“Azərbaycan təhsil sistemi repetitorlara xidmət edir” - Ekspert nazirə etiraz etdi
“Tədris ilinin 2 həftə uzadılmasını labüd hesab edirik. Bu müddətin necə istifadə edilməsi ilə bağlı mütəmadi monitorinq keçirilir”. Bu fikri təhsil naziri Ceyhun Bayramov İctimai Televiziyanın “Pressinq” verilişində deyib. Nazirin sözlərinə görə, bəzi məktəblərdə bu müddət üçün nəzərdə tutulan proqram üzrə düzgün tədris təşkil edilir: “Elə hallar da mövcuddur ki, vəziyyətin müsbətə doğru dəyişməsinə ciddi ehtiyac var və bu, Təhsil Nazirliyini düşündürür. Odur ki, bu istiqamətdə də addımlar atılır. Həmin məsələdə valideyn və müəllim bizə dəstək olmalıdır. Çünki valideyn buna inanmayanda və qarşı çıxanda təbii ki, bu, şagirddə də əks reaksiya doğurur”.
C.Bayramov əvvəl Azərbaycanda 32 həftəlik tədris ili mövcud olduğunu xatırladıb: “Bu müddətin çox və ya az olmasını demək üçün digər inkişaf etmiş ölkələrlə müqayisə etməli idik. Gəldiyimiz nəticə o idi ki, həmin ölkələrdə orta hesabla dərs ili 36-38 həftədir. Azərbaycanda 32 həftə olan təqdirdə, il ərzində şagirdlər 4-6 həftə daha az oxuyurlar. Ümumilikdə isə bizdə və digər ölkələrdə gözlənti və standartlar eynidir. Beş həftəni orta müddət götürsək, bu, 11 il ərzinə 50 həftə edir. Bunu da tədris ilinin müddətinə böləndə təxminən 2 akademik il edir”.
Nazir dəyişiklikdə Təhsil Nazirliyinin məntiqini belə izah edib: “Tədris ilini 2 həftə uzatmaqla 11 il ərzində əlavə 22 həftə tədris vaxtı qazanırıq. Proqramın bəlli həcmi və ağırlığı var. Bu proqramı əlavə 22 həftəyə böləndə onu daha yaxşı mənimsəmək, bir günə düşən dərs yükü az olur. 32 həftəlik dərs ili olan zaman yay tətili 3 ay yarım idi. Tədris ilinin sonu və başlanğıcı arasında uzun müddət tədris prosesinə mənfi təsiri var. Tədris ili iki həftə uzadılandan sonra kifayət qədər uzun 3 aylıq yay tətili var. Proqramın 34 həftə üçün nəzərdə tutulması istiqamətində müvafiq tədbirlər görülüb. Yeni yazılan dərsliklər bu müddətə hesablanır. Müddəti keçməyən kitabların yeniləri ilə əvəz edilməsi üçün də müvafiq metodik göstərişlər hazırlanıb və məktəblərə çatdırılıb”.
Təhsil müddəti ilə bağlı müzakirələrin getdiyi bir zamanda ictimaiyyəti əsas düşündürən məsələ təhsilin keyfiyyətidir. Uzun illərdir ki, tədrisin hətta yüksək səviyyədə təşkil olunduğu söylənilən müəssislələrin də məzunları ancaq repetitor hazırlığı hesabına ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayır. Bu da təhsildə keyfiyyətin əsas diqqət yetirilməli olan məsələ olduğunu ortaya qoyur.
Təhsil eksperti Kamran Əsədov Cebhe.info-ya açıqlamasında Təhsil Nazirinin bu addımını qəbul etmədiyini, təhsilin mütləq şəkildə 1 sentyabrda başlayıb 31 mayda bitməli olduğunu vurğulayıb:
"Bu gün Azərbaycanın təhsil sahəsində bitib-tükənməyən ciddi problemlər var. Dərs ilinin nə vaxt başlayıb-bitməsi bu problemlərin yanında o qədər də önəmli deyil, çünki dərsliklərin məzmunundan tutmuş forma keyfiyyətinə qədər hər şey aşağı səviyyədədir. Birinci bu problemlər öz həllini tapmalıdır ki, ondan sonra tədris ilinin müddəti haqqında fikir irəli sürək. Tədris ilinin 14 iyunadək uzadılması kökündən yanlış addım idi. Birincisi, təhsil beynəlxalq bir platformadır, dünya ölkələrində vəziyyətə baxdıqda görürük ki, onlar müddətdən çox keyfiyyətə önəm verdikləri üçün uğur əldə ediblər. Məsələn, ABŞ-da şagirdin məktəbə başlaması ilə bağlı dəqiq bir vaxt yoxdur. Ştatların hər birində dərs müddəti fərqlidir. Hətta şagirdlər tədris ilinin başlanma gününü özləri seçməkdə sərbəstdirlər. Amerikada dərs müddəti 180 gündürsə, bu 180 gün ərzində tədris proqramı yerinə yetirilir. Yaponiyada tədris üç hissəyə bölünür, başlama aprel ayına təsadüf edir. İslandiyada dərslər avqustda başlayır. Düşünürəm ki, Azərbaycanda birmənalı şəkildə dərslər sentyabrın 1-i başlayıb, mayın 31-i başa çatmalıdır. Müəyyən müddət ərzində avqust ayının ortasından sentyabrın ortasınadək qapılar uşaqların üzünə açıq olmalıdır. Vaxtın uzadılması olduqca yanlışdır. Təhsilə dəyər vermək, dəyərləri qoruyub-saxlamaq lazımdır. Yanaşma indikindən olduqca fərqli olmalıdır. Nazirin təklif etdiyi müddəti mən qəbul etmirəm. Bu, dərsliklərin yenidən işlənməsinə, şagirdlərin istirahət hüququna təsir edir. Müddət yerinə keyfiyyətə önəm verilməlidir. Onsuz da əlavə 15 gün artırmaqla heç nə dəyişmir”.
Şagirdlərin repetitor yanına getməsi məsələsinə gəldikdə isə, ekspert fikrini belə bildirib: “Qəbul imtahanlarında şagirdlərin 5-6-7-ci siniflərdə oxuduqları mövzulardan da suallar düşür. İnsanlar bəzən 1 həftə əvvəl olmuş şeyi unudurlar, qaldı ki, 3-4 il əvvəl keçdiyi mövzuları xatırlasınlar. Məktəbə gedərkən onlar 11-ci sinifdədirlərsə, sadəcə 11-ci sinif proqramını keçirlər. Məcbur repetitor yanına getməlidirlər ki, əvvəl keçilən mövzuları xatırlasınlar. Əgər repetitorluğun qarşısını almaq istəyiriksə, qəbul imtahanlarını sadələşdirməliyik. Ali məktəblərə qəbul imtahanlarında 10-11-ci siniflərdə əldə etdikləri biliklərdən yoxlama aparılmalıdır. O zaman müəllimlər daha yaxşı dərs keçəcək, şagird repetitor yerinə, məktəbə üstünlük verəcək. Bu gün Azərbaycan təhsil sistemi repetitorlara xidmət edir. Orta məktəblərdəki keyfiyyətin aşağı olması isə ən çox idarəçiliklə bağlı olan məsələdir. Bu problemlər aradan qalxsa, keyfiyyətli təhsildən danışa bilərik".
Paylaş:
Müəllif : Yazar
Tarix:11-07-2019, 09:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-07-2019, 09:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11