Naxçıvanda səhiyyə sistemi GÜL VURUR... - İLGİNC İDDİALAR...
Naxçıvan MR Respublika xəstəxanasından redaksiyamıza gələn şikayətlərin sayı artmağa başlayıb.
Ovqat.com-a anonimlik şərti ilə məktub yazan həkimlərin bildirdiyinə görə, xəstəxana barədə ilk yazılarımızı dərc edəndən sonra baş həkim Zəbur Bağırovun davranışlarında xeyli müsbət dəyişikliklər baş vermişdi.
Dodağına zəhrimar qonan Baş həkim
Bu müsbət dəyişikliklər ilk növbədə onun simasında özünü büruzə vermişdi. Yazılardan əvvəl üzündən adətən zəhrimar yağan, xəstəxana kollektivi ilə kobud rəftar edən, xüsusilə tibb bacılarını aşağılamaqdan xoşlanan Zəbur həkim simasındakı jestləri birdən-birə 180 dərəcədə dəyişdirərək mülayim insana çevrilmişdi. Bir sözlə, müğənni Ağadadaşın məşhur mahnısında deyildiyi kimi, Zəbur həkimin dodaqlarına gülüş qonmuşdu. İndisə Ukrayna hadisələri başlayandan sonra Zəbur həkimin üzündəki müsbət dəyişikliklərin də tədricən əvvəlki vəziyyətinə qayıtdığı bildirilir. Yəni gülüş yavaş-yavaş buxarlanıb öz yerini yenidən zəhrimara buraxıb. Məktubların birində eynilə belə deyilir: “Zəbur həkimin dodaqlarına yenidən zəhrimar qonmağa başlayıb”.
Vasif Talıbov - Ukrayna-Rusiya müharibəsinin yeganə qalibi
Şikayətçilər bunun günahını Ovqat.com-un diqqətini Ukrayna hadisələrinə yönəltməkdə görürlər və bizdən Naxçıvan mövzusunu bir an belə ikinci sıraya atmamağı tələb edirlər. Onların fikrincə, Rusiya-Ukrayna müharibəsinin yeganə qalibi Naxçıvan “xanlığı”dır. Çünki mətbuatın və rəsmi Bakının başı Ukrayna hadisələrini izləməyə qarışdığından Naxçıvan yaddan çıxıb. Bu da Muxtar Respublikada “köhnə hamam, köhnə tas” rejiminin yenidən bərpa olunması ilə nəticələnib.
Həkim və tibb bacıları maaşlarını vaxtı-vaxtında almamalarından gileylidirlər. İddialara inansaq, yanvar və fevral ayının maaşını mart ayında alan tibb işçiləri bu müddət ərzində xeyli əziyyət çəkiblər. Maaşlarının yubadılmasının səbəbini böyük ehtimalla Respublika xəstəxanası rəhbərliyinin sığortadan mənimsədiyi pulları geri qaytarması ilə əlaqələndirən şikayətçilər kiminsə qanunsuz əməllərinin bədəlinin niyə hansısa həkimin, tibb bacısının və ya xadimənin dərisindən çıxarıldığını anlaya bilmirlər. Baş həkimin özü isə nəinki bu bədəli ödəmir, əksinə, son zamanlar daha konfortlu həyata başlayıb. Hətta yeni və daha bahalı maşın alıb, bununla da sanki öz işçilərinə tənqiddən təsirlənmədiyini göstərir, “burda bizik, Bağdadda kor xəlifə” mesajını verir. Baş həkimə yaxın adamların hətta xəstəxana kollektivinə Azərbaycan mediasını, o cümlədən Ovqat.com-u satın aldıqları barədə fikirlər söylədikləri gələn məlumatlar arasındadır.
Sığortalı tibbin adı qalıb
Deyilənlərə görə, Respublika xəstəxanasında sığortalı tibbi yardım hələ də problem olaraq qalmaqda davam edir. Naxçıvanın bir çox rayonlarından gələn xəstələri elə süründürürlər ki, binəvalar sonunda ödənişli tibbi xidmət yolunu seçməyə məcbur olurlar. Artıq demək olar ki, heç kim sığorta imkanından yararlana bilmir. Hər kəsin 17 manat alındıqdan sonra həkimlərə yönləndirildiyi bildirilir.
“0 uzman həkim” moduna keçiş
Maraqlıdır ki, bu cür yönləndirilmələr adətən Zəbur Bağırova yaxın həkimlərin lehinə nəticələnir. Bu ədalətsiz yönləndirmələr xəstəxanada uzman həkim kimi qalan sonuncu mütəxəssis Elşənin Nəcəfovun istefa ərizəsi yazmasına səbəb olub. Artıq iki gündür ki, Naxçıvan Respublika xəstəxanası “0 uzman həkim” moduna keçib. Bildirilir ki, Türkiyədə təhsil alan Elşən həkimə adətən kasıb xəstələr yönləndirilirdi. O da Naxçıvan standartlarında həkim olmadığından həmin xəstələrə təmənnasız xidmət edirdi. Elşən həkim istefa ərizəsi yazıb işdən çıxandan sonra xəstəxanaya gələn kasıb xəstələr qapıçıdan aldıqları “qara xəbər”lə sarsılıblar. “Artıq Elşən həkim burda işləmir. Xəstəxanada bundan sonra uzman həkimlər ancaq Bakıdan dəvət ediləcəklər. Onların da xidmət pulu yerli həkimlərdən xeyli baha olacaq. Müftə müayinə və müalicə erası tarixin zibilxanasına atıldı”, - iddialara görə, qapıçının bu qara xəbərinə xəstələr ilk əvvəl inanmayıblar. Ələ salındıqlarını sanıb və bu “eşşək zarafatı”na etiraz ediblər. Etiraz dalğası elə güclü olub ki, səs-küyə xəstəxana rəhbərliyi özünü hövlnak bayıra atıb. Rəhbərlik də bu faktı təsdiqlədikdən sonra kasıb xəstələr türkəçarə ilə müalicə olunmağa üstünlük verib evlərinə qayıdıblar.
Bildirilir ki, Naxçıvan Respublika Xəstəxanasında bənzər etiraz səsləri tez-tez eşidilir. Deyilənlərə görə, sığortalı xəstələrdən biri bu yaxınlarda ondan tələb olunan 17 manatı ödəmək istəməyib və haqsız tələb qarşısında səsini yüksəldib. Xəstə Respublika Xəstəxanasında baş alıb gedən haqsızlıqdan şikayət etmək üçün birbaşa Ali Məclisə gedəcəyini və “Cənab Sədr”lə görüşəcəyini deyərək onları qanunlara hörmət göstərməyə çağırıb. Aldığı cavab isə xeyli təəccüblü olub.
“Kimə şikayətlənəcəksiniz? Burda yığılan pullar birbaşa Cənab Sədrin bankdakı hesabına yatırılır. Balam ölsün, Zəbur həkimin bu pullara aidiyyəti yoxdur”, - bu cəsarətli və açıq fikirləri xəstəyə kassirin dediyi bildirilir.
Qənd əvəzinə çek
Bənzər fikirləri Zəbir Bağırovun müavini Ramazan Abbasov da hər xəstədən 17 manat xidmət haqqı yığıldığı halda, sadəcə 400-500 manat quru maaşla kifayətlənməli olan iş yoldaşlarına deyib. Həkimlər ona üzərində 17 manat yazılmış çekləri göstərib pullarını tələb ediblər. Bildiriblər ki, xəstələrə müftə baxacaqlarsa, bu çekləri nə edəcəklər? Ramazan həkim isə həmkarlarına maraqlı məsləhətdə bulunub: “Qənd əvəzinə şirin çayınıza salıb, yaxşıca qarışdırıb için”.
Qısası, Naxçıvanda artıq “xanlıq” üsulu ilə idarəetmə qaydalarının hökm sürməsini gizlətməyə belə ehtiyac duyulmur. Bu zamanadək rəvacda olan “Cənab Sədrin xəbəri yoxdur” ritorikası “O bizim babamızdır, o, nə desə o olur” kəlamı ilə əvəzlənib.
İnsafən, Respublika xəstəxanasından ürəkaçan məlumatlar da yox deyil. Xəstəxana işçilərindən birinin yazdığına görə, Zəbur həkim və komandasının dodağına zəhrimar qonmaları elə həddə artıb ki, şikayəti gedib “xan” həzrətlərinin qulağına çatıb. Ali Məclisdən gələn xəbərdarlıqdan sonra Baş həkim əyan-əşrəfini başına toplayıb müşavirə keçirib. Müşavirə iştirakçılarına üzlərindəki zəhrimar dağarcığını bir qədər azaltmağı əmr edən Zəbur “doxtor” həkimlərə xüsusilə tibb bacılarını, xadimələri incitməməyi tapşırıb. Bu tapşırıqdan sonra həkimlərin qismən “mədəniləşdiyi” bildirilir.
Ovqat.com
Paylaş:
Müəllif : Fuad
Tarix:4-04-2022, 09:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |