İdmana ayrılan bu qədər vəsait hara yox çıxıb? - Çöküş növbəsi basketbolda
Son zamanlar Azərbaycan idmanının böyük çöküş yaşaması hər bir vətandaşı dərindən məyus edir.
Bu gün basketbol üzrə Azərbaycan milli komandası dünya ölkələrinin reytinq sihasından çıxarıldı. Əslində bu haqlı qərardır, çünki basketbol yığma komandamız düz 8 ildir heç bir rəsmi oyuna çıxmayıb. Hazırda davam edən Voleybol üzrə Avropa Çempionatı da bizim üçün xəyal qırıqlığına səbəb oldu. Azərbaycan milli yığması bütün oyunlarda 3-0 hesabı ilə məğlub olaraq, qrup sonuncusu oldu. Üstəlik, milli komandamızda demək olar ki, heç yerli voleybolçumuz da yoxdur. Əfsuslar olsun ki, voleybol liqamız da fəaliyyətini dayandırıb.
Bir zamanlar Avropanın ən güclü voleybol ölkələrindən biri olan Azərbaycanın belə bərbad nəticələr göstərməsi hər kəsin kədərlənməsinə səbəb olur.
Futboldan isə heç bəhs etməyə dəyməz. Təəssüf ki, bizdə futbolun inkişafı üçün heç bir addım atılmadığı üçün futbolumuz bərbad gündədir.Bu il Yaponiyadakı Olimpiya Oyunlarını da heç bir qızıl medal almadan, biabırçı bir şəkildə başa vurduq. Halbuki biz olimpiadalarda çox yüksək nəticələr göstərmiş, hətta olimpiya oyunları təşkil etmiş bir ölkəyik. Amma Tokiodakı olimpiadada heç bir idmançımız bir dəfə də olsun bayrağımızı birinci sıraya yüksəldib, himnimizi səsləndirə bilmədi.
İdmanın bütün sahələrində yaşanan bu fiaskonun səbəbi nədir? Niyə ölkəmiz idmanın bütün sahələrində belə biabırçı vəziyyətə düşüb?
Bununla bağlı tanınmış idman jurnalisti Natiq Muxtarlı Cebhe.info-ya açıqlamasında bildirib ki, idmanımızdakı bu fiaskonun əsas səbəbi oliqarx məmurların federasiya rəhbəri olmasıdır:
“Hələ SSRİ vaxtı ittifaqı formalaşdıran müvafiq respublikalara məxsus ənənəvi idman növləri var idi. SSRİ yığmasının heyəti formalaşarkən bu amil nəzərə alınırdı.Məsələn, xokkeyçi axtarışı üçün Azərbaycana üz çevirmirdilər. Heç buzüstü xokkeyin Azərbaycanda inkişafı üçün infrastruktur da qurulmurdu. Çünki bunun mənasız yatırım olduğu bəlli idi. Amma əvəzində güləş, cüdo, sambo, voleybol, həndbol üçün Azərbaycanda şərait yaradılırdı və nəticə də əldə edilirdi.Basketbol da Azərbaycanda ənənəvi olmayan idman növlərindən idi. Ona görə də bu idman növünün inkişaf etməməyini, müəyyən mənada qəbul etmək olar.
Amma voleybolun, həndbolun məhv olması bağışlanmazdır. Axı bu idman növlərində Azərbaycandan Olimpiya çempionları yetişdirib. Bu gün Azərbaycanda voleybolun, həndbolun belə durumunu gördükdə bu sualları verməyə bilmirsən. İdmana ayrılan bu qədər vəsait hara yox çıxıb? Onu kimlər oğurlayıb? Bu vəsaiti oliqarx məmurlar hansı ki, hərəsi bir federasiyaya rəhbərlik ediblər, onlar oğurlayıb. Onlara ölkədə idmanın inkişafı tapşırılıb, bunun üçün külli miqdarda vəsait də ayrılıb. Amma onların heç bir strategiyası, planı olmayıb.İnfrastruktur qurulmayıb, keçmiş SSRİ-dən qalanlar da dağıdılıb. Uşaq-gənclər idmanı tamamilə yaddan çıxarılıb. Əvəzində legionerləşdirmə başlayıb”.
Jurnalist ölkəmizin otüstü xokkeydəki skandalını nümunə göstərib:
“Azərbaycanda otüstü xokkeyin də böyük ənənəsi olub. Belə bir ənənə olduğu halda, bir gecədə Cənubi Koreyadan 17 xanım xokkeyçini gətirərək Azərbaycanda “ərə” veriblər. Bu fırıldağa görə, Azərbaycanı beynəlxalq yarışa da buraxmadılar. Amma bu boyda dələduzluğu edənlərə “gözün üstə qaşın var” deyən olmadı. Eyni tendensiya həndbolda, voleybolda da yaşandı. SSRİ vaxtı Gürcüstanda həndbol olmayıb. Azərbaycanın “Avtomobilçi” klubu isə SSRİ çempionatında həmişə mükafatçılar sırasında yer alıb və avrokubokların qalib olub. Görün iş nə yerə çatmışdı ki, müstəqillik illərində Azərbaycanda gürcüstanlı həndbolçular çıxış edirdilər. Bu, biabırçılıq idi. Eyni hal futbolumuzda da baş verdi. Uşaq futboluna tərəf heç kim baxmadı. Əvəzində lazımsız legionerləri ölkəyə gətirib milliləşdirdilər, yığma komandaya dəvət etdilər. Üstəlik, belə hallar güləşdə, cüdoda, boksda da yaşandı".
N.Muxtarlı olimpiadadakı uğursuz çıxışımız və voleybol üzrə Avropa Çempionatındakı biabırçı nəticələrə də toxunub:
“İdmanımızın bu vəziyyətə düşməsinə səbəb oliqarx federasiya rəhbərlərinin korrupsioner əməllərinin nəticəsidir. “Bu gün üçün nəticə olsun” deyənlər, sabahı nəzərə almadılar. Azərbaycan idmanına quyu qazdılar və Tokioda bu quyuya düşdülər. İndi də Azərbaycanın voleybol yığması biabırçı nəticə göstərir.
Güman ki, bu, voleybol yığmamızın böyük turnirlərdə son çıxışıdır. Bundan sonra bu yığma da tarixin yaddaşına köçəcək. Necə ki, həndbol, basketbol, otüstü xokkey yığmaları köçüb. Nəinki yığmalar, bu idman növlərində klublar da dağılıb. Hamısı da məmur səriştəsizliyinin, korrupsiyanın nəticəsidir. İdmanımızdakı problemlər gözə girir, amma tədbir görən yoxdur. Deməli, görəcəkli günlərimiz hələ qarşıdadır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-08-2021, 17:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-08-2021, 17:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01