"Sosial yardım heç dərmanlarıma çatmır" - GİLEY
“Ömürlük əlillik dərəcəsi təyin etmək üçün pul verməliyəm. Həm canım əlimdən gedib, həm də pul verməliyəm… Bunlar anlamır ki, o əlillik dərəcəsi mənə pensiya alıb başımı dolandırmaq üçün lazımdır. Ömürlük əmək fəaliyyətindən məhrum olmuşam, həyat yoldaşımın köməyi olmasa, özümü idarə edə bilmirəm. Mənə baxdığı üçün həyat yoldaşım da əmək fəaliyyəti ilə məşğul ola bilmir. Nəticədə övladım ac qalır, məktəbə getmir. Bu gün 9 yaşında əzab çəkən oğlumu sabah 18 yaşına çatanda gəlib qapımdan aparacaqlar ön xəttə… Biz daha nə etməliyik ki, dövlət bizə sahib çıxsın?”
Cəlilabad sakini Faba Nuriyev belə deyir. O, 6 il əvvəl avtomobil qəzası keçirib. Nəticədə aldığı xəsarətlərdən əmək fəaliyyətini itirib. Aylarla xəstəxanalarda müalicə alıb, ancaq nəticəsi olmayıb. Aidiyyəti qurumlara müraciətlərindən sonra ona 3-cü qrup əlillik dərəcəsi təyin olunub.
2016-cı ildə səhhətində ağırlaşma olduğuna görə əlillik dərəcəsi dəyişdirilərək ona ömürlük 2-ci qrup əlillik dərəcəsi təyin olunub. O isə yenə razılaşmayıb və 1-ci qrup ömürlük əlillik təyin olunması üçün müraciət edib. Ancaq nəticədə 2-ci qrup əlilliyini ləğv edərək yenidən 3-cü qrup əlillik təyin ediblər. Əlilliiyi olan şəxs də Prezidentə və Birinci vitse-prezidentə müraciət edib. Deyir ki, bundan qəzəblənən rayon Tibbi Sosial Ekspertiza Komissiyası (TSEK) Faba Nuriyevi “cəzalandırmaq” üçün onun əlilliyini yerli-dibli ləğv edib.
“Deyirlər, vaxt itirməkdənsə, həkimə şirinlik ver, məsələ bitsin”
Faba Nuriyev də sakit dayanmayıb, davamlı şəkildə Prezidentə və Birinci vitse-prezidentə məktublar yazıb:
“Nəticədə keçirdiyim qorxu və stresdən sol ayağımın pəncəsi yığıldı, ömürlük iflic oldum. Müraciətimdən sonra polis rəisi məni dəvət edib problemimlə maraqlandı, onun müdaxiləsindən sonra mənə 5 illik 2-ci qrup əlillik dərəcəsi rüşvətsiz təyin olundu. Ancaq ömürlük iflic olmuşdum deyə, mənə ikinci yox, birinci qrup ömürlük əlillik dərəcəsi təyin olunmalıydı. Sonra da başladım buna görə müraciət etməyə… Həkimlər özləri də şifahi şəkildə deyirər ki, sənin müalicən yoxdur, ancaq rəy yazmaq lazım olanda, tamamilə başqa şeylər yazırlar. Prezindetə, Birinci vitse-prezidentə, Nazirlər Kabinetinə etdiyim müraciətlər sonda ryerli TSEK-ə, ya da rayon mərkəzi xəstəxanasına gəlib çıxır, TSEK-ə çağırıb deyirlər ki, bu qədər şikayət edib vaxt itirməkdənsə, get, həkimi gör, “şirinlik” ver, rəyi düzgün yazsın, gətir gəl, 1-ci dərəcəli ömürlük əlillik təyin edək. Bunlar əlildən də “şirinlik uman varlıqlardır. Düşünmürlər ki, əlildə “şirinlik” verməyə pul olsa, uşağının qarnına çörək alar, məktəbə göndərər, düşüb TSEK-in, xəstəxananın qapısında qalmaz”.
“Uşaq ac qalır, imkansızlıqdan məktəbə getmir”
Faba Nuriyev 2-ci qrup əlilliyə görə 130 manat pensiya alır, ailəyə 282 manat da ünvanlı sosial yardım verilir. Ancaq Faba Nuriyev deyir, toplam 412 manatın çox hissəsi onun dərmanlarına xərclənir.
Şikayətçi bildirir ki, əlilliyə görə ona verilən pensiya nəinki dolanışığa, heç dərmanlarına da yetərli deyil. Bir övladı və həyat yoldaşıyla birlikdə qaz idarəsinin keçmiş, qəzalı binasında yaşayır:
“Heç bir şəraiti, yaşayış üçün ən aşağı şərtləri belə yoxdur. Qışda canımızı dişimizə tutub yaza salamat çıxırıq. Dam örtüyü çürük-çürükdür, yağış evin içinə yağır. Cəlilabad Rayon İcra Hakimiyyətinə gedirik, deyir, biz ev paylamırıq, yol çəkirik, ağac əkirik… Övladımın 9 yaşı var, 4-cü sinifə getməlidir, imkansızlıqdan heç bilmirəm növbəti məktəb ilində dərsə necə göndərəcəyəm, heç qələm-dəftər almağa da pulumuz yoxdur. Həyat yoldaşım mənə baxır, işləyə bilmir. Sosial yardım heç dərmanlarıma çatmır”.
Faba Nuriyev deyir, ona imtina cavabı şifahi bildirilir, rəsmi cavab verilmir ki, həmin rəsmi cavab əsasında məhkəməyə müraciət etsin.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-06-2019, 11:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-06-2019, 11:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26