"Üç ildir gözümə yuxu getmir..." - VİDEOGİLEY
Bakı şəhəri Nəsimi rayonu, Cavadxan küçəsi, 64, ev 29-da yaşayan Nərminə Məmmədova mənzilinin başqa şəxslər tərəfindən zəbt olunmasından şikayətlənir.
regionxeberlericom.az-un Oxu.Az-a istinadən məlumatına görə, 2009-cu ildə Zəngilandan olan məcburi köçkün ailəsi həmin mənzilə gələrək evin onlara məxsus olduğunu iddia edir.
Aralarında yaranan uzun mübahisədən sonra köçkün ailəsi bir otağı və hamamı özəlləşdiriblər. Şikayətçi iddia edir ki, evi zəbt edən ailə buranı “29 a” adlı mənzil kimi göstərib.
O bildirir ki, üç ildir nə qorxudan, nə də şəraitsizlikdən yata bilir. N.Məmmədova dəfələrlə aidiyyəti qurumlara şikayət etdiyini deyir.
Sözügedən məsələ ilə bağlı 138 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi Ağalar İbrahimov bildirib ki, əgər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün ailəsinə ev verilərsə, gələcəkdə N.Məmmədovaya Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən o otağın verilməsi məsələsinə baxıla bilər.
Dövlət Komitəsindən isə işin məhkəmədə olduğunu və buna görə də hər hansı açıqlama verməyəcəklərini bildiriblər.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-07-2019, 15:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Bakı şəhəri Nəsimi rayonu, Cavadxan küçəsi, 64, ev 29-da yaşayan Nərminə Məmmədova mənzilinin başqa şəxslər tərəfindən zəbt olunmasından şikayətlənir.
Sözügedən məsələ ilə bağlı 138 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi Ağalar İbrahimov bildirib ki, əgər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün ailəsinə ev verilərsə, gələcəkdə N.Məmmədovaya Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən o otağın verilməsi məsələsinə baxıla bilər.
Dövlət Komitəsindən isə işin məhkəmədə olduğunu və buna görə də hər hansı açıqlama verməyəcəklərini bildiriblər.
Paylaş:
Müəllif :
Yazar
Tarix:11-07-2019, 15:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26