Rus dilinə münasibət və ANA DİLİ - Təhsil Nazirliyinə MÜRACİƏT hazırlandı
“Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) mütəxəssisləri hesab edir ki, tədris dili Azərbaycan dili olmayan məktəblərdə dövlət dilinin keyfiyyətli tədrisini təmin etmək üçün islahatların aparılmasına ciddi zərurət var. Bununla bağlı təkliflərə ARTİ-nin Elmi Şurasında baxılaraq Təhsil Nazirliyinə təqdim edilib”.
Bizim.Media xəbər verir ki, bu sözləri ARTİ-nin direktoru Rüfət Əzizov öz “Azərbaycan dilinin tədrisində nəyi dəyişməli?” adlı məqaləsində yazıb.
Məqalədə mütəxəssis bildirib ki, hər bir Azərbaycan vətəndaşı öz ana dilində sərbəst danışıb və fikrini düzgün izah etməyi bacarmalıdır. Bundan əlavə müəllif ana dilini səlis bilən insanların gələcəkdə digər xarici dilləri öyrənməkdə də heç bir çətinliyi olmayacağını vurğulayıb. Onun fikrincə, Ana dilini mükəmməl bilmək həm də tənqidi təfəkkürün inkişafına müsbət təsir edir, analitik düşünmə, oxuyub-anlama və nitq bacarıqlarının inkişafında mühüm rol oynayır.
Başqa dillərdə bilmək mövzusunda isə Rüfət Əzizov düşünür ki...
“Erkən yaşlarda ana dilini qurban verərək uşağa əcnəbi dil öyrətmək, onu müsbət öyrənmə bacarıqlarından məhrum edə və gələcək nailiyyətlərinə mənfi təsir göstərə bilər. Unutmaq olmaz ki, ana dili Azərbaycan dili olan uşağa xarici dil öyrətmək xatirinə evdə xarici dildə danışmağa çalışmaq, həmin fərdi həm ana dilindən məhrum edir, həm də psixososial yöndən mənfi təsir göstərir”.
Dövlət dilinin tədrisinə ayrılan dərs saatı ...
ARTİ təklif edir ki, təlim dili Azərbaycan dili olmayan ümumtəhsil məktəblərində dövlət dilinin tədrisinə ayrılan dərs saatı ən azı 2 dəfə artırılsın.
Bundan əlavə, “Azərbaycan tarixi”, “Çağırışaqədərki hazırlıq” fənlərinin, “Zəfər tarixi” kursunun, “Coğrafiya” və “Ədəbiyyat” dərslərinin Azərbaycan ədəbiyyatı və coğrafiyasına həsr olunan hissələrinin də Azərbaycan dilində keçirilməsi təklif olunur.
Təkliflər müsbət cavablandırılsa...
Yuxarıda qeyd edilən təkliflər nəzərə alınarsa və dövlət dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təmin edilərsə, Azərbaycan bölməsində istifadə edilən Azərbaycan dili dərsliyi və rus (və digər) bölməsinin Azərbaycan dili (dövlət dili) dərsliyinin məzmunu və məqsədi arasındakı fərq minimuma endirilə bilər. Bu hal, bəlkə də, gələcəkdə hər iki bölmə üzrə dərsliklərin eyni olmasına da imkan yarada bilər.
Sonda isə Rüfət Əzizov qeyd edir...
“Təfəkkür insana dildən keçir və şəxsiyyətinin formalaşmasında rolu böyükdür. İnsan necə düşünürsə, elə danışır.
Bu baxımdan, Azərbaycan milli-mənəvi dəyərlərinin şagirdlər tərəfindən əxz olunması üçün adıçəkilən dərsləri öz dillərində öyrənmələri daha məqsədəuyğundur. Sözsüz ki, dünyaya çıxış üçün şagirdlərin rus, ingilis, fransız və dünyanın digər aparıcı dillərini öyrənməyi faydalıdır, amma ilk növbədə ana dilini mükəmməl öyrənməliyik...”
Paylaş:
Müəllif : Yazar
Tarix:24-09-2021, 13:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-09-2021, 13:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11