Kimdir Kamal Abdulla: Vüsalə Ağabəyli nə istəyir? - QALMAQAL
Azərbaycan Dillər Universitetinin keçmiş dekanı Vüsalə Ağabəyli mediada növbəti dəfə rektor Kamal Abdulla haqda danışıb, yenə işdən ədalətsizcəsinə çıxarılması, “əmək kitabçasının korlanması” (sanki sovet dövrüdür) iddiasını qaldırıb, yenə xeyli ittihamlar səsləndirib və... nə qədər qəribə də olsa, keçmiş deputat İqbal Ağazadədən dəstək alıb.
Kamal Abdullaya hörmət və izzətini bildirməklə bərabər, İqbal Ağazadə Vüsalə Ağabəylinin ya ittihamlarına cavab verilməsi üçün ictimai müzakirə təşkil edilməsi, ya da onun “pozulan hüquqları”nın bərpası üçün çağırış edib. Yoxsa, “oxucu haqqını halal etməyəcəyini” bildirib Kamal Abdullaya.
Bunun “ictimai-sosial-siyasi” müzakirəsi bir il bundan öncə olub! İqbal bəyin nə əcəb bundan xəbəri yoxdur? Bununla bağlı rəsmi açıqlamalar, münasibətlər saysız-hesabsızdır.
İqbal Ağazadə yaxşı oxucudur, BDU-da da fərqlənən tələbə olub və onun nə mütaliə ilə bağlı çatışmazlığı var, nə də internet istifadəsi çətinliyi. Niyə bir xırdaca araşdırma ilə məsələnin məğzini öyrənmək istəməyib və ictimai müzakirəyə çağırış edib?
Və bu “ictimai müzakirə...” Deputat seçkisidir, yoxsa ölkənin siyasi-iqtisadi perspektivi ilə bağlı qlobal-fundamental bir olay baş verib? Ya növbəti Bakı-Ceyhan çəkirik? Hansı ictimai müzakirə keçirilməldiri ki?!
Vüsalə Ağabəyli ittihamlar yağdırırdı, rəsmi cavablar da verildi və bu iş bir il öncə bağlandı.
Necəsini bir qədər sonra xatırladarıq.
Əvvəlcə, İqbal Ağazadənin “oxucu haqqı” məsələsinə qayıdaq. Mənəvi məsələyə toxunub, yazıb ki, yoxsa “qələm almayın əlinizə, gəncliyə nəsihət verməyə qalxmayın...”
İqbal Ağazadə yazıb, Kamal Abdullanın ünvanına! Niyə təkrar edirəm bunu?
Çünki 80-ci illərin sonu, 90-cı illərin əvvəllərinin tələbəsidir İqbal Ağazadə. BDU-da təhsil alıb və həmin dövrdə humanitar sahədə təhsil alan tələbələrin ən çox simpatiya bəslədikləri gənc alimlər sırasında Kamal Abdulla başda gəlirdi.
Gənc, enerjili, komplekssiz, alim haqda mövcud qəliblərə sığmayan biri idi Kamal Abdulla. Elmə, dil tarixinə və mifoloji təsəvvürə baxışı, xüsusilə “Gizli Dədə Qorqud”u ilə bir ayrı səhifə açmışdı. O dövrkü nəslin bənzəmək istədiyi gənc alimlərdən birinə çevrilmişdi.
Onun BDU-ya gəlişi az qala hadisəyə dönürdü, tələbələr onu görmək üçün sıralanırdılar.
“Əlinə qələm alıb” dədəqorqudluq-zad eləməmişdi, kimsəyə də nəsihət verməyib Kamal Abdulla – nə yaradıcılığı, romanları, hekayələri, şeirləri ilə, nə də elmi araşdırmaları ilə! Sadəcə, Kamal Abdulla nədən yazıbsa, yeni olub, bütün baxışı fərqlidir, mifoloji baxışı kökündən dəyişib və ona görə də sevilib.
Həmən Kamal Abdulladır – 2000-ci ildə Bakı Slavyan Universitetinə rektor təyin ediləndə də elmdə, yaradıcılıqda necə fərqli idisə, eləcə kardinal dəyişiklik etdi. Yoxsa unutmusunuz APİ-ni? Bəlkə normal bir ali məktəbin bir fakültəsi boyda olan APİ-ni daha xatırlamırsınız? Yaxud APİ-nin nüfuzlu ali məktəblər sırasında adının xeyli arxada çəkilməsindən də (hələ yumşaq deyirik) xəbərsizsiniz?
Bəlkə də unutmusunuz! Çünki aradan çox böyük zaman keçib və bu zaman heç də “illərə görə” deyil. İndi o APİ daha yoxdur! 14 il ərzində Kamal Abdulla o universiteti sayılıb-seçilən bir ali məktəb elədi, o vaxtkı TQDK-nın “yüksəkballılar” sırasına saldı, beynəlxalq əlaqələrini yüksək səviyyədə qurdu.
Biz Aydan, Marsdan gəlməmişik, hər şeyi gözəl bilirik və o dövrün TQDK-sından yayınmaqla ali məktəblərə qəbul “imkanlarını” xatırlamaq üçün də çox qocalmamışıq. BSU o “qara siyahı”da var idimi? Hansısa “vasitəçi” boynuna cəsarət edib çəkirdimi BSU-ya qəbulu?
BSU həm də gənc istedadların sığınacaq yeri olmuşdu, nəşriyyatı qurulmuşdu, “oğurluq-doğurluq” gənclər üçün bir ümid qapısı açılmışdı orda. Kamal Abdulla yaratmışdı onu!
BSU-da həmin dövrdə təhsil alanlar içində hazırda mediada olan çoxsaylı gənc var. Soruşun onlardan: bu ali məktəbdə rüşvət, pulla qiymət yazdırmaq var idimi?
2014-də BSU-dan ayrılıb Kamal Abdulla, 2017-də isə ADU-ya təyinat alıb. İndi ADU-dan ayrılanlardan bəziləri etiraz edir, ittihamlar yağdırır Kamal Abdullaya. “Ədalət yoxdur” deyirlər, “savadlı kadrları qovur” deyirlər...
Doğrudanmı? Kamal Abdulla gələnə qədər ədalət aşıb-daşırdı bu universitetdə? Təhsil yüksək səviyyədə idi? Hər şey əladan-əla, “yağ-bal içində” gedirdi?
İşin “yağ-bal içində” olmasını nəzərdə tuturam, kimlərinsə deyil – səhv düşünməyin!
Bəs, ardıcıl mitinqlər edən tələbələr? Kamal Abdulla gələnə qədər ADU “qan çanağına” dönmüşdü, axı! Tələbələrin şikayətləri bütün ölkəni başına almışdı, axı! Cəmi 2 il ötüb bu qalmaqallardan, rüşvətə, nizamsızlığa, idarəçilikdəki nöqsanlara görə tələbələrin cana yığılıb, ADU binası qarşısında aksiyalar keçirməsindən. Belə “gül kimi”, “çiçək kimi”, “oksfordfason” təhsil müəssisəsiydi ADU?
ADU sovet dövründəki nüfuzunu sürətlə itirirdi. Əlbəttə, Səməd Seyidov çox nüfuzlu alimdir, yaxşı ziyalıdır. Ancaq hamımız yaxşı bilirik ki, AŞPA-dakı fəaliyyətindən dolayı S.Seyidov faktiki olaraq bu universiteti fiziki baxımdan çatdırıb, idarə edə bilmirdi və nəticə də ortada idi.
Tələbələrin həmən aksiyası, kütləvi etirazları zamanı həmən bu gözəl-göyçək xanım – Vüsalə Ağabəyli Filologiya və Jurnalistika fakültəsinin dekanı idi, axı.
Ötən il V.Ağabəyli çox sərt bir ittiham irəli sürmüşdü, yazmışdı ki, 4 il ADU-da oxuyan tələbə xarici dil bilmir və əlbəttə ki, bu problemi haqlı olaraq tənqid etmişdi, bu biabırçılıqla barışmayacağını bildirmişdi.
Kamal Abdulla ora rektor təyin edilənə qədər 12 il bu universitetdə pillə-pillə ucalan V.Ağabəylinin bu haqlı ittihamı kimə aiddir? Elə Kamal Abdullanı ora rektor təyin edənlər də bu biabırçılıqları aradan qaldırmaq istəyirdi, yəqin ki!
Bəs, Kamal Abdulla bu biabırçılığı aradan qaldırmaq üçün kadr dəyişikliyi etməyib, köhnə komanda ilə - yəni Vüsalə Ağabəylinin də daxil olduğu və xarici dil bilməyən tələbələr yetişdirən komandayla - işləməyə davam edəcəksə, ADU tələbələri sehirli çubuqla xarici dil öyrənəcəklər?
V.Ağabəyli irad bildirir ki, Kamal Abdulla “BSU-dakı komandasını gətirir...”
Neyləməlidir? Kimlə işləməlidir? İstənilən adam istənilən yerə təyin ediləndə tanıdığı, güvəndiyi, etibar etdiyi, potensialına bələd olduğu kadrları toplayır və onlarla islahatlara başlayır. Başqa yolu yoxdur və bu adi qaydadır. Bütün dünyada belədir və bunu Ağabəyli bilməyə bilər – bəlkə də - amma Ağazadə gözəl bilir!
Hər şeyi bir yana qoyun, adi məntiqlə baxın: Kamal Abdulla Filologiya və Jurnalistika fakültəsi kimi iri bir qurumda bu xanımı rəhbər görmür, bu gənc və gözəl xanımla işləmək istəmir. Bu gənc və gözəl xanımla işləmək istəyənlər vardı və o işləmək istəyənlərin sayəsində ADU tələbələri küçələrə tökülüb, haqq-hüquqlarını həyətdə tələb edirdilər.
Demək, doğru deyildi əvvəlki sistem və yeni rektor da əvvəlki sistemi dağıdıb, öz bildiyi kimi qurur. BSU təcrübəsi göstərdi ki, Kamal Abdulla təkcə elmdə, yaradıcılıqda deyil, təşkilatçı kimi də inqilabi dəyişiklikləri bacaran adamdır.
Əgər Kamal Abdulla V.Ağabəyli ilə işləmək istəmirsə, bunu adi qəbul etmək lazımdır. Yəqin güvənmir, idarəçiliyindən razı deyil və s... İşdən qovmayıb ki – rəhbər vəzifədən çıxarıb adamı.
İmkan verin, Kamal Abdulla bu başıbəlalı universiteti qursun! 4 ildən sonra yenə bu universitetin tələbələri xarici dili bilməzlərsə, onda irad bildirərsiniz ki, siz də qura bilmədiniz və s.
İndilik isə: ADU ən qısa müddətdə tələbələrini auditoriyalara yığmağı bacardı; ADU-nun rektorun üzünə həsrət qalan tələbələri indi universitet rəhbəri ilə binanın həyətində şahmat oynayır, tədbirlərdə birgə mahnı oxuyurlar...
ADU beynəlxalq əlaqələrini genişləndirir, dünyanın bir çox nüfuzlu ali məktəbi ilə müqavilələr imzalayır; diplomların daha geniş arealda tanınmasına çalışılır, mütəxəssis gətirilir, tələbə mübadiləsi üçün proseslər aparılır və bu işlərin təbliğatı da gedir.
Nədən və niyə narazısınız?
Və ümumiyyətlə, V.Ağabəylinin bir elmi məqaləsi deyil, tezisinə bələd olduğunuza məni inandıra bilərsiniz?
Bəs, Kamal Abdullanı necə? Oxumusunuz? Onu oxumadan Azərbaycan dili və mifologiyası haqda, daha geniş mənada isə Azərbaycan ədəbiyyatı haqda dolğun fikir deyə bilərsiniz?
Onda nəyin müzakirəsini və niyə aparırsınız?
Kult.az
Paylaş:
Müəllif : Yazar
Tarix:13-07-2019, 10:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-07-2019, 10:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01