"Eyni yazıya görə 2 rayon məhkəməsi qərar verir" - Deputatla publisistin çəkişməsi...
Ali Məhkəmədə hakim Gündüz Quliyevin sədrliyi ilə deputat Elmira Axundovanın iddiası üzrə qərar verilib.regionxeberlericom.az AzEuroNews.com-a istinadən xəbər verir ki, qərarla deputatın oğlu Həbib Axundovun şəriki, dələduzluğa görə həbsə alınan Elnur İbrahimovun işi üzrə zərərçəkənlərin hər birinin 10 min manat cərimələnmələri haqda ilkin instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
“Elmira Axundova kef eləyir, qoy çəksin oğlu ilə…”
Qərara münasibət bildirən tanınmış publisist Firuz Haşımov ona qarşı deputat xanımın iddiasının əsassız olduğunu bildirib: “Elmira Axundova kef eləyir, qoy çəksin oğlu ilə… O biriləri, hamısı, milyonları xarici ölkələrə daşıyıblar. Londonda mülk, otel alsınlar. Bu Azərbaycan, bu da bunlar. Mənim bu sözlərimi yazın. Məni bu dünyaya bağlayan heç nə qalmayıb”.
Firuz Haşımov deyir ki, deputat Elmira Axundova və oğlu Həbib Axundov barəsində heç bir təhqiramiz ifadə işlətməyib. Buna baxmayaraq Binəqədi Rayon Məhkəməsi deputatın iddiası əsasında onu 10 min manat cərimə edib. Firuz Haşımov bu qalmaqallı proseslə bağlı hələ 2016-cı ilin martında mətbuat vasitəsi ilə ölkə başçısına müraciət etmişdi.
“Elmira Axundova və oğlunun bahalı maşınları, təmtəraqlı evləri…”
Onun 5 mart 2016-cı il tarixli müraciətindən sitat:
“Deputat oğlunun fırıldaqları haqda mətbuatda, sosial şəbəkədə külli miqdarda material gedib. Elmira xanımın “gül balası” aradan çıxarılmış digər bir dələduzla əlbir olub neçə-neçə ailəni quru yerdə qoyub. Müflis olub qapılara düşən, intihar həddinə çatdırılmış zavallılar əllərində vacib dəlillər, sübutlar, təkzib edilməyən faktlarla daha o nüfuzlu təşkilat qalmayıb ki, oraya müraciət etməsinlər. Neçə-neçə qəzetdə, saytlarda Elmira Axundova və oğlunun bahalı maşınları, təmtəraqlı evləri, villaları barədə yetərincə danışılıb, səs yazıları yayılıb. Həftələr keçib, aylar ötüb, tədbir görən olmayıb.
Hörmətli Prezident!
Elmira Axundova iqtidardan aldığı fəxri adları, deputat toxunulmazlığını üzünə sipər kimi tutaraq polisə, məhkəmələrə iradəsini diqtə edir. Hər yerə şayiə yayır ki, o ulu öndərin, ümumiyyətlə ailənin rəsmi bioqrafıdır və heç kim yanından yel olub keçə bilməz. Bu xanım “gül balasını” həbsdən, layiq olduğu cəzadan xilas etmək üçün daha o pəstah qalmayıb ki, çıxartmasın. Gah müflis günə düşüb var-yoxlarını itirənləri polisə çağırıb incidirlər, gah da mənim kimi heydən düşmüş veteranı məhkəmələrə çəkib iri məbləğdə cərimələyirlər. Guya mən Elmira Axundovanın işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələmək istəmişəm, hansısa ailə sirrini faş etmişəm. Günahsız, sadəlövh insanların yüz minlərlə pulu həyasızcasına həzm-rabedən keçirilib. Elmira Axundova hələ indiyə qədər bizim adi bir sualımıza cavab verməyib, cah-cəlalını, bahalı maşınlarını, təmtəraqlı mənzillərini hansı qonorarların hesabına əldə edib? Burada hansı ləyaqətdən söhbət gedə bilər?”
Firuz Haşımov Elmira Axundova haqda təhqir yox, tənqid yazıb
Firuz Haşımov bildirir ki, məhkəmə prosesləri keçirilərkən onu, iş üzrə digər cavabdehləri, qarşılıqlı iddiaçıları diləyən belə olmayıb.
Ümumiyyətlə isə deputatın, onun oğlu Həbib Axundovun iş üzrə iddialarının absurdluğunu, qeyri-müəyyənliyini işlə tanış olan hər kəs görə bilər. Deputat Elmira Axundova ilkin olaraq Firuz Haşımovla bağlı iddiasını Xətai rayon Məhkəməsinə təqdim edib. İddiasında Firuz Haşımovun onun şərəf və ləyaqətini təhqir etdiyini göstərib. Firuz Haşımov isə deyir ki, o, Elmira Axundova haqda təhqir yox, tənqid yazıb.
Eyni yazıya görə 2 rayon məhkəməsi qərar verir
Hakimlər isə onu məhkəmə prosesi zamanı eşitmək belə istəməyiblər. Beləcə proses Firuz Haşımovun 10 min manat cərimə olunması ilə yekunlaşıb. Deputat eyni məzmunlu iddianı Binəqədi Rayon Məhkəməsinə təqdim edib. Bu dəfə müəllifi Firuz Haşımovun olduğu bilinən yazılara görə deputat oğlu Həbib Axundovun dostu, şəriki Elnur İbrahimovun dələduzluq işi üzrə zərərçəkən kimi tanınan şəxslərin cərimələnməsini tələb edib.
Axundovun vəkilinin başqa iş üzrə nazirə müraciətinin bu işə əlavə olunması nədən xəbər verir?
Binəqədi Rayon Məhkəməsində deputatın qanundan kənar iddiası icraata qəbul olunub. Uzun-uzadı araşdırma görüntüsü yaradılıb, hər dəfə proses başladıqdan dərhal sonra müxtəlif bəhanələrlə təxirə salınıb. İş materiallarına dəxli olmayan, Elmira Axundovanın vəkilinin başqa məhkəmə işləri ilə bağlı ədliyyə naziri Fikrət Məmmədova müraciətləri işə əlavə edilib. Beləcə Firuz Haşımovun müəllifi olduğu, Xətai Rayon Məhkəməsində deputatın müraciəti əsasında 10 min manat cərimə olunduğu yazılara görə bu dəfə Elmira Axundovadan, onun oğlu Həbib Axundovdan, deputatın ailə dostu, dələduzluğa görə 9 ilə həbs cəzası almış Elnur İbrahimovdan şikayətçi olanların hər biri 10 min manat cərimələnib.
Azərbaycanda məhkəmə-hüquq islahatlarının aparıldığı bir vaxtda Ali Məhkəmə bu qalmaqallı iş üzrə Binəqədi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bu zaman Binəqədi Məhkəməsində hakimlərin yol verdikləri göz görəsi qanunsuzluqları belə Ali Məhkəmənin hakimləri aradan qaldırmağa lüzum görməyiblər. Qərarı qüvvədə saxlayarkən iş materiallarının içində olan, Elmira Axundovanın oğlu Həbib Axundovun vəkilinin başqa bir iş üzrə nümayəndəsi olduğu Maqsud Mirzəyevin ədliyyə naziri Fikrət Məmmədova müraciətinin niyə bu işə əlavə olunmasını da belə araşdırmayıblar.
Belə görünür ki, elementar araşdırmanın bu iş üzrə yeni və ədalətli qərarın verilməsi zərurətini ortaya qoyacağını Ali Məhkəmə hakimləri də bilməmiş olmayıblar.
Odur ki, Elnur İbrahimovun barəsində Bakı Apelyasiya Məhkəməsində yekun qərar verilib 9 illik həbs cəzası qüvvədə saxlanıldığı ərəfədə Elmira Axundova onun dələzuluq işi üzrə zərərçəkənləri cərimələtməyə nail olub.
Mövzu ilə bağlı deputat Elmira Axundova ilə əlaqə yaratmaq cəhdlərimiz heç cürə alınmadı. Hörmətli deputatın da fikirlərni öyrənib, olduğu kimi dərc etməyə hazırıq.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-07-2019, 09:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-07-2019, 09:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01