Nərmin Qaralovanın işdən çıxartdığı 67 müəllim məhkəməyə MÜRACİƏT ETDİ
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Humanitar Kollecin 67 müəlliminin işdən çıxarılması ilə bağlı məsələ yenidən aktuallaşıb. Çıxarılan müəllimlər iki aydan çoxdur nə yeni işlə təmin oluna bilirlər, nə də öz yerlərinə qaytarılırlar. Cavabdeh qurumlar isə “gözləyin” deyir.
Qeyd edək ki, noyabrın 26-da Kollecin direktoru Nərmin Qaralovanın əmri ilə 67 müəllimin işinə rəsmi xitam verilib.
İşdən çıxarılan Humanitar Kollecin şöbə müdiri Xəyalə Əhmədova Bizim.Media-ya növbəti açıqlamasında qeyri-qanuni işdən kənarlaşdırma ilə bağlı yaxın günlərdə məhkəməyə müraciət edəcəklərini deyib:
“Təhsil Nazirliyindən vəd edildi ki, hər biriniz işlə təmin olunacaqsız. Heç birimizə hələki iş təklifi olunmayıb. 67 müəlimdən təxminən 10 nəfəri müxtəlif yerlərdə işlə təmin olunublar. Amma öz sahələrinə uyğun yerləşdirmə olmadığından onlar da narazıdır.
Biabırçı bir durum yaranıb. Bizi işdən çıxarsalar da kollecə kənar yerlərdən kütləvi müəllimlər götürürlər. Dəfələrlə Təhsil Nazirliyinə müraciətlər etmişik. Məsələmizə baxan yoxdur. Çıxış yolumuz isə məhkəmədir”.
14 il Kollecin Musiqi Bədii Yaradıcılıq Şöbəsinin müdiri vəzifəsində çalışdığını xatırladan Xəyalə Əhmədova işdən çıxarılmasına tutarlı səbəb gətirilmədiyini də əlavə edib:
“Əmrimdə göstərilir ki, mənimlə bağlanmış müqaviləyə Əmək Məcəlləsinin 70-ci maddəsinin “B” bəndinə əsasən işçilər və ştat ixtisar edildiyi üçün xitam verilir. Əgər belədirsə, ilk növbədə son 5 ildə gələnlər ixtisar olunmalıdır. Mənim orada 14 illik təcrübəm var. Heç müəllim kimi də saxlamayıblar. Yaxud ixtisar gedirsə, yeni işçilər niyə cəlb olunur? Üstəlik bağlanan ştata necə işçi götürülür? Nərmin Qaralovanın etdikləri birbaşa cinayətdir. Amma təssüf ki, bunu hörmətli nazirimiz görmür. Bu soyuqda, yağışda nə qədər nazirliyə getmək olar? Nazir bizi qəbul etmir. Müavini isə “səbir edin” deyir”.
Kollecin digər işdən çıxarılan müəllimi Xəqani Səmədin sözlərinə görə kollecdən çxarılan müəllimlərin hamısı bütün qanunlar çeynənilərək işindən uzaqlaşdırılıb:
“Arifə Əsgərova və Xəyalə Əhmədova bülletendə ola-ola işlərinə son verilib. Hansı ki, Əmək Məcəlləsinə görə bu hal yolverilməzdir. Təkbaşına övlad böyüdən Əfsanə xanım güzəştli imtiyazlı qrupa aiddir. Pensiya yaşına az qalmış Xaləddin İsayevin də işinə son verilməsi Əmək Məcəlləsinə zidd aparılıb. Bir gündə 5 nəfər üçün əmr verilib.
Hansı ki, heç birini çıxartmaq olmaz. Nərmin Qaralova tədrisə tamamilə yad bir adamdır. 3300 saat 5-6 müəllimin dərs yükü deməkdir. Bizi qarmon müəllimi olaraq işdən çıxarıb özünə yaxın olanları yanına gətirib. Bu qədər saatın cəmi 1500-nü 750 saat ayırmaqla götürdüyü iki müəllimə verib. Yerdə qalan saatları da əməkhaqqı vermədən onlardan tələb edir. Hansı ki, o müəllimdən həmin dərsləri yerinə yetirə bilmirlər”.
Xəqani Səməd Nərmin Qaralovadan etdikləri şikayətin icraatının Təhsil Nazirliyində çalışan qohumuna verilməsindən də gileylənib:
“300- yaxın Təhsil Nazirliyinə məktib göndərmişik. Nazir istisna olunmaqla, qurumda olanların demək olar ki, hamısı ilə görüşmüşük. Anormallıq odur ki, Nərmin Qaralovadan gedən şkayətin icraatı Təhsil Nazirliyində orta-ixtisas məsələlərinin kuratoru kimi çalışan qohumu Gülnarə Qaralovaya verilir.
Bunun özü elə konstitusiyaya ziddir. Nərmin Qaralova Ziyadxan Qaralovanın, Gülnarə Qaralova isə Zahid Qaralovun qızıdır. Araşdırmanın nəticəsinin isə bu cür olmsı artıq bəllidir. Hətta Təhsil Nazirliyinin müşaviri Elnur Nəsibov 30-ya yaxın müəllimin şahidlik etdiyi toplantıda belə bir fikir səsləndirdi ki, “siz də hansısa vəzifəyə gəlsəydiniz, öz əhatənizi yığacaqdınız”.
Bu nə yanaşmadır? Bizim tələbimiz təkcə işdən çıxarılanlarla bağlı məsələnin həlli deyil, istəyirik ki, kollecin 1 illik fəaliyyəti yoxlanılsın. O zaman orada baş verən maliyyə və tədrsi pozuntularının hamısı gün kimi ortaya çıxacaq.
Nərmin Qaralova bütün iclaslarında Ceyran Mahmudova (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru) və Fərəh Əliyevanın (Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri) adından istifadə edir. İddia edir ki, guya onun arxasında həmin şəxslər dayanır. “Mənə heç kim heç nə edə bilməz, nə istəyirəm onu da edəcəyəm” deyir”.
Qeyd edək ki, Nərmin Qaralovanın adı əvvəllər də müxtəlif qalmaqallarda çəkilib. Bir müddət əvvəl kollec rəhbəri tələbəsini “bizə şam tutan lazım deyil” ifadəsi ilə təhqir edərək mətbuatın gündəminə gəlmişdi.
Məsələ ilə bağlı Kollecin direktoru telefonlarımıza cavab vermədi.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-12-2021, 16:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |