Erməni silahlılar rahat gəzişir, sülhməramlılar baxır: Azərbaycan buna dözməyəcək - ETİRAZ
Qarabağda erməni təxribatlarının artması Azərbaycanı sərt adekvat tədbirlər görməyə vadar edə bilər.
Çünki son günlər Qarabağdakı Rusiya sülhməıramlılarının müvəqqəti nəzarət zonasında atəşkəsin mütəmadi olaraq pozulması Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə ciddi təhlükə yaradır. Çünki təxribatlar Azərbaycan ərazisində baş verir. Eyni zamanda, İkinci Qarabağ müharibəsinin başa çatmasından bir il beş ay ötməsinə baxmayaraq, Ermənistan öz silahlı birləşmələrini Azərbaycan ərazisindən tam çıxartmayıb. Halbuki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın 4-cü bəndinə görə, Ermənistan silahlı qüvvələrini Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisinə daxil olması ilə paralel çıxartmaq haqqında öhdəlik götürüb. Lakin indiyə qədər rəsmi İrəvan bu bəndi yerinə yetirmir.
Bu gün isə sosial şəbəkələrdə sülhməramlıların nəzarətində olan ərazilərdə silahı ermənilərin rahat şəkildə dolaşdığını göstərən görüntülər yayılıb.
Prezident İlham Əliyev də bu l fevralın 22-də Rusiyaya rəsmi səfəri zamanı Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasının vacibliyini bildirib. Ancaq Ermənistan bu tələbin icrasından müxtəlif bəhanələrlə yayınır.
Təbii ki, Azərbaycan da xarici dövlətin işğalçı qoşunlarının öz torpağında qalması ilə razılaşa bilməz. Ona görə də Azərbaycanın Qarabağdakı Ermənistan Ordusunun qalıqlarına və qanunsuz silahlı birləşmələrə qarşı antiterror əməliyyatları aparması ilə bağlı təkliflər artır. Dia.az xəbər verir ki, bu barədə Cebhe.info-ya açıqlama verən İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri Qafar Çaxmaqlının sözlərinə görə, artıq Qarabağdakı erməni terrorçularının fəaliyyətinin qarşısını almaq üçün hərbi əməliyyat keçirmək qaçılmaz görünür. Lakin beynəlxalq şəraiti nəzərə alaraq, bu prosesin təmin edilməsi diplomatik müstəvidə də aparılmalıdır:
“Qarabağdakı qondarma rejimin daxilində və separatçı dəstə ilə Ermənistan hakimiyyəti arasında mübarizə gedir. Ermənistanın öz daxilində isə Qarabağdakı cinayətkar rejimi güc hesab edirlər. Ona görə də onlara yardım azalıb. Son günlər Xankəndidə qazın, işığın olmaması etirazlara səbəb olub və müəyyən qədər siyasi müstəviyə keçib. Araik Arutunyan gah istefa verəcəyini deyir, gah Qarabağı möhkəmləndirmək tədirləri görür. Onların arasında qeyri-müəyyənlik var. Erməni əhali orada bu şəkildə yaşaya bilməz. Yəni dinc əhali daim təhdid altında qalmaq istəməz. Azərbaycan dövləti də bəyan edir ki, erməni əhalisinin rahat yaşaması üçün lazım olan tədbirləri həyata keçirə bilər. Ancaq gərək Azərbaycanın ərazi bütövlüyü təmin olunsun və Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsin. Bu halda Azərbaycan dövləti onların sosial problemlərini həll edə bilər”.
O bildirib ki, Rusiya sülhməramlıları da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir:
“Xüsusilə, Ukraynada müharibənin başlanmasından sonra sülhməramlıların Qarabağı tərk etməsi gərginliyi daha da artırır. Ermənilər çalışırlar ortaya siyasi məsələlər atsınlar və bildirirlər ki, Qarabağda yaşayan ermənilərin öz müqəddəratını müəyyən etmək hüququ var, ATƏT-in Minsk Qrupunu yenidən fəallaşdırmaq istəyirlər. Amma bunların heç biri baş tutmayanda, təxribata əl atırlar. Ukrayna müharibəsindəki beynəlxalq ictimaiyyətin reaksiyasına baxıb ümid edirlər ki, bəlkə Fransa və bəzi dövlətlər indi onların müdafiəsinə gələr. Ermənistanın 10 noyabr Bəyanatında üzərinı götürdüyü öhdəlikləri yerinə yetirməməsi Azərbaycan dövləti üçün təhdiddir. Ona görə də Azərbaycan bu təhlükəni aradan qaldırmaq üçün tədbirlər görə bilər. Həm siyasi çevrələrdə, həm Azərbaycan ictimaiyyətinin nümayəndələri tərəfindən bu təkliflər səsləndirilir. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün antiterror əməliyyatları keçirə bilər. Qarabağda ermənilərin bu şəkildə qalması və yaşaması gələcəkdə Azərbaycan üçün problemə çevriləcək. Hımin əraziyə nəzarət edə bilmədiyimiz üçün orada hansı proseslərin getdiyini bilmirik. Qarabağda hansı birləşmələrin olması, onların silahının haradan gəldiyi barədə dəqiq məlumat olmadığından, ermənilər gələcəkdə hər cür təxribat törədə bilər. Ona görə də Azərbaycan zəruri tədbirlər görməlidir”.
Qeyd edək ki, Qarabağda antiterror əməliyyattının aparılması ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Bəzi ekspertlərin fikrincə, ermənilərin təxribatına uymağa ehtiyac yoxdur. Hərbi əməliyyatların başlanması üçün zamana ehtiyac var. Digər yanaşmalara görə, Azərbaycanın Ermənistan ordusunun qalıqlarını və terrorçu qruplaşmaları zərərsizləşdirməsi üçün əlverişli beynəlxalq siyasi şərait yaranıb. Belə ki, dünya ölkələrinin diqqəti Ukraynadakı müharibəyə yönəldiyindən Azərbaycan antiterror əməliyyatları keçirə bilər. Bu zaman ermənilərin hay-küylü çağırışlarını eşidən olmayacaq. Eyni zamanda, geosiyasi maraqlarını daha çox Ukraynadakı proseslərə cəmləşdirən Rusiya üçün Qarabağ mövzusu artıq prioritet əhəmiyyət daşımır.
Qafar Çaxmaqlı bildirdi ki, Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxaraılacağına dair rəsmi İrəvanın öhdəlik götürməsindən bir il yarıma yaxın vaxt ötür. Ona görə də Azərbaycan bu məsələnin aradan qaldırılmasında gecikməmək üçün təcili addımlar atmalıdır:
“Siyasətdə və diplomatiyada bəzən yaranmış fürsəti dəyərləndirmək lazımdlr. Mənə elə gəlir ki, hazırda Rusiyanın və Qərbin başı nə qədər qarışsa da, Azərbaycan antiterror əməliyyatlarına başlasa, sərt beynəlxalq reaksiya qarşılaşmayacağımızı heç kim deyə bilməz. Ola bilər ki, Azərbaycana qarşı hansısa sanksiyalar gündəmə gətirilsin. Ona görə də bu prosesi təmin etmək üçün çox ölçülüb-biçilmiş addım atılmalıdır. Mən antiterror əməliyyatlarının tərəfdarıyam. Çünki onlar silahlanırlar. Dünən erməni mətbuatında blogger Hor Amatuni çıxış edib. O, İspaniyada yaşayan ermənidir. Amatuni yazıb ki, Ermənistan möhtəşəm silah əldə etmək ərəfəsindədir. Bu silahı alandan sonra Ermənistan Azərbaycana müharibəyə başlayacaq və Şuşa, Hadrut da daxil olmaqla Qarabağaın digər əraizlərini geri qaytaracaq. Yəni Qarabağdakı ermənilərin silahlandırılması, güclənməsi üçün tədbirlər görülür. Erməni diasporu da onlara külli miqdarda maliyyə yardımı göstərir. Azərbaycan diplomatik dairələrlə razılaşdırılmış qaydada antiterror əməliyyatına başlamalıdır ki, sonra ermənipərəst dövlətlər bizə təzyiqlər etməsin. Xüsusilə də Azərbaycan bu məsələdə Türkiyənin beynəlxalq nüfuzuna və dəstəyinə güvənərək hərəkət etməlidir”.
Qeyd edək ki, rəsmi İrəvan Azərbaycan ərazisindəki Ermənistan qoşunlarının bu il iyul ayının 1-dən gec olmayaraq çıxarılacağına dair məlumatlar yayır. Belə ki, Ermənistanda həqiqi hərbi xidmət müddəti iki il təşkil edir. Ermənistan rəsmiləri isə iddia edir ki, 2020-ci il iyulun 1-də hərbi xidmətə çağırılmış və Qarabağa göndərilmiş Ermənistan vətəndaşları bu ilin iyun-iyul aylarında müddətini başa vurub öz ölkəsinə qayıdacaq. Bununla da Ermənistan hərbçilərinin Azərbaycan ərazisindən çıxarılması prosesi yekunlaşacaq.
Lakin əldə olunan digər məlumatlara görə, Qarabağdakı qondarma rejim hərbi xidmətini başa vurmuş Ermənistan hərbçilərinin bir qismini “müqaviləli ordu” adı altında Qarabağda saxlayıb yerləşdirməklə məşğuldur. Bu da Ermənistanın vədinin şübhəli olduğunu göstərir.
Qafar Çaxmaqlının fikrincə, Ermənistanın vədlərinə inanmaq olmaz. Çünki ermənilər Azərbaycan ərazisində qanunsuz hərbi birləşmələr saxlamaq üçün müxtəlif üsullara əl atacaqlar:
“Hətta bir ara dedilər ki, bu silahlı dəstələrə milis statusu verəcəklər və bu yolla Qarabağada saxlayacaqlar. Yaxud xidmət müddətini başa vurmuş əsgərlərlə müqavilə bağlaya, onların yerinə başqasını da gətirə bilərlər. Əgər biz bu prosesə nəzarət edə bilmiriksə, deməli, ermənilərin manevr imkanları yaranır. Bu halda onlar hər cür qanunsuz vasitəyə əl atacaq. Bu mənada mən həmin ərazilərdə Azərbaycan dövlətinin bütün suveren hüquqularının təmin olunması üçün ciddi tədbirlər görməsinin tərəfdarıyam. Çünki bu problemin həllini gələcəyə saxlamaq olmaz”.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-03-2022, 09:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |