Azərbaycan həqiqətləri ABŞ-ın ən nüfuzlu radio proqramında yayımlanıb
ABŞ-da böyük nüfuza malik Con Batçelor Şou radio proqramı Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə götürüb.
Ölkəmizin ABŞ-dakı səfirliyindən Lent.az -a verilən məlumata görə, Jurnalist Con Batçelor Mərkəzi Asiyaya səfəri ərəfəsində Azərbaycanın bu region ölkələri üçün inkişaf modeli olmasına dair fikirlər səsləndirib.
Azərbaycan və Mərkəzi Asiya ölkələrinin ortaq tarixə və mədəniyyətə malik olmasına toxunan səfir Süleymanov regionun ümumi inkişafı üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıb.
Ölkəmizin iştirakçısı olduğu enerji və nəqliyyat layihələrinin bütün region ölkələrinin inkişafına böyük töhvə verdiyini qeyd edib. Azərbaycanda innovasiyalara imza atmış ASAN Xidmətin artıq Əfqanıstan və Mərkəzi Asiya ölkələrində tətbiqinə başlanılmasının bu təcrübənin səmərəli
olmasından xəbər verdiyini və ölkələr arasında bu və digər istiqamətlərdə təcrübə mübadiləsinin əhəmiyyətindən danışılıb.
Ramsfeld Fondunun Mərkəzi Asiya və Cənubi Qafqaz Qrupunun (CAMCA) növbəti illik iclasının Özbəkistanda keçiriləcəyinə toxunan səfir, bu təsisatın ölkələrin dövlət və özəl sektorları arasında əməkdaşlığın inkişafına vurğu etməsi və iştirakçı tərəflərin faydalanmasından bəhs edib.
Daha sonra diqqəti ölkəmizə yönəldən C.Batçelor Azərbaycanın Ermənistanla uzun müddətdir ki, münaqişədən əziyyət çəkməsini xatırlatmış, 31 may tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ordusunun mayoru Adil Ömərovun snayper ilə qətlə yetirilməsinə diqqət çəkib.
Səfir münaqişə tərəfinin kim olmasından asılı olmayaraq, insan ölümünün faciəvi bir hal olduğunu, qətlə yetirilmiş mayorun ailəsi kimi, bütün Azərbaycan xalqının bu itkidən kədərləndiyini bildirərək, Ermənistan tərəfinin bu kimi hallara son qoymalı olduğunu vurğulayıb. Xüsusilə, son hadisələr fonunda - ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycanda sülhün irəlilədilməsi üçün danışıqlar apardığı zamanda Ermənistan tərəfindən belə bir addımın atılmasının qəbuledilməzliyini vurğulayıb.
Ermənistan tərəfinin sülh üçün ya hazır olmadıqlarını, ya da bunu istəmədiklərini qeyd edən səfir, Ermənistanın inkişafı və erməni xalqının rifahı üçün sülhün vacibliyi və cəmiyyətin buna hazır olması, etimad quruculuğu tədbirlərinin yaradılmasının əhəmiyyətini qeyd etmiş, lakin son baş verən hadisənin Ermənistan tərəfinin tam əksinə fəaliyyət göstərdiyinə sübut olduğunu diqqətə çatdıraraq bu təxribatın davamlı olmayacağına ümidini ifadə edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-06-2019, 11:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-06-2019, 11:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26