"Mən "nömrəmi kimdən almısınız" deyə soruşduqda sualımı cavabsız qoydular" - GİLEY
Sağlamlıq mərkəzləri son zamanlar insanlara sağlamlıq bəxş etmək yerinə onların əsəblərini tarıma çəkməklə məşğuldur. Belə ki, bir çox sağlıq mərkəzləri müxtəlif vatsap nömrələrinə mərkəzin tanıtım reklamını göndərir, nömrəni kimdən aldıqlarını soruşduqda isə, vətəndaşın nömrəsini əngəlləyirlər. Həmin nömrəyə zəng etdikdə isə, telefona cavab vermirlər. Yəni sözdə insanların sağlamlığı üçün çalışan mərkəzlər birbaşa insanların əsəblərinə toxunur və bir qədər sərt yanaşdıqda isə vətəndaşı borclu çıxarmağa çalışırlar.
Bənzər hadisə bu yaxınlarda Orxanın (şərti) başına gəlib. Bizimyol.info saytına müraciət edən izləyici bildirir ki, onun vatsapına Bakıdakı sağlamlıq mərkəzlərinin birindən tanıtım xarakterli mesajı gəlib:
"Mən "nömrəmi kimdən almısınız" deyə soruşduqda sualımı cavabsız qoydular. Zəng etdim, açmadılar. Bu isə o deməkdir ki, sağlamlıq mərkəzinin əməkdaşları "nömrəmi kimdən almısınız" sualından sonra daha məni müştəri kimi görmədilər. Mənə səs göndərdilər ki, sualınızı verin. Mən də rəhbərliyin nömrəsini istədim. Qarşı tərəfdə olan şəxs, mənə israrla ancaq onunla danışa biləcəyimi dedi".
Orxan sonradan internet vasitəsilə sağlamlıq mərkəzinə aid müxtəlif telefon nömrələri əldə edərək, rəhbərliklə danışmağa çalışır. Sonda şikayətçinin zənginə özünü Nuran adı ilə təqdim edən şəxs cavab verir:
"Mənə rəhbərliyin nömrəsini verəcəyini dedi. Və əlavə etdi ki, rəhbərliyin yanındadır, istəsəm, onun telefonu ilə danışa bilərəm. Mən israrla rəhbərliyin nömrəsini istədim. Verdilər. Özünü rəhbər vəzifəsində işləyən Fəridə xanım kimi təqdim edən şəxs məsələ ilə maraqlandı. Bildirdim ki, sizin mərkəzdən mənə icazəsiz tanıtım reklam mesajı gəlib. Soruşdum ki, sizin işçiləriniz vətəndaşlara belə reklam mesajları göndərirmi və ya siz özünüz hansısa belə işlə məşğul olan şirkətlə çalışırsınızmı? Xanım bildirdi ki, onların əməkdaşları telemarketinq yolu ilə bu işlə məşğul olur. Daha sonra Fəridə xanım dedi ki, "sizdən ana-bacı kimi xahiş edirəm ki, həmin mesajı silin. Və fikir verməyin. Siz niyə hər mesaja reaksiya verirsiniz? Cavan oğlansınız, niyə bu qədər aqressivsiniz?" Əslində mən sakit adamam. Ancaq mən bu şəxsləri başa sala bilmədim ki, siz insanlara mesaj göndərməklə insanların hüququnu pozursunuz. Nömrə mənim mülkümdür, məhrəmimdir. Kiminsə mənim mülkümə icazəsiz daxil olmağa, hüququmu pozmağa, narahatlıq verməyə ixtiyarı yoxdur"...
Vətəndaş iddia edir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qaynar xəttinə düşmək isə müşkül məsələdir. Zəng edib saatlarla gözləsən belə, sadəcə telefon balansının azaldığını görə bilərsən. Təəssüf olsun ki, ölkədə istehlakçıların hüquqlarını qoruyan qanun yoxdur. Ümumiyyətlə, ölkə qanunlarında hər məsələdə müəyyən boşluqlar var, amma bu gün iqtisadiyyat üçün əhəmiyyətli hesab edilən istehlakçı hüquqlarını qoruyan qanunun olmaması bir daha ölkədə istehlakçının deyil, sahibkarın daha çox hüquqa malik olduğunu sübut edir. Yəni, sənin nömrənə müxtəlif qurumlardan tanıtım mesajı gəlibsə, sən şikayət etsən də əhəmiyyəti yoxdur. Çünkü səni eşidən olmayacaq.
"Azad istehlakçılar" Birliyinin sədri Eyyub Hüseynov da məsələdən narazıdır. Deyir ki, bu sahədə qanunlar "yorğan altından" hazırlanır. Hazırlanan layihələr cəmiyyətə təqdim edilmədən boğulur, yoxa çıxır. Bununla bağlı Milli Məclisə və aidiyyatı şəxslərə edilən müraciətlər isə cavabsız qalır. Əslində isə bu qanun layihəsi varsa əgər, onun hazırlanmasında istehlakçı hüquqlarını yaxşı bilən, mütəxəssislər prosesə cəlb edilməlidir. Bundan sonra layihə müzakirə edilə, bəlkə qəbul edilə. Azərbaycanda isə bu proses "əlaltından"- "gizli" şəkildə aparıldığı üçün (bəlkə də heç aparılmır) heç bir nəticəsi olmur.
Eyyub Hüseynov, Bizimyol.info saytına açıqlamasında bildirib ki, nə qədər acınacaqlı olsa, Azərbaycanda istehlakçıları qoruyan bir qanun yoxdur. Bu məsələ nə qədər acınacaqlı olsa da, qanunvericiliklə tənzimlənmir:
"Hətta məhkəmələr də bu məsələ ilə bağlı qanun olmadığı üçün heç bir cəza tətbiq edilmir. Yəni ölkədə istehlakçının deyil, biznes qurumlarının hüququ daha çox qorunur. Yəni, sizin telefon nömrənizə gələn icazəsiz tanıtım mesajları, sizi nə qədər də narahat etsə də, hərhansı bir qurum bu məsələ ilə məşğul olmur. Bəli, vətəndaşlara müxtəlif sağlıq qurumlarından, gözəllik salonlarından, estetik mərkəzlərdən və s. bu kimi obyektlərdən icazəsiz tanıtım mesajları göndərilir. Məqsəd həmin qurumu reklam edib, müştəri yığmaq olsa da, bu iş icazəsiz olaraq həyata keçrildiyi üçün vətəndaşların hüququ pozulmuş olur. Bir çox müəssisələr vətəndaşların icazəsi olmadan onların hüququnu rahatca pozub, hətta vətəndaşı borclu çıxarmağa da çalışırlar. Belə olan halda vətəndaş hara müraciət etməlidir? Bu sahədə qanunu olmayan ölkənin şikayətçisinin narahatlığına hansı qurum son qoya bilər ki? Heç bir qurum..."
Biz məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə sorğu ünvanladıq. Sorğumuzun cavab verilərsə, sizinlə də paylaşacağıq. Ancaq çox hörmətli millət vəkilləri bu sahədə qanun layihəsinə də ehtiyac olduğunu nəzərə almalıdır.
Məsələyə qayıdacağıq...
Paylaş:
Müəllif : Yazar
Tarix:30-09-2021, 09:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-09-2021, 09:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti