Masallı sakinləri nədən giley edir... - "350 ailə faciənin bir addımlığında..."
Masallı rayonun 7 kəndini birləşdirən bir icra nümayəndəliyində bir sıra problemlərin illərdir həll olunmamış qalması camaatı narahat edir.
regionxeberlericom.az Jam.az-a istinadən xəbər verir ki, Güllütəpə Ərazi İcra Nümayəndəliyinə daxil olan bu kəndlərin bir qisminin problemi bu yaxınlarda həllini tapıb.
"Yol, qaz çəkilib, amma hamısına yox..."
Belə ki, Güllütəpə, Tatyanoba, Əmirtürbə və Yeni Zuvand kəndlərinə yeni asfalt yolun çəkilişi başa çatıb. Dövlət başçıs tərəfindən ayrılmış 6.8 milyon manat vəsait hesabına qurulan yeni yol yerdə qalan Yolağac, Yuxarı Zuvand kəndlərinə qədər uzanmayıb.
Yerli İcra Hakimiyyətindən bildiriblər ki, hələlik bu kəndlərə yol çəkilməsi üçün vəsait ayrılmayıb. Lakin yaxın illərdə bunun reallaşacağına söz veriblər.
Qeyd edək ki, sözügedən kəndlərə təbii qaz xətti də çəkilib. Bu ilin Novruz bayramında əhalinin istifadəsinə verilən təbii qazın verilişində problem yoxdur. Lakin bu xəttin çəkilməsi də yarımçıq həyata keçirilib. Çünki eyni xətt Yeni Zuvand və Yolağac kəndlərinə qədər uzanmalı olduğu halda, bəlli olmayan səbəblərdən çəkilişi dayandırılıb.
Yeni Zuvand kənd sakinləri bildiriblər ki, qaz xətti onların kəndlərinin girəcəyinə qədər çəkilib. Lakin kəndə çəkilişi dayandırılıb. Onların iddialarına görə, dövlət büdcəsindən Yeni Zuvand və Əmirtürbə kəndlərinə qaz xəttinin çəkilməsi üçün vəsait də alınıb. Bununla əlaqədar Masallı İcra Hakimiyyətinə gedib, icra başçısı ilə görüşmək istəyirlər. Onlar qışda əziyyət çəkdiklərini, odun sobalarının hesabına soyuq ayları başa vurduqlarını bildirirlər.
Məsələ ilə bağlı araşdırmamız nəticəsində məlum olub ki, Yeni Zuvand və Əmirtürbə kəndlərinə təbii qaz xətlərinin çəkilməsi məqsədi ilə dövlət büdcəsindən hər hansı vəsait ayrılmayıb. Amma həmin xəttin çəkilməsi bu ilin dövlət büdcəsinin smetasına salınıb. Bununla əlaqədar layihə də hazırdır.
Masallı İcra Hakimiyyətindən bildiriblər ki, 2019-cu il ərzində sözügedən iki kəndə qaz xəttlərinin çəkilişi reallaşdırılacaq. Onlar sadəcə vəsaitin ayrılmasını gözləyir və bunun ardından zəruri addımları atacaqlar.
Bu xəttin Yolağac kəndinə qədər uzanacağı barədə isə heç bir məlumat yoxdur. Güman edilir ki, bu kənd yaxın bir neçə ildə qazla təmin olunmayacaq.
"İlanlar evlərə soxulur..."
Bu kəndlər əsasən dağlıq zonada yerləşir. Burovar dağ silsiləsinin ətəyində, təpələrin əhatəsində yerləşən Güllütəpə kəndinin sakinləri bu ilin yayından etibarən qəribə vəziyyətlə üzləşiblər.
Vəziyyəti qəliz edən səbəb havalar istiləşdikdən sonra ilanların sayının çoxalmasıdır. Hətta sakinlər durumun kritik olduğunu da deyirlər.
Belə ki, müxtəlif növ zəhərli ilanlar artıq heyvanlara hücum edir, evlərə soxulur, həyətlərdə məskən salaraq sakinləri qorxudurlar. Camaat deyir ki, çox uzun illər əvvəl belə vəziyyətlə üzləşiblər. Son günlər isə durum daha kritik şəkil alıb. Onların sözlərinə görə, bəzi hallarda ilan əlindən uşaqları evdən həyətə buraxa bilmirlər. Heyvanlara hücum edən zəhərli sürünənlərin kənd camaatının bir neçə mal-qarasını tələf etdiyi də deyilir.
Camaat nə edəcəyini bilmədiyini deyir. Onlar qeyd edirlər ki, imkanı olanlar bazardan dərman alaraq, həyətinə səpərək təhlükədən qurtula bilib. Amma çox insanın belə imkanı olmadığından səksəkədə yaşayır.
"182 ha torpaq sahəsi camaatdan alınıb"
Yeni Zuvand kəndinin sakinləri bu ərazilərə ötən əsrin 70-ci illərində köçürülüblər. 1100 nəfərdən ibarət kəndin bütün çıxışları meşə ərazilərinədir. Elə bu səbəbdən də onlara əkin-biçin üçün verilmiş yerlər də bir zamanlar Meşə Təsərrüfatı İdarəsinin balansında olub.
Müstəqillikdən sonra bu ərazilərdə əkinçilik və maldarlıqla məşğul olan zuvandlılar son günlər ETSN-lə problem yaşamalı olublar. Kənd camaatının dediyinə görə, bu günlərdə 182 hektar torpaq sahəsi əhalinin əlindən alınıb. Buna səbəb kimi, həmin ərazilərin meşə torpaqları olduğu və orada yeni bağların salınması nəzərdə tutulub. Kənd sakinlərinin narazılığına baxmayaraq, yerli qurumlar başqa çıxış yolu olmadığını onlara çatdırıblar.
Zuvand camaatı deyir ki, 182 hektar torpaq sahəsi meşə təsərrüfatına məxsusdursa, buna etirazları yoxdur. Amma bu qədər insanın illərlə əkib-becərdiyi və dolanışığını qurduğu torpaq onlardan alınırsa, əvəzində onlara yeni sahələr versinlər ki, insanlar damanda qalmasınlar. Bu istəklərinə isə indiyə qədər hər hansı münasibət bildirilməyib.
"350 ailə faciənin bir addımlığında..."
Tatyanoba kəndi öz qədimliyinə görə, tarixə düşüb. Bu kəndin hər qarışında qədim dövrlərə aid tarixi nümunələr tapmaq mümkündür. Tatyan çayı boyunca bir ara aparılan arxeoloji qazıntılar zamanı üzə çıxan yüzlərlə mədəniyyət və tarix nümunəsi mütəxəssislərin özlərini belə heyran qoyubmuş.
350 evdən ibarət olan kənd camaatı isə səksəkədədir. Çünki bu kəndə giriş və çıxış yalnız çayın üzərindən mümkündür. Tatyan çayı üzərində 80-ci illərdə inşa edilmiş körpü isə qəzalı vəziyyətdədir.
Kənd sakinləri bildirirlər ki, körpünün üzərindən keçərkən insanlar kəlmeyi-şəhadətlərini oxuyurlar. Çünki körpünün əsas dayaqları sıradan çıxıb, bir hissəsi isə çöküb. Məsələ ilə bağlı Masallının icra başçısı dəfələrlə kənd camaatı ilə görüşərək, körpüyə baxış keçirib. Lakin bütün bunlara baxmayaraq, körpünün təmir edilməsi və ya yenidən qurulması ilə bağlı hər hansı tədbir görülməyib.
Kənd sakini Zaur Səmədbəyli bildiriblər ki, 350 evdən ibarət olan kəndin körpüsü ilə bağlı dəfələrlə rəsmi qurumlara, icra nümayəndəsi və bələdiyyəyə müraciət ediblər. "İnsanlar körpünü qorxa-qorxa keçirlər. Rəsmi qurumlara məlumat vermişik. Gəlib baxıblar, amma heç bir faydası olmayıb. Bizlər həyatımızla oynayırıq. Artıq öyrəşmişik. Rəsmi qurumlar gözləyir ki, kimsə körünün ucması nəticəsində tələf olsun, sonra işə başlasınlar. İndidən bu işə əncam çəksinlər. Kimsə ölməsin”.
"Gənclər işsizlikdən əziyyət çəkir"
Güllütəpə İnzibati Ərazi vahidliyinə Güllütəpə, Tatyanoba, Obalar, Yeni Zuvand, Yuxarı Zuvand, Əmirtürbə və Yolağac kəndləri daxildir. Üst üstə bu kəndlərdə seçici sayı 4000 min nəfərə yaxındır. Kənd camaatının əsas məşğuliyyəti əkinçilik və maldarlıqdan ibarətdir ki, ərazilərin azlığı nəticəsində tutarlı nəticə də əldə etmək olmur. Çünki heyvan saxlamaq üçün geniş ərazilər yoxdur, varsa da meşə massivləridir ki, orada əkilmiş yeni ağaclara görə, mal-qaranın girişinə qadağa qoyulub. Yerdə qalan torpaqlar isə əkin üçün nəzərədə tutulduğundan heyvandarlıq üçün istifadə oluna bilmir.
Sakinlər deyir ki, cavan uşaqlar işsizlik üzündən kəndləri tərk edirlər. Onlar bildirirlər ki, Rusiya və Bakıya üz tutan gənclər də çox vaxt geri qayıtmırlar. Camaatın sözlərinə görə, dövlət qurumları kənddə məşğuliyyət üçün tədbir görməlidir. "Övladlarımız işsizlik üzündən evlərini tərk edirlər. Hərəsi bir diyara üz tutur. Əgər bu kəndlərdə, hətta rayon mərkəzində iş yerləri, zavod, fabrik olsaydı onlara uzağa getməzdilər, elə gedib orada işləyərdilər. Bizim də övladlarımız göz qabağında olardı”.
Vaxtıyla kənddə xalçaçılığın geniş yayıldığını, turizm üçün potensialın olduğunu, balıqçılıq təsrrüfatlarının yaradılmasına imkanın mövcudluğunu deyən sakinlər rəsmi qurumlardan zəruri addımlar atılmasını istəyirlər.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-07-2019, 09:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-07-2019, 09:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11