İslahatlara mane olmaq cəhdləri var? - İLGİNC
2019-ci il Prezident İlham Əliyev tərəfindən ölkədə islahatların davam etdirilməsi ili elan olunub.
Bununla bağlı müxtəlif addımlar atılır və cəmiyyətdə islahatların davam etdiriləcəyinə inam yaranıb. Minimum əməkhaqqının, pensiyaların artırılması və xüsusilə də sosial sahədə atılan addımlar cəmiyyətdə müsbət qarşılanıb. Amma islahatların qarşısını almağa çalışan qüvvələr də yox deyil. Hətta ayrı-ayrı sahələrdə aparılacaq islahatlara maneələrin yaradıldığına dair açıqlamalar da gəlir.
İlk belə açıqlama ilə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxış edib. “Son aylar ərzində Bakı Dövlət Universitetində (BDU) edilən dəyişiklikləri hamı birmənalı qarşılamır. Hətta buna açıq şəkildə müqavimət göstərənlər də var”- deyə, rektor bildirib.
Rektorun bu açıqlamasından sonra, ümumiyyətlə, islahatlara mane olmaq istəyən qüvvələrlə bağlı məsələ yenidən müzakirə mövzusu olub. Xüsusilə ölkə səviyyəsində aparılan islahatlara mane olmaq istəyənlərlə bağlı məsələ diqqətdədir.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Cümhuriyət” qəzetinə şərhində ilk olaraq BDU-nun rektorunun açıqlamasında münasibət bildirib. S.Cəlaloğlu bildirib ki, köhnə rəhbərliyin kadrları yeni rektora müqavimət göstərir:
“Bizim cəmiyyətdə ənənə var: yeni gələn hər bir idarə, qurum müdiri rəhbərlik etdiyi müəssisəyə öz adamlarını yerləşdirir. Həmin adam gedəndən sonra isə o kadrları təmizləmək mümkün olmur.
O kadrlar da işi əngəlləyir və əvvəlki sistemin daha yaxşı olduğunu nümayiş etdirmək istəyirlər. Bakı Dövlət Universitetində də yəqin ki, bu mənada aparılan işlərə maneə yaradırlar. Orada elə kadrlar var ki, əvvəlki rektorun adamlarıdır. Görünür, onlar imkan vermirlər ki, yeni rektor müəyyən işlər aparsın. Amma hesab edirəm ki, ümumiyyətlə, rəhbərlik dəyişikliyi bütün kadrların dəyişdirilməsi zərurəti yaratmamalıdır. Bu, yanlış siyasətdir. Köhnə rektor öz adamlarını, bəzən qohumlarını işə götürübsə, indi də yeni rektor onları çıxarıb özününküləri gətirəcəksə, orada hansı işin görülməsindən asılı olmayaraq nəticə olmayacaq. Bu baxımdan, dövlətçilik tələb edir ki, kadr siyasətində mərhələlik olsun, kadrlar səriştəsinə, biliyinə, bacarığına görə yerləşdirilsin. Məsələn, BDU-nun yeni rektoru elmlər namizədidir. Orada neçə profesor, elmi rəhbər var, onlara necə rəhbərlik edəcək, elmi işi necə təşkil edəcək? Bunlar hamısı sual altındadır. Amma inanıram ki, istənilən yeni kadrın ayağına dolaşan köhnə rəhbərlərin kadrlarıdır. Əslində, bu elə Azərbaycan idarəçiliyi üçün xarakterik məsələdir. Kadrlar ixtisas üzrə seçilməlidir. Əks halda, bu cür kadr dəyişdirilməsi labüddür”.
Ümumi ölkədəki islahatlara gəlincə isə, Sərdar Cəlaloğlu deyib:
“Mümkün qədər real islahat aparılmalıdır. Əks halda, vətəndaş düşünəcək ki, islahatlar onun həyatında müsbət mənada heç bir dəyişikliyə gətirib çıxarmır”.
İslahatların aparılmasına mane olma cəhdlərindən danışan partiya sədri deyib ki, bəzi məmurların fəaliyyəti dəyişikliklərin qarşısında əngəldir:
“İslahat aparmaq üçün idarəetmə üsulu dəyişməlidir. Bəzən qrup maraqları önə çıxır ki, burada da təəccüblü bir şey yoxdur. Çünki siyasət elə “qrup maraqlarının ifadəsi” deməkdir. Amma Azərbaycanda təəssüf ki, qruplar şəxsi maraqlar əsasında formalaşıb. Təbii ki, bu qrupların apardığı mübarizə də xalqın və dövlətin inkişafına ciddi zərbə vurur. İnanıram ki, bəzi qruplar ölkə aparıla biləcək xoşməramlı islahatları əngəlləyir, əks tərəfin siyasi reytinq qazanmasının qarşısını almağa cəhd edir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-07-2019, 08:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-07-2019, 08:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26