reklam
Regionxeberlericom.az » Sosial » Baş nazirdən 3 nazirliyə göstəriş - MƏKTƏBLƏRİN QORUNMASI İLƏ BAĞLI

reklam

Baş nazirdən 3 nazirliyə göstəriş - MƏKTƏBLƏRİN QORUNMASI İLƏ BAĞLI


Daxili İşlər, Təhsil və Ədliyyə nazirlikləri icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili qaydasının layihəsini beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

regionxeberlericom.az-un Bakupost-a istinadən məlumatına görə, baş nazir Novruz Məmmədov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Eyni zamanda Daxili İşlər, Təhsil, Ədliyyə nazirlikləri və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları dövlət ümumi təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativlər barədə təkliflərini də beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.


Paylaş:


Müəllif : Tarix:
13-06-2019, 17:45
Sikayət   


loading...
Загрузка...