Nazir bu məsələyə müdaxilə etsə, yaxşıdır... - İTTİHAM
Ölkədə baş verən son hadisələr, aparılan islahatlar bir daha Prezidentin məmurlar qarşısında hansı tələbləri qoyduğunu sübut etdi. Artıq özünü qanunlardan üstün tutan, toxunulmaz hesab edən, kiminsə kölgəsində daldalanan məmurların sonunun gəldiyi hər kəsə məlumdur. Amma, hələ ki, özünü baş verənlərin fövqündə görən. “onda ki,övladı vətən xam idi” təfəkkürü ilə yaşayanlar da az deyil....
Rubrika.az saytına Nizami rayonu 214 saylı tam orta məktəbdə baş verənlərlə bağlı bir qrup valideynin imzaladığı şikayət məktubu daxil olub. Məktubda məktəbin direktoru Esmira Azər qızı Ağayevanın əməllərindən o qədər “ürəklə” bəhs olunur ki, danışılanlardan sizi və Təhsil nazirliyini xəbərdar etmək qərarına gəldik.
Şikayət məktubunda bildirilir ki, direktor E.Ağayeva təqvimdə qeyd olunan bütün bayramları özünəməxsus şəkildə qeyd edir. Düzdür, onun bu qeyd etmələri şagirdlərə və valideynlərə bir az baha qiymətə başa gəlir. Hətta bu “bayram kompaniyasının” musiqili şəkildə təşkil edildiyini bildirən valideyn bayram günləri ərəfəsində məktəbdə zəng əvəzinə Elariz Məmmədoğlunun “Hədiyyə et özünü” mahnısının səsləndirildiyini qeyd edir.
8 mart bayramı ərəfəsində məktəb müəllimlərinin çətin anlar yaşadığını, hətta direktorun otağı qarşısında növbənin də yarandığı söylənilir. Şikayətçinin bildirdiyinə görə, hədiyyələrin hamısı qəbul edilsə də nağd ödənişlərə daha çox üstünlük verilib.
Ümumiyyətlə E.Ağayevanın məktəbdə despotik idarəetmə üsulu formalaşdırdığı qeyd edilir. Hətta laborantların,digər texniki işçilərin müəllimlərin səs yazısını yazmağa məcbur edildiyi də bildirilir. Belə görünür ki, 214 saylı məktəbdə tamamilə gestapo rejimi formalaşdırılıb.
Şikayət məktubunda bildirilir ki, direktor rəhbərlik etdiyi məktəbi öz “səviyyəsinə” yaraşdırmır. Çünki, dəfələrlə müxtəlif səviyyəli tədbirlərdə səsləndirib ki, buranın kontingenti mənim səviyyəmdə deyil və bilsəydim bir ətək pul sayıb bura gəlməzdim. Həmçinin E.Ağayevanın bu vəzifəni özü üçün tramplin hesab etdiyi, burada pul toplayıb daha yüksək vəzifəyə getməyə hazırlaşdığı barədə də dəfələrlə məlumat vediyi bildirilir. Siz təhsilimizdə hansı təhlükəli qüvvələrin hələ də at oynatdığını görürsününzmü?
Rubrika.az saytına verilən məlumata görə məktəbdə olduğu müddət ərzində ancaq kameralar vasitəsilə müəllimləri izləyən direktor onların hər addımından “pul çıxardır”. Hətta müəllimlərə məktəbdə baş verənlərin başqa yerlərdə danışılmayacağı barədə qeyri-rəsmi kağıza imza atdırıldığı da bildirilir. Etiraz edənlər isə incidilirlər.
Direktorun repititor müəllimləri daima kameralar vasitəsilə diqqətdə saxladığı, onlardan hər ay alınan “aylığ”ın artırıldığını bildirən şikayətçi bunun son nəticədə onlara zərbə vurduğunu söyləyir. “Ən əsası da repetitor müəllimləri güdür ki, onlar neçə şagird ilə məşğul olurlar. Hər dəfə hazırlıq üçün müəllim yanına gedən uşaqlarımızın aylıq repititor xərcləri qalxır. Müəllimlərdən soruşuruq, deyirlər ki, direktor bizdən çox pul tələb edir. Əvvəl uşaq başına 10 manat, indi isə 20 manat istəyir. “
Şikayət məktubunda qeyd edilir ki, “ Məktəbdə repetitorluq etməyən müəllimlərin dərsini kəsməyə və onlara töhmətlər verməyə başladı. Töhmətləri də şagirdlərin və valideynlərin gözü qarşısında yerləşdirir ki, guya mən məktəbdə nizam intizama əhəmiyyət verirəm. Müəllimlər əvvəllər boş sinif otaqlarında məşğul olurdular. İndi isə ibtidailərin binasında olan bufeti bağlatdırıb, repetitor otağı edib. İbtidailəri məcbur edir ki, uzaq yolu gəlsinlər böyük siniflərin gəldiyi bufetdən yemək alsınlar. 5 dəqiqə zəng ərzində uşaqlar böyüklərin bufetinə gəlib qayıtmağı çatdırmırlar. Yeri gəlmişkən məktəbin bufeti çox keyfiyyətsizləşib. Bulkaların içindən nə istəyirsiz çıxır, uşaqlarımız iyrənir. Məktəbdə qadağan olunan qida məhsulları satılır. Bufetə şikayət etdik. Axırda dedilər ki, direktor 300 manat tələb edir, biz də çatdırmırıq. Yeni gələn bufet işçiləri bu keyfiyyətsizliyi belə dəyərləndirdi. Yeni bufet kollektivini də özü əvvəl işlədiyi məktəbdən gətirib.”
Şikayətçilər bildirirlər ki, məktəbin direktoru E.Ağayeva bu vəzifəyə 40 min manat verib gəldiyini həmişə şəstlə söyləyir. Hətta burada müvəqqəti olduğunu, pul toplayandan sonra himayədarları tərəfindən yüksək vəzifələrə aparılacağını da söyləyir. Görünür 214 saylı məktəbdə Esmira xanım hələ ki, “qırx”ını çıxara bilməyib.
Biz isə Təhsil Nazirliyinin təhsil sistemindəki böyük xidmətlərini həmişə yüksək qiymətləndirmişik və bu gün də təhsilimizin inkişafını görürük.
PS. Mövzu ilə bağlı 214 saylı məktəblə əlaqə saxlamağa cəhd göstərdik. Direktor mobil telefonumuza cavab vermədi, məktəbin müəllimlər otağına aid olan nömrəsindən verilən cavab isə direktorun iş nömrəsi ilə əlaqə saxlamağımızı məsləhət gördü. Direktorun iş nömrəsi isə işləmirdi.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-03-2019, 11:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-03-2019, 11:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01