Mikayıl Cabbarov Səfər Mehdiyevin əmrindədir... - Görünəni budur...
Hər kəsə bəllidir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi respublikamızda vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsini, ödənilməsini, yığılması qaydalarını, vergi ödəyicilərinin, dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının, onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Ölkəmizdə vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, vergi haqqında qəbul olunmuş Məcəllədən, onlara uyğun qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir. Bir sözlə, bu sahə olduqca həssas sahələrdən biri olduğu üçün, bu gün ölkəmizin vergi sistemində baş verənlər daim diqqət mərkəzində saxlanılır və tam əksəriyyətin müzakirə etdiyi mövzulardan birinə də çevrilir.
İntertv.az xəbər veriri ki, təqribən son üç-dörd ildir ki, Vergilər Nazirliyinin İdxal-ixrac idarəsinin Dövlət Gömrük Komitəsi ilə qurduğu işbirliyi səbəbindən, bu sahədə elə bir hoqqalara qol qoyulur ki, baş verənlərlə bağlı bəzi mətbu qurumlarda silsilə tənqidi açıqlamalar dərc olunsa da, yaşananlara hələ də son qoyulmur ki, qoyulmur. Məsələn, dərc olunan məqalələrdə qeyd olunur ki, Vergilər Nazirliyi, İdxal-ixrac idarəsinin səlahiyyətli vəzifə sahibləri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan bəzi şəxslərin xarici ölkələrdən ölkəmizə gətirdikləri malları, heç bir əsas olmadan tabeçiliyində olan şəxslərə telefon zəngi etməklə, müxtəlif ünvanlarda saxlatdıra bilirlər. Atılan belə bir addımlar həm vergi haqqında Qanunun tələbləri ilə ziddiyyət təşkil edir, həm də cinayət tərkibli addım olur. Bu cür addımları atmaqda əsas məqsəd, İdxal-İxrac İdarəsi əməkdaşlarının sahibkarlardan bəzilərini şifahi formada dövriyyədən 6%-lik vergi ödəmə şərtlərinə boyun əyməyə vadar etmək olur. Bu da çox zaman qarşıdurma ilə nəticələnir. Halbuki mövcud vergi haqqında Qanunun tələblərinə görə, ticarətlə məşğul olan sahibkarların qarşısına heç bir halda belə şərt qoyula bilməz. Çünki, onlar ölkədə məhsul bolluğunun və ucuzluğun yaranmasına, ödədikləri vergilərlə dövlət büdcəsinin artırılmasına səbəb olurlar. İntertv.az olaraq əldə etdiyimiz müəyyən məlumatlara görə, bu gün elə sahibkarlar da var ki, onlar Vergilər Nazirliyi, İdxal-ixrac idarəsinin və Dövlət Gömrük Komitəsi əməkdaşlarından bəzilərinin hansısa maraqları çərçivəsində özbaşına buraxılıblar. Yəni, adları hallanan bu qurumlarda çalışan şəxslərlə işbirliyi yaratmış bəzi sahibkarlar qeyri-qanuni, yarımleqal fəaliyyət göstərirlər və onların heç bir anbarı, heç bir kassa aparatı olmadığı halda, hansısa süni əngəllərlə də üz-üzə qalmırlar. Amma, qanuni əsaslarla fəaliyyət göstərən elə sahibkarlar da var ki, onlara azad ticarətlə məşğul olmağa heç cür imkan yaradılmır. O halda ortaya çoxsaylı suallar çıxır ki, görəsən adı çəkilən dövlət qurumlarının qanunsuz fəaliyyət göstərən şirkətlərə belə bir şərait yaratmasının kökündə nələr durur? Axı, bu gün ölkəmizdə yürüdülən dövlət siyasətinin əsas prioritet məsələlərindən biri də, şəffaf, azad biznesi inkişaf etdirmək və buna şərait yaratmaqdır. Bu belə olmalı olduğu halda, Vergilər Nazirliyi, İdxal-ixrac idarəsinin və Dövlət Gömrük Komitəsi əməkdaşlarının atdıqları addımların mahiyyəti hələ də əksəriyyəti çaşbaş qoymaqdadır.
Adicə bir məqamı unutmaq olmaz ki, qanunsuz fəaliyyət göstərən şirkətlərin atdıqları addımlar ümumi şəkildə dövlətimizin ziyanına yönəlik addımlardır. Çünki, həmin şirkətlər heç bir vergi hesabatları vermirlər, büdcəyə pul köçürmələri ödəmirlər və əldə olunan gəlirlər də, birbaşa şəxsi ciblərə daxil olur. Baxmayaraq ki, ölkə rəhbəri cənab İlham Əliyev hər zaman “Sahibkarlara imkanlar yaradın” deyə hər bir vəzifə sahibinə lazımi tapşırıqlarını verir, amma Vergilər Nazirliyi, İdxal-ixrac idarəsinin əməkdaşları ilə bərabər, Dövlət Gömrük Komitəsinin bəzi vəzifə sahibi olan şəxsləri, ölkə rəhbərinin bu yöndə vermiş olduğu tapşırıqlara məhəl qoymurlar. Fakt budur ki, bu gün də bu sahədə ciddi islahat proqramları həyata keçirilməkdədir. Buna baxmayaraq, bəzi sahibkarların üz-üzə qaldıqları çoxsaylı problemlər hələ də aradan qaldırılmayıb.
Digər tərəfdən o halın varlığını da unutmayaq ki, ölkə rəhbəri bu sahəni hər zaman diqqətdə saxlayır və əmələ gələn problemlərin həlli yöndə lazımi tapşırıqlarını da verir. Məsələn, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş çıxışı zamanıı da qeyd etmişdi ki, “Vergidən yayınmaya son qoyulmalıdır. Bu həm iri, həm kiçik sahibkarlara aiddir. Sahibkarlar da bilməlidirlər ki, əgər onlar sahibkarlar kimi öz fəaliyyətini davam etdirmək istəyirlərsə, vergiləri tam ödəməlidirlər. Heç kimə heç bir güzəşt edilmir və edilməyəcək. Bilirəm ki, bəzi sahibkarlar bəzi dövlət məmurlarına arxalanırlar, o dövr artıq keçibdir. Heç kimə arxalanmasınlar. Əgər hansısa bir dövlət məmuru sahibkarlara xüsusi şərait yaratmaq üçün qanunsuz əməllər edəcəksə, çox ciddi şəkildə cəzalandırılacaq”- deyə bildirib. Bütün bunlar onu söyləməyə əsas verir ki, dövlət başçısı cənab İlham Əliyev vergidən yayınma hallarının hələ də kütləvi xarakter daşıdığını, bu gün belə bir hallara son qoyulmasının zamanı çatdığını və bu işdə bütün dövlət orqanlarının vergi orqanlarına kömək göstərməli olduqlarını xüsusi vurğulayır. İnanırıq ki, məqalənin dərcindən sonra yaşanan problemlər diqqətdə saxlanılacaq və aidiyyəti dövlət qurumları tərəfindən onların həlli istiqamətində müəyyən addımlar da atılacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-07-2019, 11:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-07-2019, 11:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti