Avrasiya İqtisadi İttifaqı, yoxsa yeni SSRİ: - Azərbaycan qoşulacaqmı?
"Rusiya öz ətrafındakı dövlətləri, o cümlədən idarə etdiyi təşkilatları, yəni Müstəqil Dövlətlər Birliyini (MDB), Avrasiya İqtisadi İttifaqını (Aİİ), hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) yenidən dirçəltməyə çalışır. Xüsusilə də Aİİ fonunda iqtisadi faktorlara ciddi diqqət göstərir".
Bu sözləri Bizimyol.info saytına açıqlamasında politoloq Qabil Hüseynli Rusiyanın Sankt-Peterburq şəhərində baş tutan MDB dövlət başçılarının qeyri-rəsmi görüşünü şərh edərkən bildirib. Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi ehtimalının yüksək olduğunu söyləyən politoloq bildirdi ki, Vladimir Putin ölkəsini bu sanksiyalardan qorumaq üçün MDB məkanındakı digər ölkələri öz ətrafında birləşdirmək istəyir: "Bu ittifaqın ideya müəllifi Nursultan Nazarbayevdir. Amma layihənin reallaşmasında Vladimir Putin böyük rol oynayıb. Daimi üzvləri ilə birlikdə, İttifaqa məşvərətçi statusunda iştirak edən dövlətlər də var. İran və Pakistanı da bura aid etmək olar".
Azərbaycanın da Aİİ-də məşvərətçi kimi iştirak etməsi ilə bağlı təklifin Nursultan Nazarbayev tərəfindən irəli sürüldüyünü deyən ekspertin sözlərinə görə, Azərbaycan siyasi rəhbərliyinin bu barədə nə düşündüyü hələlik məlum deyil: "Zənnimcə, Azərbaycanı birliyə dəvət edə bilərlər, ancaq Ermənistan ilə münasibətlərimizə təsir edəcək sülh sazişinin imzalanması, sərhədlərin müəyyən edilməsi və ölkəmizin ərazi bütövlüyünün tanınması kimi məsələlər həll olunmayana qədər idarəetmə mexanizmləri məlum olmayan, formal xarakter daşıyan bu ittifaqa həm əsas üzv kimi, həm də məşvərətçi kimi qoşulmaq real deyil. Rəsmi Bakı bütün diqqəti sülhyaratma proseslərinə, sərhədlərin dellimitasiya və demarkasiya məsələlərinə, ərazi bütövlüyünün tanınmasına və Qarabağın dağlıq hissəsində başlayan arzu olunmayan proseslərə yönəltməlidir. Çünki, bu arzu olunmaz proseslərdə Rusiyanın da destruktiv mövqeyinin təzahürləri ortaya çıxmaqdadır".
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburq görüşü ilə bağlı TASS-ın suallarını cavablandırıb. O, bildirib ki, əgər regionun dinc inkişafına töhfə verəcəksə, Ermənistan Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının əleyhinə olmayacaq. Bununla bağlı şərt irəli sürən Paşinyan "Əgər görsək ki, bu addım regionun dinc inkişafı üçün era açacaq, təbii ki, buna qarşı olmayacağıq. Bir sıra məsələlər üzrə danışıqlarda yeni münaqişə mənbəyi yaratmaq məntiqsiz olardı”,- deyə vurğulayıb.
Paşinyanın bu fikrinə münasibət bildirən Q.Hüseynli bildirdi ki, əgər sülh bağlanarsa, bölgədə təhlükəsizlik, sülh və əmin-amanlıq formalaşacaqsa, iqtisadi faktorlar da ön plana çıxacaq: "Ermənistan bu gün həm Azərbaycanla, həm də Türkiyə ilə çoxşaxəli iqtisadi və kommunikasiya əlaqələri qurmağa çalışır. Çünki, çökmüş iqtisadiyyatı və əhalisinin sosial vəziyyəti rəsmi İrəvanı çıxılmaz vəziyyətə salıb. İrəvan bu münasibətləri bərpa etməklə, öz iqtisadiyyatını dirçəltmək istəyir".
Ümumiyyətlə, Avrasiya İqtisadi İttifaqı ilə məsələlərin yenidən gündəmə gətirilməsi SSRİ-nin dağıdılması və yenidən yaradılması planının tərkib hissəsi ola bilərmi?
Bu fikirlə razılaşmayan həmsöhbətimiz SSRİ-nin artıq dəfn edildiyini bildirdi: "Bu birlik sırf iqtisadi xarakterli məsələlərin müzakirəsi, eləcə də iqtisadi əlaqələrin qurulması məqsədilə yaradılıb. Buna görə də, birlikdə siyasi məsələlər gündəmə gətirilə bilməz. Əgər İttifaq siyasi birliyə verilərsə, üzv olan dövlətlərin hamısı qurumu tərk edəcək. Tarixi yenidən geri qaytarmaq mümkün deyil. Rusiyada da başa düşürlər ki, SSRİ-ni yenidən köhnə əraziləri daxilində və siyasi cəhətdən bərpa etmək mümkün deyil".
Müsahibimiz düşünür ki, əgər ittifaqda sırf iqtisadi əməkdaşlıq diqqətdə saxlanılarsa, ölkəmizin üzvlük məsələsi də diqqətdə saxlanila bilər: "Sovet dövründə keçmiş müttəfiqlər bir-birlərinə korporasiya əlaqələri ilə bağlı idi. Əgər bu ittifaqda keçmiş iqtisadi əlaqələrin bərpası ön plana çıxarsa, düşünürəm ki, tək olkəmiz üçün deyil, bütün üzv dövlətlər üçün əlverişli ola bilər".
Paylaş:
Müəllif : Yazar
Tarix:30-12-2021, 10:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |