Kəmaləddin Heydərov da Ziya Məmmədov kimi yola salınacaq... - Nazirliyin ləğv ediləcəyi deyilir...
Azərbaycanda 2018-ci ildən başladılmış struktur dəyişiklikləri bir sıra sahələri əhatə etdi. İl yarım – iki il ərzində izafi xərclər yaradan, yaxud bir-birini təkrarlayan qurumlar ləğv olundu, ya da bir nazirlikdə birləşdirildi. Məsələn, Vergilər Nazirliyi, Nəqliyyat Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi kimi qurumlar ləğv edilərək bir mərkəzdə xidmət sahəsi kimi fəaliyyət göstərməyə başladı.
Lakin bu proses 2020-ci ildən tormozlandı və ardınca 44 günlük müharibənin olması ölkədə struktur, eləcə də kadr dəyişikliklərinin tempini aşağı saldı.
İndisə postmüharibə dönəmidir, xüsusən də pandemiyanın iqtisadi təsirləri kifayət qədər dövləti xərcə salıb, o baxımdan özünü doğrultmayan, fəaliyyəti fiqurlar üzərində qurulan, idarəetmənin yeni modeli ilə ayaqlaşmayan digər qurumların da demontaj edilməsinə zərurət yaranıb.
Bu xüsusda AFN-ə gələn məlumatlara görə, struktur islahatı gözlənilən qurumlardan birincisi Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Fövqəladə Hallar Nazirliyidir. Nə hikmətdirsə, FHN fəaliyyətə başlayandan fövqəladə hallar durmadan artır və durmadan da qarşısı alınmır. Bu nazirlik az qala bir ordunu xatırladır: başında generalları, polkovnikləri, yüzlərlə əsgəri, texnikası, müxtəlif resursları, büdcədən ayrılan milyonları, Bakıda və regionlarda saxlanılan batalyona bərabər mərkəzlər, işçi sayı, əmək haqları… Təkcə FHN şefinin nə az, nə çox, 8 müavini postu var. Yeri gəlmişkən, o postlardan birində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev, biri isə Milli Məclisin deputatı Əhliman Əmiraslanovun oğlu Tapdıq Əmiraslanovdur.
Bundan başqa, bir sıra dövlət xidməti və idarəni özündə birləşdirən nazirlik, məsələn, heç bir bazarın yanmasının vaxtında qabağını ala bilmir. FHN-də Dövlət Yanğından Mühafizə Xidməti, Dövlət Yanğın Nəzarəti Xidməti, Mülki müdafiə qoşunları, Dövlət Material Ehtiyatları Agentliyi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi, Su Ehtiyatları Dövlət Agentliyi, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Xəzər Hövzə Qəza-xilasetmə Xidməti, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, «İzotop» xüsusi kombinatı, Əməliyyat-istintaq idarəsi, Əsaslı Tikinti idarəsi, Maddi-Texniki Təchizat İdarəsi, Aviasiya dəstəsi, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, İdman-sağlamlıq klubu, Tibb Xidməti kimi qurumlar fəaliyyət göstərir. Göründüyü kimi, olduqca geniş fəaliyyət istiqaməti var. Buna baxmayaraq, 2006-cı ildə təsis edilən bu nazirlik 15 il ərzində yalnız bir fiqurdan asılı struktur kimi özünü təsdiqləyib – Kəmaləddin Heydərov adı ilə…
Gəlin, yaxın keçmişə kiçik ekskursiya edək – Azadlıq prospektində 15 nəfərin ölməsi ilə bitən bina yanğını, “Diqlas” ticarət mərkəzinin külünün havaya sovrulması, Tufandağda itən alpinistlərin yay gəlib buzlar əriyəndə tapılan cəsədləri, Xırdalan yolundakı “Eurohome” ticarət mərkəzi… Düzdür, obyektivlik naminə söyləmək lazımdır ki, FHN yanğınsöndürənlərinin qardaş Türkiyədəki meşə terrorunun qarşısının alınmasında danılmaz əməyi və fədakarlığı oldu. Lakin bu, K.Heydərovun, yaxud onun nazirliyinin ayağına yazılacaq uğur deyildi, bizim yanğınsöndürənlərin öz şəxsi keyfiyyətlərinin, qəhrəmanlığının və ən ümdəsi qardaş sevgisinin nəticəsi idi. O anlamda FHN-in bir struktur kimi büdcəyə yük olduğunu nəzərə alsaq, ləğv edilərək Yanğından Mühafizə Xidmətinin saxlanılması kifayət edir. Bunu ekspertlər də deyir.
Bununla bağlı əldə etdiyimiz xəbərlər isə deməyə əsas verir ki, hökumətdə də bu fikir hökm sürür. Kulislərdə FHN-in ləğvi və yerində başqa qurumun yaradılması haqda müzakirələr gedir. Həmçinin, bu dəyişikliyin rəhbərliyi də əhatə edəcəyi istisna olunmur.
Görünür ki, hakim elitada gedən köklü dəyişikliklər – Ramiz Mehdiyevdən tutmuş digər köklü fiqurların yola salınmasına qədər olan proses “fövqəlnazir” adı qazanmış Kəmaləddin Heydərova da çatıb.
Hətta nazirin bundan duyuq düşdüyü, siyasi rəhbərlik qarşısında özünün əhəmiyyətini artırmaq üçün fəaliyyətini aktiv fazaya keçirdiyi göz önündədir. Son günlər uzun illərdir mediaya qapalı olan bu qurumun birdən-birə aktivləşməsi, sosial şəbəkələrdə jurnalistlərdən ibarət qruplar yaradaraq xəbərlərini paylaşması, hər xırda xəbəri operativ şəkildə yayması deməyə əsas verir ki, K.Heydərov özünüreklama artıq başlayıb.
AFN xatırladır ki, bundan əlavə, FHN məmurları zaman-zaman korrupsiya ittihamlar ilə diqqət mərkəzinə gəlib. Kür daşqınları, Zaqatala zəlzələsi kimi təbii fəlakətlərin vurduğu ziyanın dəyərləndirilməsi, kompensasiyaların ödənilməsi, yeni yaşayış məntəqələrinin tikilməsində FHN-in ciddi korrupsiya, mənimsəmə faktları üzə çıxmış, media bundan geniş yazmışdı. Həmin vaxtlar israrla susan nazirlik isə bu “sakitçilik” vaxtda birdən-birə mediaya açılım edib, xəbər göndərir.
FHN-də korrupsiyanı yalnız K.Heydərovun adına bağlamaq da obyektiv olmaz. “İnsaf naminə”, nazirin birinci müavini Rafael Mirzəyev də farağat adam deyil. Onun oğlu və kürəkəninə məxsus tikinti şirkətlərinin FHN-in keçirdiyi tenderlərdə qalib edilərək böyük miqyasda işlər götürdüyü haqda məlumatlar artıq diqqətli oxuculara məlumdur. Bir müddət əvvəl FHN-in Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin Dib Dərinləşdirmə İdarəsində də korrupsiya faktı aşkarlanmışdı.
Son olaraq isə FHN koronavirusa yoluxan xəstələrin quruma məxsus olan Zığdakı modul tipli hospitala rüşvət müqabilində yerləşdirilməsi ilə gündəmə gəlib. Məlum oldu ki, xəstə yaxınlarından palatalara yerləşdirmək çün 3000-5000 manat rüşvət almış və artıq həbs edilən hospitalın baş həkimi İmran Ağayev bu posta yüksək vəzifədə işləyən yaxın qohumu vasitəsi ilə təyin olunub. Demə, İ.Ağayev nazir Kəmaləddin Heydərovun müavini, general-leytenant Faiq Tağızadənin qohumu imiş. Baş həkim bundan əvvəl də Gömrük Komitəsinin Mərkəzi Hospitalının stomatoloqu olub.
Vəssalam, bütün bu sadalanan faktorlar – istər FHN-in özünü doğrultmayan idarəçiliyi, istər büdcədən gedən milyonlar, istər korrupsiya faktları nazirliyin ləğvini şərtləndirib. Bundan əl-ayağa düşən K.Heydərovun özünün və FHN-in reputasiyasını yaxşılaşdırmaq üçün mediaya üz tutması nə dərəcədə nəticəvi olacaq, onu zaman göstərəcək.
Ancaq onun biznes səltənəti də tənəzzül dövrünü yaşayır. Nazirə məxsus “Gilan Holdinq”in əsas səhmləri əlindən çıxıb, maliyyələşdirdiyi “Qəbələ” futbol klubu durğunluq dönəmindədir, K.Heydərova məxsus “Qafqaz” otelləri də əvvəlki qədər rentabelli fəaliyyət göstərə bilmir. Yəni nazir üçün qürub çağı çoxdan başlayıb…
Yeri gəlmişkən, bir müddət əvvəl iqtisadçı-alim Qubad İbadoğlu da FHN-in ayrıca nazirlik kimi fəaliyyətinə ehtiyac olmadığını vurğulamışdı.
Onun sözlərinə görə, Azərbaycan okeana çıxışı olmayan, bu və digər səbəblərdən də xüsusi olaraq təbii fəlakətlərlə qarşılaşmayan kiçik ölkədir. “Bu baxımdan Fövqəladə Hallar Nazirliyi kimi ayrıca quruma zərurət yoxdur. Digər tərəfdən, idarəetmədə struktur dəyişikləri büdcəni rasionallaşdırır, bu baxımdan FHN-in ləğvi daha yaxşı və səmərli idarəçiliyə gətirib çıxara bilər”, – deyə Q.İbadoğlu əlavə etmişdi.
İqtisadçı alim hesab edir ki, bir çox vacib strukturların FHN-də birləşdirilməsi də onun çevikliyini aşağı salır. //AFN.AZ//
Paylaş:
Müəllif : Yazar
Tarix:31-08-2021, 09:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:31-08-2021, 09:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti