Nazir danışdı, aləm qarışdı: dərs 1 sentyabrda başlayır? - VİDEO
Ötən gün İctimai Televiziyanın “Pressinq” verilişində qonaq olan Təhsil naziri Ceyhun Bayramovun tədris ili müddəti ilə bağlı açıqlamasının bəzi ekspertlər tərəfindən düzgün yozulmaması çaşqınlığa səbəb olub.
regionxeberlericom.az Axar.az-a istinadən xəbər verir ki, nazir C.Bayramov tədris müddətinin 32 həftədən 34 həftəyə qaldırılması ilə bağlı 4 il bundan öncəki qərardan danışıb və bunun niyə edildiyini izah edib. Nazir həmçinin bütün tədris vəsaitlərinin 34 həftəyə sığışdırıldığını və bəzi çatışmayan dərsliklərin də yeniləri ilə əvəzləndiyini açıqlayıb.
Təəssüf ki, bəziləri nazirin tədris müddətinin 2 həftə artırılması ilə bağlı izahının bu ilə aid olduğunu sanıb və güman edib ki, tədris ili 1 sentyabr-14 iyun tarixlərini əhatə edəcək. Bu isə guya tədris ilinin 1 sentyabrdan başlayacağı barədə yanlış informasiyaya səbəb olub.
Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov da açıqlama yayıb. C.Valehov bildirib ki, Təhsil naziri Ceyhun Bayramov İTV-nin "Pressinq" verilişində 4 il bundan əvvəlki qərara - təhsil müddətinin iki həftə uzadılmasına münasibət bildirib. Söhbət yeni müddətin uzadılmasından getmir.
“Bunu bilmək üçün sadəcə müsahibəyə baxmaq lazımdır”, - C.Valehov qeyd edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-07-2019, 13:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Ötən gün İctimai Televiziyanın “Pressinq” verilişində qonaq olan Təhsil naziri Ceyhun Bayramovun tədris ili müddəti ilə bağlı açıqlamasının bəzi ekspertlər tərəfindən düzgün yozulmaması çaşqınlığa səbəb olub.
Paylaş:
Müəllif :
Yazar
Tarix:10-07-2019, 13:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26