Bakı İnzibati Məhkəməsinin pandemiya dələduzluğu... - İLGİNC İDDİA
"2020-ci ilin martından ölkədə “covid -19” pandemiyası ilə bağlı karantin rejiminin tətbiq edilməsi, rejimlə ilgili hətta məhkəmələrin də bəzi işləri çıxmaqla fəaliyyətini dayandırması Ali Məhkəmənin qərarı ilə doğrulanıb. İndi isə il yarımlıq aradan sonra Bakı İnzibati Məhkəməsinin gizlin fəaliyyət göstərməsi üzə çıxır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "12 ildən çoxdur “Azəriqaz” Qarabağ qazisindən qanunsuz ödəniş tələb edərək Bakının Nizami rayonu, Babək prospekti -71 saylı binanın yanındakı qeyri-yaşayış otaqlarının çöldə quraşdırılan “Kombi” sistemi ilə qızdırılması üçün qaz sayğacının quraşdırılmasını təmin etmir. Hətta 1-ci vitse-prezidentin tapşırığına da əməl etməyən “Azəriqaz” sayğacın pulunu və quraşdırılması xərcini Qarabağ qazisindən tələb edir. İqtisadiyyat Nazirliyi yanında keçmiş Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi (indiki İstehlak Bazarına Nəzarət) Dövlət Xidməti də istehlakçı əlili yox, qaz xidmətinin qanunsuzluğunu qoruduğundan məhkəməyə üz tutan qazi son 4 ildə hələ də iddiasına baxılmasına nail ola bilməyib. Bakı İnzibati Məhkəməsi İqtisadiyyat Nazirliyinə, “Azəriqaz” və “Azərsu”ya qarşı iddianı mümkün saymayıb və iş Ali Məhkəmənin İnzibati Kollegiyasına kimi gedib çıxıb. Ali Məhkəmə aşağı instansiyaların qərardadlarını ləğv edib və iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılıb. İndi 3 ildir Bakı İnzibati Məhkəməsi “Azəriqaz”a qarşı iddianı “fırlatmaqla” məşğuldur. Bir illik keçmiş 1 və 2 saylı Bakı İnzibati-İqtisadi məhkəmələri arasında “ fırlanandan”, “get-gəldən” sonra, axırı, Bakı İnzibati Məhkəməsinin hakimi Fərid Mədətli 17.02.2020-ci il tarixinə iclas təyin edib. 3-4 ildə ilk dəfə iclasda iştirak edən qarşı tərəfin nümayəndəsinin nə qanundan, nə NK qərarından bilgisi olması üzə çıxıb. 02.04.2021-ci ilə təyin olunan iclas isə pandemiya nədəni ilə baş tutmayıb. Bundan sonra isə, vurğuladığımız kimi, məhkəmə(lər) “evdəqal” rejiminin diqtəsinə əsasən işlərə baxmağa qadağa qoyub . Qadağa götürüldükdən sonra işə baxılmasını tələb edən iddiaçı qaziyə bir illik süründürməçilikdən sonra məsləhətçi səviyyəsində 17.06.2020-ci il tarixli qərardadla iddianın mümkün sayılmadığı bildirilib. İndi isə bir ildən çoxdur nə bu saxtalığa hüquqi qiymət verilməsi, nə də qərardadın “tapılıb” verilməsi təmin olunur . “Ombudsman haqqında” Konstitusiya qanununun 1.9 maddəsinə görə , MƏHKƏMƏLƏRDƏ SÜRÜNDÜRMƏÇİLİK, SƏNƏDLƏRİN İTİRİLMƏSİ VƏ VAXTINDA VERİLMƏMƏSİ, habelə MƏHKƏMƏ QƏRARLARININ İCRASININ GECİKDİRİLMƏSİ İLƏ ƏLAQƏDAR İNSAN HÜQUQLARININ POZULMASINA DAİR ŞİKAYƏTLƏRƏ BAXMAQ HÜQUQU OLAN MÜVƏKKİL də məhkəmə qərarının verilməsini təmin etmək istəmir. Daha doğrusu, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Bakı İnzibati Məhkəməsinin uydurduğu nağılı hüququ pozulanlara “konstitusiya qanunu” kimi sırımaqla müvəkkilin səlahiyyətlərini icra edir. Aparat rəhbəri Bakı İnzibati Məhkəməsinin məsləhətçisinin uydurmasına əsasən 29.09.2021 tarixli məktubla bildirib ki, 17.06.2020 tarixli qərar 02.07.2020 -ci ildə Bakıxanov qəsəbəsinə, 22.07.2020-ci ildə Nardaran qəsəbəsinə göndərilib. 5 günə verilməli olan qərarın 15 və 35 günə göndərilməsi qeyri-prosessuallığını bir qırağa qoyaq, Nizami rayonundakı Babək prospekti -71 saylı binanın qazla təmin edilməsini tələb edən iddiaçı abonent -istehlakçıya rədd qərarı niyə Nardaran , Bakıxanov qəsəbələrinə göndərilir? Və hanı bu göndərilmə və geri qaytarılma barədə poçt qeydləri, qəbzləri? Ən başlıcası, qərarın özü hanı? Qəbul olunubsa, yəqin ki, bir ildən çox keçdiyindən qüvvəyə də minib və qüvvəyə mindiyi gündən məhkəmənin dəftərxanasına verilib. Biz hələ qəbul olunanda “e-məhkəmə” portalına adsızlaşdırılıb yerləşdirilməsini demirik. Bakı İnzibati Məhkəməsi elə nağıl uydurub ki, yəqin heç özü də inanmır, amma Məhkəmə Hüquq Şurasının, Ombudsmanın aparatlarını inandırır. Ombudsman Aparatının rəhbəri Bakı İnzibati Məhkəməsinin nağılına uymalıdır, yoxsa, Konstitusiyaya əməl etməlidir?
İl yarımdır “Bakıxanovdan vurub Nardarandan çıxan” hakim (-vəkil ) Fərid Mədətlinin 17.06.2020 tarixli “Azəriqaz”ın özbaşınalığını müdafiə edən OLMAYAN QƏRARI tapılacaqmı? Bəs Rüstəm Kərimlinin Nərimanov bələdiyyəsinə vəkillik edən olmayan qərardadı necə? Bəs, bəs... Bəs deyilmi? ...Tapanı “apellyasiya ödülü” gözləyir".
Paylaş:
Müəllif : Yazar
Tarix:4-10-2021, 12:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-10-2021, 12:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29