"Mən nə bilim ki, bütün pulumu bunlara xərcləyəcəm?" - GİLEY
“Müqaviləyə görə hökumət 2 inək verməli idi, hər ikisi yanıbalalı. Əvəzində 2 xəstə inək və 1 bala gətirdilər. Aylardır əlimdə-ovcumda olanı heyvanların müalicəsinə xərcləmişəm. Tövlə tikməliydim, tikə bilmədim. Bütün pul iynə-dərmana xərcləndi. İndi bilmirəm bu heyvanları harda saxlayım”.
regionxeberlericom.az DİA.AZ-a istinadən bildirir ki, Ucarın Qazıqumlaq kəndinin sakini 56 yaşlı Aybəniz Paşayeva belə deyir. Bildirir ki, bir neçə il öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Özünəməşğulluq Proqramına qatılıb. Təklif etdiyi konsepsiya bəyənilib. İmtahandan da uğurla keçib deyə, “sosial yardımdan imtina et, sənə Özünüməşğulluq Proqramı vasitəsilə heyvan verək, saxla, vəziyyətin düzəlsin”, – deyiblər.
“Mən də razılaşdım, hətta çox sevindim. Amma sevincim uzun sürmədi, sonrası peşmançılıq oldu. Gələnlər, bizə verilənlər müqavilədə göstərildiyi kimi olmadı. Hamısı xəstə mallardı. Gələndən müalicə etdirirəm. Nə qədər pul tökmüşəm, heç xeyri də yoxdur. Ağızlarından köpük gəlir. Halbuki müqavilədə deyilirdi ki, hər iki malın yanında balası olmalıdır. Yox idi…”
A.Paşayeva deyir ki, inəklərdən birinin balası olub. Digəri isə ona veriləndən sonra balalayıb:
“Biri bizə gələndən sonra doğdu. Digərinin isə həm özünə, həm də yanındakı balasına qulluq etməkdən yorulmuşuq. Əmələ gəlmirlər. Mən tövlə tikməliyəm ki, bu heyvanı artıram. Ancaq gələn xəstə malları müalicə etdirməkdən sıra tövləyə çatmayıb. İnanın, əlimdə-ovcumda pul da qalmayıb”.
Aybəniz Paşayeva həyat yoldaşını itirib, oğlu ilə yaşayır. Deyir, arada dərzilik edir. Ancaq çox qazanmır. Oğlu isə kənd yerində iş tapa bilmir, işsizdir. Ailə uzun illər ünvanlı sosial yardım alıb. Özünüməşğulluq Proqramına görə onu da kəsiblər. İndi isə vəziyyətlərı bir az da ağırlaşıb:
“Öz ayaqlarım üstündə durmağa çalışıram, amma imkan vermirlər. Heç kimə möhtac olmaq istəmirəm. Pensiyaya yaşım çatmır. Sosial yardım alırdım, ondan da bu mal-heyvana görə imtina etmişəm. İndi evə bir qəpik girmir. Nə edim, bilmirəm. Mənə kömək etsinlər. Necə ki, tövlə üçün yığdığım pulu verdikləri xəstə mal-heyvana xərclədim, indi mənə tövlə tiksinlər. Mənə deyilməmişdi ki, bizə verilən heyvanlar xəstə olacaq. Mən nə bilim ki, bütün pulumu bunlara xərcləyəcəm?”
Aybəniz Paşayeva düşünür ki, bəlkə də sosialdan imtina etməsəydi, daha yaxşı dolanardı:
“Hamısı xəstə mal-heyvandır, sırıyıblar camaata. Dinəndə də, deyirlər, “demaqoq”san. Dəfələrlə müraciət etmişəm ki, gəlin, baxın, görün bizə nə vermisiniz. Arıq, ayaq üstə dura bilməyən heyvanlar idi. Bu, hələ bunların müalicə alıb özlərinə gəlmiş formasıdır. Ondan da gecə ilə gəlirlər, bilmirik, kimdirlər, nədirlər. Baxıb, ancaq camaatı qınayırlar ki, yaxşı baxmırsız. Siz ölümcül heyvan vermisiz bu camaata, ha baxaq, özünə gələ bilirmi? Nə bilim e, dərd bir deyil, iki deyil”.
A.Paşayeva deyir, Prezident insanların işsizliyini nəzərə alıb, belə bir layihə həyata keçirib, ancaq məmurlar onun bu layihəsini bərbad hala salıblar:
“Dərd burasındadır. İnanın, mənim həmin layihədə tanış olduğum nə qədər insan var, hamısının problemi eynidir. Hələ bir ailəyə normal heyvan verildiyini eşitməmişəm”.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-06-2019, 13:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-06-2019, 13:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26