Bələdiyyələr torpaq satmaqdansa, ev tikib sata bilməzmi? - Bakının ev problemi
Ölkə vətəndaşlarının evsizlik problemindən dəfələrlə gündəmə gəlsə də, tam həllini tapmayıb.
Bu istiqamətdə bir neçə qurum fəaliyyət göstərsə də, onların dəstək paketindən əhalinin çox az bir hissəsi yararlana bilir. Çünki bir qrup əhalinin alacağı ipoteka qarşılığında nə qoyacağı girovu, bir qrupun nə rəsmi dövlət işi var, digərləri isə VÖEN təqdim edə bilmir. Nəticədə bu gün Bakıda evi olanlar qədər olmayanlar da yaşayır. Qeyd edək ki, xarici ölkələrdə bu istiqamətdə fərqli layihələr təqdim edilir ki, nəticədə əksər əhali ev əldə etmək imkanı qazanır.
Məsələn, Avropa ölkələrində bazar idarəetmə sistemi bələdiyyələrdədir. Hər bələdiyyənin özünün sosial evləri var. Vətəndaş kirayədə qalır, kirayə pulunu ödəyə bilmir, bu zaman bələdiyyəyə müraciət edir. Bələdiyyə onun rəsmi sənədini yoxlayır, gəlirinin olmadığını görür. Bu zaman vətəndaş bələdiyyənin balansında olan sosial evə yerləşdirilir.
Əgər 600-700 avroya kirayə qalırdısa, bələdiyyə həmin evi 50-150 avro qiymətə verir. Həmin vətəndaş ev tapıb, işlə təmin olunana qədər o sosial layihədən yararlanır. Bu layihə illərlə də çəkə bilər. Eləcə də vətəndaş istəsə, həmin evi ala da bilər və indiyədək ödədiyi məbləğ evin pulundan çıxılır. Ölkəmizdə isə bu layihəyə yaxın olan İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təqdim edilən kirayə mənzillər layihəsidir.
Vətəndaşlar 2020-ci ilin mart ayından etibarən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi üzrə müraciət etməyə başlayıb və bu günə qədər ümumi 991 mənzil satmaq öhdəliyi ilə kirayəçilərin istifadəsinə verilib. 2021-ci ilə nəzər saldıqda, ilin əvvəlindən bu günə qədər dövlət xətti ilə kirayəçilərə satmaq öhdəliyi ilə 578 mənzil təqdim edilib. Çoxsaylı evsizlərn olduğu bir ölkədə yəqin ki, bu qədər evin verilməsi problemi həll etmir.
Bəs niyə ölkəmizdə bələdiyyələr tərəfindən təqdim edilən sosial evlər layihəsi yoxdur? Ölkəmizdə bələdiyyələrin buna səlahiyyəti çatmır, yoxsa maddi problemlər imkan vermir?
İqtisadçı- ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, ölkəmizdə sosial mənzillərə həddindən artıq tələbat var:
“Mənzil sayı isə kəskin şəkildə azdır və bu da nəticə etibarilə disbalans yaradır, ciddi narazılığa səbəb olur. İnsanlar qeydiyyatdan keçə bilmir, qeydiyyat elan olunarkən saytlarda problem yaranır, həmçinin elan olunandan bir saat sonra ümumiyyətlə, düşmək olmur. Bu da müraciət edənlərin sayının çoxluğundan asılı olur. Həddindən artıq böyük tələbat olsa da, təklif çox az olduğundan, hər il bir neçə yüz mənzilin bu formada realizə olunması mümkündür. Ancaq bu mənzilləri istəyənlərin, haqqı olanların sayı on minlərlədir. Ona görə də burada iki yol qalır. Ya dövlət üzərinə götürdüyü öhdəlikləri sonuna qədər yerinə yetirib sosial mənzil layihəsinə daha böyük yatırımlar ayırmalıdır. Ya da yalnız Bakı deyil, regionlarda bu layihə icra olunmalıdır.
Yaxud hələlik bu mümkün deyilsə, narazılığın aradan qaldırılması üçün insanların qeydiyyatını asanlaşdırmaq, sonra şəffaf, inandırıcı şəkildə, həmin mənzillər qeydiyyatdan keçənlər arasında təsadüfi, loteraya üsuli ilə bölünə bilər. Bunun başqa yolu yoxdur. Çünki 100 mənzil elan ediləndə, 10 min insan müraciət edir. Bu qədər mənzilə çıxış əldə etmək çətindir. Dövlət kəskin şəkildə mənzil tikintisini artırmalıdır. Burada da digər problem meydana çıxır. Çünki mənzil tikintisinin artırılması əlavə iş yerləri deməkdir və bu problem öz həllini tapmalıdır. Bakı onsuz da yüklənib və gələcəkdə daha da arta bilər. Yəni daha çox insanın paytaxta köçməsinə səbəb ola bilər.
Ona görə də burada kompleks yanaşmalara ehtiyac var. Elə olmalıdır ki, həm Bakını yükünü azaldan layihələr, həm imkansız ailələrin bu məzillərə çıxış imkanları olsun, bundan əlavə iş yerləri yaransın. Bu, yalnız mənzillə təminatdırsa, yarımçıq ideyadır. Məsələn, dövlət həm maliyyə, həm də paytaxt ətrafında boş ərazilərdə yer ayırsa- qeyd edək ki, boş yerlər də az qalıb- həmin ərazidə 1000 bina inşa edilsə, həmin ətrafdakı infrastruktur buna hazırdırmı, iş yerləri varmı, həmin insanlar harada çalışacaq, necə dolanacaq kimi suallar yaranır”.
Bu sahədə bələdiyyələrin fəaliyyətinə gəldikdə isə ekspert deyir ki, əgər ölkədə normal bələdiyyələr fəaliyyət göstərsəydi, Böyük Şəhər Bələdiyyələri yaransaydı, seçkili mer institutu olsaydı, bu zaman həmin yükün böyük bir hissəsini bir çox ölkələrdə, o cümlədən Türkiyədə olduğu kimi bələdiyyələr öz üzərinə götürərdi:
“Bələdiyyələr müəssisəslər təsis etmək hüququna malikdir. Bizdə də qanunla bu hüquq var, ancaq heç bir bələdiyyə bundan istifadə edə bilmir və yaxud etmək imkanı yoxdur. Müəssisə, iş yerləri, infrastruktur və mənzil kompleks şəkildə həll olunmalıdır ki, biz bunun ciddi effektini görək. Əslində bələdiyyələrin səlahiyyətləri var, müəssisə də aça bilərlər, bina da tikə bilərlər, yaşayış üçün torpaq sahəsi də ayıra bilərlər. Bələdiyyələr torpaq sahəsi satmırmı? Özü də təsisçi olub tikə bilər.
Ancaq bunun üçün maddi imkanı yoxdur. Bütün Azərbaycan bələdiyyələrinin büdcəsi 30 milyon manat civarındadır. Halbuki Türkiyədə ən kiçik şəhərlərdən biri, məsələn, Rizədə 200-300 min əhali yaşayır ki, onun bələdiyyə büdcəsi Azərbaycanın bələdiyyə büdcəsindən 3 dəfə çoxdur, 100 milyon manat civarındadır. Bizdə bələdiyyələrin maddi vəziyyəti acınacaqlıdır, onların səlahiyyət və məsuliyyət bölgüsü yoxdur. Ona görə də Azərbaycanda bələdiyyəçilik “ölü doğulmuş bir orqan”kimidir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-09-2021, 16:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-09-2021, 16:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11