“Azərsu” 13 ildir Göyçay sakininin torpağını zəbt edib, icra orqanı məhkəmənin qərarını icra etmir” – VİDEO + FOTOLAR
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti 2008-ci ildən mənim şəxsi torpaq sahəmi zəbt edib və məhkəmənin torpağımdan çıxması ilə bağlı qərarlarını icra etmir”.
Bu sözləri Yeniavaz.com-a müraciət edən Göyçay rayon Potu kəndinin sakini Salmanov Namiq Əsgər oğlu deyib. O iddia edir ki, “Azərsu” ASC-nin əməkdaşları məhkəməyə müraciət etdiyi üçün onun torpaq sahəsini və meyvə ağaclarını yandırıblar:
“”Azərsu” 2008-ci ildən mənim torpaq sahəmin ortasında 9 sot ərazini qanunsuz olaraq zəbt edib və hasara alıb. Sahə yerimin ortasında olduğu üçün torpağımı suvara və normal qulluq göstərə bilmirəm. Özləri də həmin ərazidə heç bir təmizlik işi aparmadıqları üçün ərazidəki ağaclarım məhv olur. Məni illərlə aldatdılar ki, sənə pul, ayrı yerdə torpaq sahəsi verəcəyik, amma heç bir vədlərinə əməl etmədilər. 2014-cü ildən “Azərsu”nun qanunsuzluğu ilə bağlı məhkəmələrə müraciət etmişəm. 2016-cı ildə Göyçay Rayon Məhkəməsi qərar verdi ki, “Azərsu” ASC mənim torpağımı boşaltsın, əkinəyararlı vəziyyətə salıb, qaytarsın özümə. “Azsərsu” həm Apellyasiya, həm də Ali Məhkəməyə müraciət etdi, xeyri olmadı. Hər iki məhkəmə yerli məhkəmə orqanının qərarının qüvvədə qalması ilə bağlı hökm çıxardı.
İndi də “Azərsu”nun əməkdaşları gəlib mənim torpaq sahəmi, meyvə ağaclarımı yandırıb. Respublikanı idarə edən qanunlarımızdır, “Azərsu” bu qanunlara riayət etmir.
2017-ci ildən Ali Məhkəmənin “Azərsu” ASC-nin torpağımı boşaltması ilə bağlı verdiyi qərar icra orqanları tərəfindən yerinə yetirilmir. Gedirəm, deyirlər, gələn ay gəl. Gələn ay gedirəm, deyirlər, o biri ay gəl. 4 ildir bunların dalınca sürünürəm”.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı məsələnin aidiyyəti üzrə yönləndiriləcəyini və araşdırılacağını bildirib.
Məhkəmə qərarlarının icra olunmaması ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətinə yönləndirdiyimiz sorğu da eyni məzmunda cavablandırıldı: “Araşdırıb, sizə məlumat verəcəyik”.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-09-2021, 15:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:29-09-2021, 15:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11