Sahil Babayev nəyi dəyişdi, necə dəyişdi... - Səlim Müslümova şükür...
19 may 2018-ci il. Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə yeni təyin olunan Sahil Babayev nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində müşavirə keçirir və bildirir ki, əlillik təyinatlarının həyata keçirilməsində mövcud olan vəziyyəti qənaətbəxş hesab etmək olmaz: “Əlilliyin qiymətləndirilməsi prosesi tam qanunvericilik çərçivəsində icra olunmalıdır. Kimin ki, qanunla əlillik qrupu almağa hüququ çatır, onların bu hüququ süründürməçiliyə yol verilmədən, onlarda narazılıq yaratmadan təmin edilməlidir. Digər tərəfdən, əlillik vəziyyətində olmayan şəxslərə bilərəkdən əsassız şəkildə əlillik qrupu təyin edilməsi hallarına yol verilməməlidir”.
22 May 2018 - ci il. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 4 rayonun Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sədrini vəzifələrindən kənarlaşdırır. O vaxt vəzifəsinin icrasına təzəcə başlayan nazirin əmrinə əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin - Sabunçu rayon TSEK sədri – Vahid İbrahimov, Qəbələ rayon TSEK-in sədri Eldar Abbasov, Ağcəbədi-Ağdam TSEK-in sədri Yaşasın Haqverdiyev, Nərimanov TSEK-in sədri Şahin Verdiyev vəzifələrindən uzaqlaşdırılırlar.
13 Dekabr 2018-ci il. Sahil Babayev Bakı şəhəri üzrə 10 tibbi-sosial ekspert komissiyalarının (TSEK) ləğv edilməsi ilə bağlı əmr imzalayır. Nazirin digər müvafiq əmri ilə Bakı şəhəri üzrə 10 tibbi-sosial ekspert komissiyaları (TSEK) həmin andan sonra 5 tibbi-sosial ekspert komissiyası kimi fəaliyyət göstərir.
Yadınızdadırsa, əlillik təyinatı sahəsindəki nöqsanlar keçmiş nazir Səlim Müslümovun da təyinatdan sonra ilk tənqid etdiyi məsələ idi. Belə ki, 2013-cü ildə - təyinatından bir ay sonra S.Müslümov bütün rayonların tibbi-sosial ekspert komissiyaları (TSEK) sədrlərinin iştirakı ilə iclas keçirmişdi. İclasda o, Bakının Xətai, Sumqayıt, Xaçmaz, İsmayıllı-Şamaxı-Qobustan, Ağcabədi-Ağdam, Mingəçevir-Yevlax, Samux-Goranboy-Naftalan, Daşkəsən-Göygöl, Qazax-Ağstafa, Cəlilabad-Biləsuvar, Masallı-Yardımlı, Saatlı-İmişli və Salyan-Neftçala regional TSEK rəhbərlərinin işdən azad olunduğunu bildirmiş və onlardan iclasdan qovmuşdu. Lənkəran və Füzuli rayon TSEK-lərinin rəhbərləri isə işdən azad olunaraq həkim vəzifələrinə keçirilmişdi. Düzdür, sonradan bəzi TSEK rəhbərləri yenidən öz vəzifələrinə bərpa olunmağı bacardılar, lakin S.Müslümovun bu addımı hamıda əlilliyin təyinatı sahəsindəki biabırçılıqlara son qoyulacağına dair böyük ümidlər yaratmışdı. Xüsusilə Bakıda bir neçə həkimin əlillik təyinatı ilə bağlı rüşvət alarkən yaxalanmasından sonra əhali bu sahədə, nəhayət ki, rüşvətxorluğa son qoyulacağını gözləyirdi.
İnsaf naminə demək lazımdır ki, məlum iclasdan az sonra əlilliyin qiymətləndirilməsi elektronlaşdırıldı. Belə ki, bu proses səhiyyə müəssisələrinin elektron sistemə daxil etdikləri göndərişlər əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən yerinə yetirilməyə başlandı. Lakin bu elektronlaşma gözlənilən effekti vermədi - rüşvət müqabilində əlillik təyinatı mexanizmi mürəkkəbləşdi, üstəlik, saxta əlillik kağızlarının verilməsi üçün tələb olunan məbləğ də yüksəldi. Yəni elektronlaşma sistemdə şəffaflıq və ədalətli yanaşma bərqərar etmək əvəzinə rüşvətxorluğun həcmini böyütdü. Məsələn, elektronlaşmadan əvvəl 1-2 min manata başa gələn “iş” ondan sonra 3-4 min manatadək “bahalaşdı”. Bu isə ondan xəbər verirdi ki, S.Müslümovun radikal görünən addımları bir tərəfdən ictimai rəyə təsir baxımından, ikinci tərəfdən isə TSEK kimi “gəlirli” yerlərə öz komandasının yerləşdirilməsi baxımından ustalıqla düşünülmüşdü.
İndi müşahidələr göstərir ki, yeni nazir S.Babayevin də əlilliyin təyinatı ilə bağlı atdığı addımlar sələfi kimi ictimai rəyə hesablanmışdır və kampaniya xarakteri daşıyırmış. Çünki, bu çox ciddi korrupsiya mənbəyinə çevrilmiş prosesə əsl şəffaflıq gətirmək mümkün olmayıb.
Rüşvət müqabilində saxta əlillik təyinatı, status almağa haqqı çatanların rüşvət vermədiklərinə görə süründürməçiliklə üzləşməsi hallarının səngimədiyi qurumlar sırasında Beyləqan və Füzuli rayonlarının əhalisinə xidmət edən 37 saylı Tibbi-Sosial Ekspert Komissiyasıdır. Əlbəttə, əgər buna xidmət demək olarsa. TSEK-in son üç ildə fəaliyyəti ciddi araşdırılsa, çoxlu sayda komissiyaya sağlam gəlib əlil statusu ilə gedənlərin izinə düşə bilərlər. Görünür, təzə nazirin keçən il vəzifəyə başlayan kimi bu məqsədlə yaratdığı işçi qrup 37 saylı TSEK-də bu vəziyyəti lazımınca araşdırmayıb, gözdən yayınanlar çox olub. Belələrinin bir xeylisi barədə əlimizdə səhih məlumatlar vardır. Oxucularımızla irəliləyən görüşlərimizdə onların adlarını açıqlamağa hazırlaşırıq. Məsələn, onlardan biri müəllimədir. İki il əvvəl komissiya üzvlərindən birinin (həmin komissiya üzvü indi də vəzifədədir - red.) əli ilə verdiyi 2500 manat rüşvət müqabilində saxta əlillik statusu alıb. Bu status 30 illik pedaqoji stajı ilə birgə dəyərləndirilərək ona ayda 450 manat pensiya almaq hüququ qazandırıb. Belə müəllimin şagirdlərinə nə öyrədə biləcəyini, hansı əxlaq tərbiyəsi verəcəyini yəqin ki, təsəvvür etmək olar.
Onu da qeyd edək ki, 37 saylı TSEK-in "çıxdaş" etdiyi vətəndaşlar ən çox ürək xəstəliklərindən əlillik statusu alırlar. Bu müstəvidə TSEK-in etibarlı tərəf müqabili Bakıdakı 5 saylı şəhər xəstəxanasının kardologiya şöbəsidir. Şöbə də Soltan həkim əsasən rayondan gedən potensial saxtakarların pensiyaya aparan yolunu onlardan aldığı "şirinlik" müqabilində xeyli qısaldır. Təxminən üç ay çəkən sonrakı prosedurları rayon mərkəzi xəstəxanalarındakı və yerli TSEK-dəki korrupsionerlər həyata keçirirlər.
Realmedia.az olaraq dövlətin sosial müdafiəsinə ehtiyacı olan lakin süni maneələr səbəbindən bu qayğıdan yararlana bilməyən vətəndaşlara sağalmalarını, saxta əlillərə isə gerçəkdən zəlil olmalarını arzulayırıq. Görünən odur ki, 37 saylı TSEK-də Sahil Babayev yoxlaması azlıq edib, "Stalin yoxlaması" lazımdır.
Mövzuya qayıdacağıq.(Tərəf.az)
Paylaş:
Müəllif : Yazar
Tarix:28-06-2019, 16:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-06-2019, 16:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01