlar üzrə hərəkət edən nəqliyyat vasitələri üçün xüsusi qabaqda və arxada yapışdırılan və nümayiş etdirilən nişanələr var. Bu nişanələr hansı maşının arxa panelinə yapışdırılırsa, qabaq şüşəsində varsa, onlar sərbəst hərəkət etməlidir. Sizin vasitənizlə sürücülərə xahiş edirəm və tövsiyyə edirik bu maşınlar hərəkət edərkən diqqətli olun, onlarn hərəkətinə şərait yaradın”,-deyə polis polkovniki əlavə etdi.
Hurriyyet.org
Paylaş:
Müəllif : Yazar
Tarix:22-07-2019, 12:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-07-2019, 12:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01