Məhkəmə 2 milyonluq ödənişlə bağlı sənədi qəbul etdi - "İdeal"ın keçmiş rəhbərinin işi
“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov növbəti dəfə hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilib
Sonuncu prosesdə müdafiə tərəfi vəsatətlər qaldırıb.
Vəkil İlhamə Həsənova İlqar İsmayılov tərəfindən “İdeal Kompani” MMC-nin kassasına təqribən 2 milyon manatdan artıq vəsaitin mədaxil edilməsi ilə bağlı şirkətin mühasibi Samirə Quliyeva tərəfindən tərtib edilən sənədi cinayət işi materiallarına əlavə edilməsi üçün məhkəməyə təqdim edib:
“Samirə Quliyeva məhkəmədə şahid qismində ifadə verən zaman həmin imzaların ona məxsus olmasını və həmin mədaxillərin gündəlik olaraq şirkətin rəhbərliyinə elektron qaydada göndərildiyini təsdiqləyib. Bütün bu məsələlərlə bağlı Samirə Quliyevanın sənədlərin tədqiqi mərhələsində yenidən dindirilməsini xahiş edirik”.
Dövlət ittihamçısı və zərərçəkmiş qismində tanınınmış hüquqi şəxsin nümayəndəsi vəsatətin təmin edilməməsini istəyib. Məhkəmə vəsatəti təmin edib.
Təqsirləndirilən İlqar İsmayılov da vəsatətlə çıxış edib. O bildirib ki, cinayət işinin istintaqı zamanı həyata keçirilmiş audit yoxlaması üçün istintaq vasitəsilə “Adore Kompani”dən alınmış sənədlər yoxlamadan sonra istintaqa qaytarılsa da, həmin sənədlər cinayət işi materiallarında yoxdur. O, sənədlərin istintaq orqanından və ya şirkətdən tələb edilərək iş materiallarına əlavə edilməsini, eyni iş materiallarında olan bəzi sənədlərın mötəbər sübut olmadığına görə sübutlar siyahısından xaric edilməsini istəyib. Tərəflərin razılaşması ilə vəsatətin müzakirəsi sənədlərin tədqiqindən sonraya saxlanılıb.
Vəkillərin digər vəsatəti İlqar İsmayılovun həm hazırkı, həm də əvvəlki cinayət işi üzrə rəy vermiş auditlərin məhkəmədə dindirilməsi barədə olub:
“Hər iki iş üzrə eyni audit təşkilatı olan Azərbaycan Beynalxalq Audit Xidməti tərəfindən eyni dövr üçün fərqli rəylər verib. Buna görə də İlqar İsmayılov barəsində 2018-ci ildə xitam verilmiş cinayət işi üzrə olan audit rəyi Azərbaycan Beynəlxalq Audit Xidmətindən və ya Korrupsiyaya Qarşı mübarizə Baş İdarəsindən tələb edilməli və hər iki audit rəyini tərtib edərək imzalayan auditlər məhkəməyə çağırılaraq dindirilməlidir” – deyə vəkil bildirib.
Məhkəmə bildirib ki, auditlərin ad-soyadı və ünvanları göstərilmədiyi üçün vəsatət rədd edilib.
Müdafiə tərəfi buna etiraz edərək bildirib ki, 2017-ci ildəki audit yoxlamasının rəyinin əldə edilməsi ilə bağlı dəfələrlə istintaq orqanına və məhkəməyə vəsatətlər verilsə də, sənədi əldə etmək mümkün olmadığına görə həmin auditlər barədə məlumatlar vəsatətdə göstərilməyib.
Müdafiə tərəfinin növbəti vəsatəti iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə olub:
“İlqar İsmayılova 680 min manatlıq mənimsəmə ilə bağlı ittiham verilsə də, nə ibtidai istintaq, nə də məhkəmə dövründə mühasibatlıq ekspertizası təyin edilməyib. Ekspertiza və mütəxəssis rəyi olmadan isə həmin məbləğin İ.İsmayılov tərəfindən mənimsənildiyini söyləmək mümkün deyil və eyni zamanda ittiham audit rəyinə də istinad etməyib. Ona görə də, mühasibatlıq ekspertizası qarşısında suallar qoyularaq ittihamı əhatə edən dövr ərzində İlqar İsmayılov tərəfindən nə qədər mədaxil-məxaric edildiyi və kənarlaşma aşkar edilib edilmədiyi aydınlaşdırılmalıdr”
Məhkəmə bu vəsatəti də təmin etməyib və bildirib ki, vəsatət baxılan işin mahiyyəti ilə bağlı deyil.
Vəkillər əlavə vəsatətlər vermək istəsə də, hakim nahar fasiləsi ilə əlaqədar prosesi təxirə salıb. Proses oktyabrın 11-də davam edəcək.
İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir.İş adamı bildirib ki, “İdeal”dakı payını və əmtəə nişanını vermək istəmədiyinə görə ilk dəfə 2017-ci ildə şərlənib həbs olunub, o zaman 3 ay 10 gün həbsdə saxlanıb. Şirkətdəki payından və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayandan sonra həbsdən buraxılıb. 3 il dözsə də, sonra hüququnu tələb etməyə başlayıb. Ardınca yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib.
Xatırladaq ki, İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manatlıq mənimsəmədə təqsirləndirilir.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-10-2021, 13:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-10-2021, 13:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11