"Qeyri-qanuni tərtib etdiyi sənədə imza etmədiyi üçün..." - Özbaşınalıq
Hörmətli Redaksiya rəhbərliyi,
Sizin xalqın xeyrinə problemlərinin həllinə köməklik göstərərək onların müraciətlərini saytınızda işıqlandırdığınızın dəfələrlə şahidi olmuşuq. Sizə pənah aparan heç kimi naümüd qoymamısız. Ona görə Sizin vasitənizlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıram.
"Atəşgahsığorta" şirkətinin özbaşnalığı və fırıldaqçılığı
Hörmətli cənab Prezident,
Bildirmək istəyirəm ki, 21 mart 2019-cu il tarixdə həyat yoldaşım A.Əlizadə idarə etdiyi "Nissan SUNNY" markalı 90DL848 dövlət nömrə nişanlı avtomobili Zeynal Zeynalov idarə etdiyi "Mersedes" markalı 90NS172 nömrəli maşınla vurmuş, nəticədə avtomobilimizə ciddi ziyan dəymiş və salonda olan 3 nəfər ailə üzvümüz kəllə-beyin travması almışdır. Bu hadisə videoregistor vasitəsilə çəkilmişdir. Hadisə yerinə gələn "Atəşgahsığorta" şirkətinin KAMİL adlı qəza komissarı açıq-aşkar Zeynal Zeynalova hadisəni törətdiyini boynuna almamağı tələb edərək dələduzluq etmiş,özünün qeyri-qanuni tərtib etdiyi sənədə imza etmədiyi üçün yoldaşıma hədə-qoxu gəlmişdir.
Hadisə ilə bağlı Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə və Binəqədi rayon Polis İdarəsinin müstəntiqinin Qərarına əsasən Zeynal Zeynalovun Yol hərəkəti haqqında Qanunun 42-ci maddəsinin 1-ci və İXM-nin 327.8-ci maddəsinin tələblərini pozaraq hadisəni törətdiyi sübuta yetirilmişdir.
İcbari Sığorta Haqqında Qanunun 17-ci maddəsində göstərilən sənədləri rəsmi qaydada 21.06.2019-cu il tarixdə "Atəşgahsığorta" şirkətinə təqdim etdim. Həmin Qanunun 18-ci maddəsinə əsasən 7 iş günü ərzində sığorta ödənişi verməli olduqları halda, dövlət orqanlarının qərarları ilə razılaşmayaraq həyat yoldaşımı prokurorluq orqanları ilə tutduracaqları ilə hədələyərək, əsassız olaraq sığorta ödənişini verməkdən imtina ediblər.
Xahiş edirəm sığorta ödənişinin alınması ilə bağlı bizə köməklik edəsiniz.
Qeyd etmək istəyirəm ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının 12 aprel 2019-cu il tarixli qərarı ilə “Atəşgah” ASC-yə sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılmasına, şirkətinin özbaşnalığı və fırıldaqçılığı barədə dəfələrlə yenilik.az, femida.az, avtosfer.az, sonxeber.az, minval.info, anews.az saytlarında ayrı-ayrı vətəndaşların müraciətləri işıqlandırılsa da həmin şirkət yenə öz qanunsuz əməllərini davam etdirir.
“Azərbaycanda bu qədər bərbad xidmət göstərən, müştəri məmnuniyyəti aşağı olan sığortaçı yəqin ki, tapılmaz. Sürücülər sığorta şirkəti seçəndə diqqətli olsunlar.”
Əvvəlcədən Sizə öz minnətdarlığımı bildirirəm.
Hörmətlə, Gülüstan Əlizadə
07.07.2019-cu il
Xalqxeber.Az
Paylaş:
Müəllif : Yazar
Tarix:8-07-2019, 10:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-07-2019, 10:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26