"Bəraət verə bilmirəm, amma..."- deyən hakimdən Məhkəmə Hüquq Şurasına şikayət edildi
Marixuana satmaqda təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb. Hakimin qərarından Məhkəmə Hüquq Şurasına şikayət edilib.
Musavat.com xəbər verir ki, ittihama görə, Abbasov Tural Tofiq oğlu istintaqa məlum olmayan mənbədən 26 qrama yaxın qurudulmuş marixuana əldə edərək 2020-ci il sentyabrın 9-da Nəsimi rayonunda yerləşən “Ərzurum” restoranının qarşısında marixuanın 8 qramdan az hissəsini tanışı Çələbiyev Həsrət Vahid oğluna 20 manata satıb. Bundan 3 saat sonra DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən 18 qram marixuana aşkar edilərək götürülüb.
Tural Abbasov məhkəmədə ifadə verərək özünü təqsirli bilmədiyini deyib və Həsrət Çələbiyevə heç nə satmadığını bildirib.
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün H.Çələbiyevlə “Ərzurum” restoranının yanında görüşləri olsa da, Həsrət həmin gün ona 3 dəfə zəng edib: “Axşamüstü həmin restoranın yanında maşınım xarab olduğu üçün servisə getdim, Həsrətlə də orada görüşdüm, amma ona heç nə vermədim. Daha sonra polislər məni saxladılar və üzərimdə heç bir narkotik vasitə yox idi. Mən saxlanılanda da, bölməyə gətiriləndə də bir neçə dəfə üzərimə baxış keçirdilər. Bölmədə üstümə baxış keçirəndə Həsrət də orda idi. Maşınıma da baxış keçirildi və heç nə tapılmadı. İttihamla razılaşmıram, Həsrətlə məni tutulmağım arasına xeyli vaxt vardı. Polislər məni saxlamadan 20 dəqiqə əvvəl qardaşım mənə zəng edib Həsrətin tutulduğunu demişdi. Əgər Həsrətə marixiananı mən versəydim və üzərimdə narkotik olsaydı, polislər gələnə kimi həmin 20 dəqiqə ərzində onu tullayardım”.
Son sözündə T.Abbasov məhkəmədən ona bəraət verilməsini xahiş edib. Nərimanov rayon məhkəməsinin hakimi Vüsal Qurbanov hökmü ilə Tural Abbasob 3 il müddətinə azadlıqdan məhrum edilib.
T.Abbasovun vəkili Ramil Məmmədzadə hakim Vüsal Qurbanov barəsində Məhkəmə Hüquq Şurasına şikayət edib.
Vəkil şikayət ərizəsində qeyd edib ki, hakim Vüsal Qurbanovun ilk qanunsuz qərarı hazırlıq iclasını Tural Abbasovun həbsinin bitməsindən 29 gün sonraya təyin etməsi olub və məhkəmə yekunlaşan günə qədər hazırlıq iclasının qərarını iş materiallarına əlavə etməyib.
"Tural Abbasovun tutulması qərarında ekspert rəyi olmadan narkotikin tərkibi və çəkisinin qeyd edilməsi onun saxlanılmasının öncədən qərəzli olaraq planlaşdırılmasını göstərir. Tural Abbasov məhkəmə qərarı olmadan tutulub və sonradan tutulmasının qanuna uyğunluğunun yoxlanılması barədə təqdimatı Nəsimi rayon məhkəməsi rədd edib. Bu da qanunsuz tutulmaya dair əsas sübutdur. Məhkəmədə ittihamçı prokuror tərəfindən sübutlar siyahısı təqdim etməyib.
Eyni zamanda, hal şahidləri bildiriblər ki, Tural Abbasov tutularkən onların da üzərinə baxış keçirilib. Tural Abbasov da daxil olmaqla heç kimdən narkotik çıxmayıb. Lakin sonradan polis bölməsində Tural Abbasovdan narkotik tapıldığını öyrəniblər.
Raportda Tural Abbasovun başqa bir cinayət işi üzrə izahatı alınması üçün polis bölməsinə gətirilməsi qeyd edilsə də, polislər onu həbs edərək gətiriblər.
İstintaq materiallarında şahid Nizami Məmmədovdan ifadə alınaraq onun Tural Abbasovdan narkotik aldığı qeyd edilib. Lakin N.Məmmədov sonradan T.Abbasovla üzləşməkdən imtina etdiyi üçün həmin şəxsin ifadəsi sübutlar siyahısından çıxarılıb. Vəkil qeyd edib ki, bununla da ifadələrin qondarma olduğu məlum olur"- deyə Vəkil şikayətində yazıb.
Məhkəmə Hüquq Şurasına edilən şikayətdə hakim Vüsal Qurbanovun bu faktların heç birinə hüquqi qiymət vermədiyi, qeyd edilənlərlə bağlı araşdırma aparmadığı və hökm verərkən bu qanunsuzluqları nəzərə almadığı bildirilib. Buna görə də hakim V.Qurbanovun əməlinə qiymət verilməsi istənilib.
Həmçinin vəkil ərizədə qeyd edib ki, hökm verilərkən yalnız Tural Qurbanovun həmin gün Həsrət Çələbiyevlə telefonla danışdığı sübut kimi götürülüb. Vəkil bildirib ki, onlar uşaqlıq dostu olduqları üçün hər gün əlaqə saxlayıb görüşürlər: “Zəngin və danışığın mövzusu aydın olmayınca hansı əsasla telefon zəngində narkotik vasitə satılması qənaətinə gəlinib?
Qərarı elan edən hakim Vüsal Qurbanov etirazımıza əsasən ittiham hökmü çıxarmasına əsas kimi qısa açıqlamasını bu şəkildə verdi:
“Mən Tural Abbasova bəraət verə bilmirəm. Açıqlamasını hökmü alanda oxuyarsınız. Ancaq mən Tural Abbasova sanksiyasında nəzərdə tutulan ən aşağı cəzanı verdim”.
Hakim Vüsal Qurbanovun açıqlamasının mənası Tural Abbasova ən aşağı cəzanı verməsinin səbəbini ona layiq olduğu bəraət hökmünü verə bilməməsi ilə əlaqələndirib. Halbuki, ən aşağı cəza işdə təqsiri sübut olunan və ağırlaşdırıcı halları olmayan, eyni zamanda yüngülləşdirici halları çox olan şəxsə verilə bilər”.
Mövzu ilə bağlı Nərimanov Rayon Məhkəməsi ilə əlaqə saxladıq. Hakim məsələyə şərh vermək istəmədiyini deyib.
Musavat.com
Paylaş:
Müəllif : Yazar
Tarix:24-08-2021, 16:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-08-2021, 16:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11